Uzaq uşaqlıqdan gələn sirk: kif, çirk və üfunət
Sosial
Oxunub: 802
7 dek 2015 | 08:41
Uzaq uşaqlıqdan gələn sirk: kif, çirk və üfunət










Hər şeyin yaxşısı uşaqlar üçün olmalıdır

Sirki sevməyən var?! Çox az sayda adamlar var ki, ömründə bir dəfə də olsun bu həyat bayramında iştirak etməyib. Sirk tamaşasına gəldikdə hər zaman möcüzə gözləyirsən. Sirkə səfər bizim bir qədər sovet/postsovet uşaqlıq illərimizin unudulmaz səhifəsi idi. Nə qədər bəsit səslənsə də, indi Bakı sirkinə göz yaşı olmadan baxmaq mümkün deyil.

İşçilərin binanı mümkün qədər normal vəziyyətdə saxlamaq cəhdləri o qədər əbəsdir ki, bəzən hətta gülməli görünür. Didilmiş divarları və dəliklər yaranmış döşəməni əsaslı təmirsiz gizlətmək mümkün deyil. Nə rəngli projektorlar, nə də ki, sirk ustalarının məharəti binanın köhnəliyini gizlədə bilər. Bakı Dövlət Sirki şəhərin mərkəzində Səməd Vurğun küçəsində yerləşir.

Son dəfə sirkdə beş və ya altı il bundan öncə olmuşam. Və iyirmi ildən artıq bir dövrdə onun vəziyyəti dəfələrlə pisləşib. Şahidlərin gözləri ilə desək: sirkimiz böhran vəziyyətindədir, oturacaqlar elə həmin uşaqlıqdan qalıb, nostalji hisslər yaradır, amma dəhşətli dərəcədə narahatdır, həm də çox nimdaşdır, döşəmələr didilib, divarlar dəlik-deşik, arena köhnəlib, xidmət sıfır, toz isə yetərincədir. Sirkin foyesi Bakı-Rostov qatarının yaxınlaşması ərəfəsində Bakı vağzalında yaranan vəziyyəti xatırladır, hər yerdə insanlar şütüyür. Havalandırma sistemi işləmir, ona görə də bəzən zalda tualetdən gələn üfunət ucbatından oturmaq mümkün olmur. Adama elə gəlir ki, saçlarına, geyiminə, dərinə bu üfunət hopub.

Sirkdə santexnika qovşağı bura gələn uşaqların və böyüklərin iştirakı ilə ictimai ekstremal attraksiondur. Bu attraksiona növbədə yəqin ki, sirkə uşaqla gələn bütün qadınlar dayanmışdı. Ən yaxşısı tamaşaya qədər su içməməkdir. Tualetin özü unudulmaz mənzərə ilə yadda qalır, belə ki, tam olaraq antisanitariya ocağıdır. Kif, çirkli divarlar, tökülən boya – bu təsvir etdiklərim sahibsiz qalan evin yağlı boya ilə çəkilmiş rəsmi deyil, Bakı sirkinin ayaqyolusudur. Nəfəs almaq mümkün deyil, üfunət adamın gözünü yandırır, yediyiniz nahar/ şam yeməyi mədənizdən bayıra can atır. Qadınlar qəzəblənir, qızlar burunlarını ovucları ilə tutaraq, ordan güllə kimi bayıra təmiz hava almağa qaçırlar.

Bax belə, sirkə gəlirsən, tamaşadan zövq alırsan, sonra isə fasilədə iyrənc ayaqyolunu görürsən, bunun başqa təsviri yoxdur. Təəssüf ki, dövlət sirkinin alternativi yoxdur, ona görə də uşaqları bu dəhşətli yerə - kabus-binaya tamaşaya baxmağa aparmalı oluruq.

Sirk korlanmış istirahətin yox, çox yaxşı istirahətin variantlarından biridir. Bakı sirkinə səfər adamda heç də xoş təəssürat yaratmır, ən əsası isə ordan çıxanda məyusluq hissi və bir daha bura qayıtmamaq qərarı olur. Deyirlər, uşaqlar həyatın çiçəyidir, hər şeyin yaxşısı uşaqlar üçün olmalıdır.

Amma təəssüf ki, Bakı sirkini yaxşı adlandırmaq olmaz. Uşaqların istirahət məkanını nəyin və necə bu eybəcər hala saldığı məlum deyil. Yəni çoxmilyonluq şəhərdə nə vaxtsa unikal olan bu tikilinin təmirinə vəsait tapılmır?!

Qeyd edim ki, Azərbaycan Dövlət Sirkinin az qala 50 yaşı var, bina 1967-ci ildə tikilib. Sirk 2 min nəfərlikdir, keçmiş Sovet İttifaqında üç – su, buz və kauçuk maneji olan yeganə sirkdir.

Xatırladaq ki, yalnız 1971-ci ildə Vernadskidə 3310 nəfərlik Böyük Moskva Sirki tikilib.

Zarina Oruc
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...