Hacıbala Abutalıbov sahibkarlara 30 milyon ziyan vurub
Sosial
Oxunub: 1 122
11 dek 2015 | 10:48
Hacıbala Abutalıbov sahibkarlara 30 milyon ziyan vurub









Son günlər mətbuatda dərc olunan xəbərlərdən bəlli olur ki, Bakı ŞİH heç bir səbəb göstərmədən “Orbit A.M.Ə” MMC-nin inşa etdiyi binaları sökür


Şirkətin icraçı direktoru Faiq Rüstəmli bildirib ki, Bakı ŞİH başçısı Hacıbala Abutalıbov 27.07.2005-ci il tarixdə verdiyi 203 saylı sərəncamı 10 il sonra, yəni 21.09.2015-ci il tarixli 393 saylı sərəncamla heç bir səbəb göstərmədən ləğv edərək Suraxanı İH-ə göstəriş verib ki, şirkətə məxsus 8 mərtəbəli binalar sökülsün və tələb edib ki, həmin binadan mənizl alan vətəndaşların zərərini şirkətin rəhbərliyi ödəsin. Və şirkətə heç bir xəbər edilmədən binalar darmadağın edilib. Şirkətə təxminən 30 milyon manat ziyan dəyib. Üstəlik 3 ay müddətində şirkətin rəhbərliyi dəfələrlə Hacıbala Abutalıbovla görüşməyə və problemi sivil qaydada müzakirə etməyə cəhd etsələr də, şəhərin meri onları qəbul etməyib. Bütün bunlara baxmayaraq, şirkətin rəhbərliyi özlərini çox təmkinli apararaq, əlavə problem yaratmamaq üçün problemin mətbuatda işıqlanmasına icazə verməyiblər.
Şirkətdən bizə təqdim edilən sənədlərdən bəlli olur ki, 10 il əvvəl Hacıbala Abutalıbovun 27.07.2005-ci il tarixdə verdiyi 203 saylı sərəncamla Suraxanı-Hövsan yolunun üstündə “Orbit A.M.Ə” şirkətinə tikinti işləri aparmaq üçün 7,4 hektar torpaq sahəsi ayrılıb. 29.03.2007-ci il tarixdə 116 saylı sərəncamla şirkətə burada yaşayış kompleksi salmağa icazə verilib.

Verilən sərəncam əsasında yaşayış kompleksinin layihəsi işlənib hazırlanıb. Layihə Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılıb. Layihə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən rəylər alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tikinti-quraşdırma işlərinin aparılmasına icazə verib. Bu günə kimi iki 8 mərtəbəli (biri zirzəmi) bina tam tikilib, iki binanın özülü atılıb, bir binanın birinci mərtəbəsi işlənib. Mənzillərin bir hissəsi vətəndaşlara satılıb.

Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təxminən 10 il sonra gecə yuxuda nə görübsə, səhərisi günü 21.09.2015-ci il tarixli 393 saylı sərəncamla yuxarıda göstərilən sərəncamları heç bir səbəb göstərmədən ləğv edib. Hazırda binaların söküntüsü davam edir. Şirkətin direktoru qeyd edib ki, əgər bizim əmlakımız dövlət ehtiyacı üçün sökülürsə, biz etiraz etmirik: “ Amma qanunla bizə dəyən zərər ödənilməlidir. Ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da dəfələlə bildirib ki, iş adamları incidilməməli və onlara dəyən zərər ödənilməlidir”.

Amma Hacıbala Abutalıbov və digər səlahiyyətli şəxslər MMC-nin sahibləri ilə hətta danışmaq istəmirlər. Bu arada o da məlum olub ki, sökülən binalardan birində mənzil alan vətəndaşlardan biri öz hüquqlarını qorumaq məqsədi ilə söküntünün dayandırılması üçün Suraxanı məhkəməsinə müraciət edib. Və hakim Elçin Ağayev 04 dekabr 2015-ci il tarixli qərardadı ilə vətəndaşın iddiasını təmin edib. Ancaq hakimə necə hədə-qorxu gəliblərsə, hakim 07 dekabr tarixli qərardadı ilə öz qərarını ləğv edib.

Yazı çapa hazırlanarkən məlum oldu ki, bu gün ( dekabrın 10-u ) Suraxanı məhkəməsi 3-cü dəfə qərarını dəyişərək vətəndaşın iddiasını yenidən təmin edib. Bütün bunlar onu bir daha sübut edir ki, paytaxtın meri Hacıbala Abutalıbov ölkə qanunlarını kağız parçası hesab edir.Bizimxeber.az
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb