Zığ şosesi bağlandı, sakinlər yollarda qaldı - Foto
Sosial
Oxunub: 1 009
9 dek 2015 | 14:15
Zığ şosesində yolların təmir- bərpa işlərinin aparılması həmin ərazidə yaşayan sakinləri yolsuz qoyub. "Nargilə" kafesi kimi tanınan ərazidən başlayaraq Məhəmməd Hadi küçəsinə qədər uzanan təmir-bərpa işləri nəqliyyatın hərəkətini iflic edib. “Həzi Aslanov” metrostansiyasından Zığ şosesi istiqamətində işləyən marşrutlar yollarını dəyişərək alternativ yollardan istifadə edirlər. Bu dəyişikliklərdən xəbərdar olmayan sərnişinlər isə yolun yarısında tanımadığı ünvanlarda düşüb mənzil başına çatmağa çalışırlar. Bu isə təbii ki, sərnişinlərin narazılığına səbəb olur.
Musavat.com-un əməkdaşı Zığ şosesində təmir-bərpa işləri aparılan əraziyə baş çəkib və oradakı vəziyyətlə maraqlanıb. "Nargilə" kafesi kimi tanınan ərazidə taksi fəaliyyəti göstərənlər yolların bağlanmasından narazıdır. Sürücü Seyfəddin Qasımov bildirdi ki, 2 aya yaxındır təmir işləri bitmək bilmir: " Yolların bağlanması bizim də büdcəmizə təsir edir. Əvvəl "Nargilə" kafesinin ətrafında dayanacaqlar var idi. Sərnişin bolluğu olurdu. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən başlanan təmir işləri bitmək bilmir ki, bilmir. 1 aydan çoxdur ki, yolları beton sədlərlə bağlayıblar. Marşrutların, taksi sürücülərinin yolu uzanıb. Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi əsas magistral yol bağlanıb. “Həzi Aslanov” metrostansiyasından gələn 57, 95, 12, 51 və başqa marşrutlar hərəkət istiqamətini dəyişib. Tez-tez tıxac yaranır".
Dayanacaqlarda avtobus gözləyən sərnişinlərlə də həmsöhbət olduq. Sakinlər bildirdi ki, bərpa işlərinin aparılması onları yollarda qoyub: " 1 ay olar ki, marşrutların intervalında gecikmə var. 30-35 dəqiqədir ki, 57 nömrəli avtobusu gözləyirik. Əvvəllər “Həzi Aslanov” metrostansiyasından Zığ şosesi istiqamətinə 8-10 dəqiqəyə gedirdiksə, indi 20-25 dəqiqəyə getməli oluruq. “Xətai” metrostansiyası istiqamətində işləyən marşrutlarda da gecikmə var".
Yaxınlıqdakı yaşayış binasının sakinləri də deyir ki, yolların bağlanması həmin ətrafda olan məktəb, xəstəxana, bağça, kafelərə gediş-gəlişi çətinləşdirib: " Həzi Aslanov” metrostansiyası və ya şəhər istiqamətində getmək üçün "Naxçıvanski" dairəsinə gedib əks istiqamətdə qayıtmalıyıq və ya piyada dəqiqələrlə yol getməliyik. Bu isə kifayət qədər vaxtımızı alır".

Zığ şosesi bağlandı, sakinlər yollarda qaldı - Foto
Zığ şosesi bağlandı, sakinlər yollarda qaldı - Foto
Zığ şosesi bağlandı, sakinlər yollarda qaldı - Foto
Zığ şosesi bağlandı, sakinlər yollarda qaldı - Foto

http://musavat.com
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...