ANS-in aparıcısı efirdə göz yaşlarını saxlaya bilmədi - VİDEO
Sosial
Oxunub: 1 509
7 dek 2015 | 21:00
ANS-in aparıcısı efirdə göz yaşlarını saxlaya bilmədi - VİDEO











Bütün ölkənin diqqəti "Günəşli" neft yatağında baş vermiş dəhşətli qəza zamanı ölən, yaralanan və itkin düşən neftçilərə yönəlib. Neft yatağında itkin düşənlərin ailələrinə vida mesajları, son dəfə zəng edib dediyi sözlər hər kəsə kövrək anlar yaşadıb

İtkin düşən neftçi İman Qasımovun həyat yoldaşına yazdığı sonuncu mesajı ANS TV-nin "Xəbərçi" proqramının aparıcısı Nigar Mahmudovanı da kövrəldib.

N.Mahmudova efirdə İ.Qasımovanın mesajını sonuna qədər oxuya bilməyib. Aparıcı sonrakı xəbərin anonsunu da səsi titrəyə-titrəyə elan edib.

Həmin kadrları sizə təqdim edirik.

Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb və nəticədə boru kəməri zədələnib, şiddətli yanğın baş verib.

Özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib. İşçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb.

İkinci xilasetmə qayığındakı işçilərin də təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə meyiti sudan çıxarılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 6-nın ölkədə matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi