Övladlığa götürmədə yeniliklər olacaq
Sosial
Oxunub: 880
8 dek 2015 | 15:31
Övladlığa götürmədə yeniliklər olacaq









“Azərbaycan Uşaq Məcəlləsinin layihəsinin ilkin variantında Azərbaycanda övladlığa götürmə ilə bağlı müəyyən yeniliklər nəzərdə tutulub. Habelə baxımsız vəziyyətdə olan, risk altındakı uşaqların aşkar olunması ilə bağlı yeni mexanizm müəyyənləşdirilib”

Azerinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, risk altında olan uşaqların müvafiq xidmətlərə yönəldilməsi, onların reabilitasiya məsələsi də Uşaq Məcəlləsində nəzərə alınıb.

Şöbə müdirinin sözlərinə görə, Uşaq Məcəlləsində valideyn himayəsindən məhrum olmuş uşaqlara geniş yer ayrılıb.

T. İbrahimova əlavə edib ki, Uşaq Məcəlləsinin layihəsində mövcud qanunvericilik, eyni zamanda uşaqların fundamental hüquqları ilə bağlı əsas müddəalar öz əksini tapıb: “Uşaq Məcəlləsinin hazırlanmasında əsas məqsəd uşaq hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsindəki qanunvericilik bazasının bir sənəddə toplanmasıdır. Bu sahədə dövlətin üzərinə düşən vəzifələr, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti ilə bağlı müəyyən müddəalar, prosedurlar da qeyd olunub”.

Komitə rəsmisi qeyd edib ki, Uşaq Məcəlləsinin layihəsinin ilkin variantı hazırdır: “Məcəllənin layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılacaq. Bundan sonra layihə ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Uşaq Məcəlləsi Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının müvafiq bəndinə uyğun olaraq hazırlanıb.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO