İnsan alverinin açıq şəkildə tüğyan etdiyi əxlaqsızlıq yuvaları...
Sosial
Oxunub: 3 882
11 dek 2015 | 21:57
İnsan alverinin açıq şəkildə tüğyan etdiyi əxlaqsızlıq yuvaları...












?İstanbul’dakı əxlaqsızlığa son qoyulacaq...?

... Əhali artıq bezib...

Şərif Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsininrəisi təyin edildiyi gündən ümidləri artırıb


Insan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindən çıxarılaraq, bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Artıq redaksiyamıza daxil olmuş bir çox rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinin diqqətini cəlb etməyimizi xahiş ediblər. Bu problemin adı isə “İstanbul” otelidir. Daha dəqiq desək, bu obyektin adının rəsmi qeydiyyat sənədlərində “İstanbul” kafesi kimi keçdiyini biz artıq ötən yazıladımızda qeyd etmişdik. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki “İstanbul” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək cəhdlərimiz hələ ki, bir nəticə verməmişdir.

Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” hotelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Ötən saylarımızda dərc etdiyimiz materiallarda biz dəfələrlə bu əxlaqsızlıq yuvasında baş verənləri təfərrüatlarına qədər təsvir etmişik. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır.

Qeyd etməliyik ki, bu günədək redaksiyamıza İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən gələn məktubların sayı 5-ə çatmışdır. Hamısının da məzmunu eyni... Saytımızda biz dəfələrlə bu problemə toxunaraq aşkar olunan əxlaqsızlıq yuvalarının sahiblərinə qarşı ən sərt tədbirlərin görülməsini tələb etmişik. Bununla belə əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinə şahid oluruq

Qeyd olunduğu kimi “İstanbul” oteli Binəqədi RPİ-nin cəmi bir neçə yüz metrliyində yerləşir. Buna baxmayaraq RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Bu gün isə Binəqədi rayon sakinləri nəhayət ki, “İstanbul” hotelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə böyük ümidlər bəsləyirlər. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.

*************

Nabrandakı istirahət mərkəzində əxlaqsızlıq yuvası

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Elçin Cəfərinin Nabran kəndində yerləşən “Sevdiyim məkan” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Redaksiyamız Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, faktla əlaqədar cinayət işi başlanıb.

*************

Sabirabaddakı "Çənlibel" restoranı və Binəqədidəki "Clear" otelində baş verənləri görməmək mümkündürmü?


Qadın alverinin cərəyan etdiyi obyektlərə nəzarət yox dərəcəsindədir

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu vaxta qədər ölkə ərazisində otel, sauna, ailəvi istirahət mərkəzi, kafe adlı altında fəaliyyət göstərən xeyli əxlaqsızlıq yuvası aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları belə hal aşkar etdikdə qanunamüvafiq tədbir görürlər.

Ya həmin obyektin fəaliyyətinə birdəfəlik qadağa qoyulur, ya da müəyyən məbləğdə cərimə yazılır. Müşahidələr göstərir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının bağladığı əxlaqsızlıq yuvaları sonradan kimlərinsə himayəsi sayəsində fəaliyyətini bərpa edir. Sabirabad rayonunda yerləşən "Çənlibel" restoranı və Binəqədi ərazisindəki "Clear" otelində də indiyə kimi bir neçə dəfə reyd keçirilib. Buna baxmayaraq, adıçəkilən obyektlər hazırda fəaliyyətlərini davam etdirirlər. Xatırladaq ki, bir neçə il əvvəl polis əməkdaşları "Çənlibel" restoranında reyd keçirərək buranın fəaliyyətinə qadağa qoymuşdular. Bu restoranın fəaliyyəti orada əxlaqsızlıq yuvası müəyyən olunandan sonra dayandırılıb.

Amma hansısa sehrli əl restoranın fəaliyyətini yenidən bərpa etməsinə yardımçı olub. Əldə etdiyimiz məlumatlara görə, yüngül həyat tərzi keçirən xanımların məskəninə çevrilən restoran Sabirabad bazarının sahibi Seyidabad adlı şəxsə məxsusdur: "Burda hər gün xoşagəlməz işlər baş verir. Gənclər hansısa xanımla tanış olan kimi "Çənlibel"ə qonaq dəvət edirlər. Restoran ən məşhur əxlaqsızlıq yuvası kimi ad çıxarıb. Polis rəisi dəyişəndə burda reyd təşkil edildi, əxlaqsızlıqla məşğul olan kişi və qadınlar iş başında yaxalandılar. Bununla bağlı olaraq restoranın fəaliyyətinə bir müddət icazə verilmədi. Lakin aradan bir neçə gün keçəndən sonra kimsə bu işə müdaxilə etdi və qadın ticarətinin baş alıb getdiyi restoran fəaliyyətini bərpa etməyi bacardı. Deyilənə görə, restoranın sahibi vəzifəli şəxslərdən birinin himayəsi altındadır. Elə buna görədir ki, Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev restoranın sahibinə bata bilmir". Binəqədi rayonunun ərazisində yerləşən "Clear" otelində də iyrənc işlər cərəyan edir. Otelin təyinatı üzrə deyil əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi haqda dəfələrlə qandonduran faktlar açıqlanıb. Buna rəğmən, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri həmin faktları araşdırmağa maraq göstərmirlər. Məlumat üçün bildirmək istəyirik ki, 4 mərtəbədən ibarət olan və Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə təmin edilən otel Fəxrəddin və Fikrət qardaşlarına məxsusdur. Vurğulayaq ki, bu qardaşların adı bir neçə il öncə beynəlxalq cinayətdə çəkilib, onlar uran alverində ittiham olunublar. Hətta qardaşların Ermənistanla biznes əlaqələri qurmasına dair iddialar ortaya atılıb. Lakin əxlaqsızlıq yuvası saxlayan qardaşlar hansısa qüvvələrin yardımı ilə qeyd olunan problemdən qurtulmağı bacarıblar. Məlumatlı mənbənin sözlərinə görə, "Clear" otelinə polis nəzarəti çox aşağı səviyyədədir: "Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları oteldə hansı işlərin olub-bitdiyini araşdırmaq istəmirlər. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin işçiləri bir neçə dəfə oteli "vurublar". Üstündən heç bir həftə keçməmiş obyekt fəaliyyətini bərpa edib. Bu o deməkdir ki, "Clear"ın "krışası" möhkəmdir. Hazırda bu oteldə işlər öz axarındadır. Müştərilər müxtəlif vasitələrlə tanış olduqları xanımları bura gətirərək öz istəklərini həyata keçirirlər. Ətrafdakı binalarda yaşayan insanlar iyrənc mənzərələrin şahidi olmaqdan beziblər". Əldə etdiyimiz məlumatda o da deyilir ki, həm "Çənlibel" restoranından, həm də "Clear"dan yaxşı gəlir əldə olunur. Bunun qarşılığında dövlətə az miqdarda vergi keçirilir. Biz inanmaq istərdik ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Sabirabad Rayon Polis Şöbəsinin və Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi qeyd etdiyimiz məsələləri araşdıracaq və qadın ticarətinin qarşısı alınacaq.

Qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.

*************

"Vulkan", "Ağ Hotel", "Qəbələ-Laza", "Romi", və "Göyçə"də baş verənləri hüquq- mühafizə orqanlarının əməkdaşları görmür?

Bu çirkin biznesi himayə edən vəzifəli şəxslər kimlərdir?


Heç şübhəsiz ki, insan alverinin ən çirkin üsullarından biri də qadın ticarətidir. Bu bəla artıq bütün dünyanı cənginə alıb. Qadın alveri ilə bağlı problemlər, qeydə alınan cinayət hadisələri ölkəmizdə də az deyil. Demək olar ki, mütəmadi olaraq aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Ölkəmizdə insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır.

Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün ölkə daxilində də qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Qadın ticarətinin şıdırğı tüğyan etdiyi yerlərin bir neçəsi hətta şəhərin mərkəzi hissələrindədir. Paytaxtın onlarla ərazisini saymaq olar ki, həmin ərazilərdə qadın alveri açıq-aşkar aparılır. Özü də aidiyyəti dövlət qurumlarının gözü qarşısında. Bu ərazilər nəinki qadın alveri ilə mübarizə aparan orqanlara, hətta ictimaiyyətə də məlumdur. Amma nədənsə bu cinayətin qarşısı alınmır. Bu gün sizə yetkinlik yaşına çatmayan qızların cinsi istismara məruz qaldığı bir neçə əxlaqsızlıq yuvası haqqında məlumat verəcəyik. Ki, bəlkə aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri yazdığımız məsələləri araşdırıb qadın alverinin qeydə alındığı obyektlərin fəaliyyətinə qadağa qoyarlar. Başlayaq paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən "Vulkan" hotelindən. Hotelin adı kimi, daxilində də "vulkan" püskürməkdədir- "intim vulkan". Gediş-gəlişin sıx olduğu ərazidə fəaliyyət göstərən "Vulkan"da günün bütün saatlarında hərəkətlilik müşahidə edilməkdədir. Yəni bura gələn müştərilərin ardı-arası kəsilmək bilmir. Ötən ilin noyabr ayında əxlaqsızlıq yuvasında qətl hadisəsinin baş verməsinə baxmayaraq, müştərilər hotelə gəlməkdən çəkinmirlər. Xatırladaq ki, keçən ilin noyabrın 20-də "Vulkan" hotelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğmaq yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub. Bir çoxları, eləcə də ətrafda yaşayan insanlar baş vermiş hadisədən sonra hotelin fəaliyyətini dayandıracağını gözləyirdi. Amma hansısa sehrli əllər, daha dəqiq desək, yüksək rütbəli şəxslərdən birinin məsələyə müdaxiləsindən sonra əxlaqsızlıq yuvasında "iş" bərpa edildi. Əldə etdiyimiz məlumatlara görə, "Vulkan"a müştəri axınının səbəbi qiymətlərin digər pritonlarla müqayisədə nisbətən münasib olmasıdır. Belə ki, hoteldə bir otağın bir gecəlik qiyməti 30-50 manat arasında dəyişir. Eləcə də fahişələr 30-100 manat arasında xidmət göstərir. Hotelin "özəlliyi" ondan ibarətdir ki, bura müştərilər həm özləri ilə qız gətirə, həm də kənardan fahişə sifariş edə bilərlər. Deyilənə görə, "Vulkan" hotelinin arxasında imkanlı şəxslərdən biri dayanıb və bu səbəbdən əxlaqsızlıq yuvasında baş verənlərə göz yumulur. Məşhur əxlaqsızlıq yuvalarından biri də Masazır qəsəbəsinin girişində yerləşən "Ağ hotel"dir. Girişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı lisenziya asılmış bu hoteldə qiymətlər "Vulkan"dakından bir qədər fərqlidir. Bizə çatan məlumatlara görə, hotelin yaxınlığındakı həyət evlərində yaşayan insanlar gecədən səhərə kimi hotelə daşınan fahişələrin səs-küyündən bütün rahatlıqlarını itiriblər: "Burda bir gecəlik qiymət 60 manatdan başlayır. Hotelə heç kim dəyib-dolaşmır. Çünki "Ağ Hotel" Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və ya başqa hüquq-mühafizə orqanlarının əməkdaşları əxlaqsızlıq yuvasına baş çəkib reyd keçirmək istəyəndə obyekt rəhbərliyi onlara lisenziyanı göstərir. Belə olan halda polis əməkdaşları qədim peşə sahiblərinin məskəninə çevrilən hoteldə reyd keçirə bilmirlər. Gün ərzində "Ağ hotel"ə yüzlərlə müştəri gəlir. Bura hər cür qız gətirilir. Evindən qaçan, ərindən ayrılan xanımlar hoteli sığınacaq bilirlər. Onların arasında azyaşlı da var, müxtəlif cinsi xəstəliklərin daşıyıcısı da. Hotel əməlli-başlı çirkab yuvasıdır". Fahişəliyin açıq şəkildə tüğyan etdiyi əxlaqsızlıq yuvalarından biri də "Qəbələ-Laza"dır.

Qeyd edək ki, "Qəbələ-Laza" ilə "Ağ Hotel"in arasındakı məsafə elə də çox deyil- təxminən 200 metr. Redaksiyamıza daxil olan bilgilərə görə, adıçəkilən əxlaqsızlıq yuvası yaşayış evlərinin əhatəsində yerləşir: "Dörd bir tərəfdən fərdi yaşayış evləri ilə əhatə olunan əxlaqsızlıq yuvasında hər gün iyrənc işlər qeydə alınır. Hoteldə pis-pis işlərlə məşğul olan insanların səs-küyü asanlıqla ətrafa yayılır. Bu isə insanlara mənfi təsir göstərir. Otaq qiymətləri 30-40 manat arasında dəyişir. Sakinlər dəfələrlə pritonun rəhbərliyinə iradlarını bildirib, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət ediblər. Amma vətəndaşların şikayətinə heç bir əhəmiyyət verilmir. Obyektin sahibi isə sakinlərə deyir ki, gedin hara istəyirsiniz şikayət edin, onsuz da mən haqqımı verib işimi görürəm". Masazır qəsəbəsində yerləşən digər məşhur fahişəxanalar "Romi" və "Göyçə"dir. Bir-birinə bitişik olan bu pritonlarda qiymətlər 15-35 manat arasında dəyişir: "Hər iki pritonda qız sifarişi də bir qədər ucuz başa gəlir. Bu əxlaqsızlıq yuvaları da həyət evləri ilə əhatə olunub. Hətta "Göyçə"nin iki divarındakı pəncərələr başqasının həyətinə açılır. Bu əxlaqsızlıq yuvalarında hər gün onlarla gənc qız cinsi istismara məruz qalır. Onların arasında azyaşlı qızlar üstünlük təşkil edir. Priton saxlayan şəxslər 15-16 yaşlı qızların həyatının korlanmasına şərait yaradırlar". Heç kimə sirr deyil ki, bu cür obyektlərin mövcudluğu milli-mənəvi dəyərlərimizə olduqca pis təsir edir. Fahişə biznesi ilə məşğul olan şəxslər və ya şəxslər günahsız qızları aldadıb yoldan çıxarmaqla onları qadın alverinin qurbanlarına çevirirlər. Beləcə, cəmiyyətdə mənəvi uçurum əmələ gəlir və yüzlərlə qadın fahişəlik etmək məcburiyyətində qalır. Bunun qarşısını almaq üçün DİN-in aidiyyəti bölmə və şöbələrinin rəhbər şəxsləri adını çəkdiyimiz əxlaqsızlıq yuvalarında dərhal reydlərə başlayıb onların fəaliyyətinə qadağa qoymalıdır.
Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

*************

Dövlət qrumlarının adından istifadə edən işbazlar

- dövlət quluğunda olanların adları ləkələnir....


Son dönəmlərdə azərbaycanda şantaj etmək artıq moda halına düşüb. Buna misal olaraq bildirmək olar ki, bu yaxınlarda Qaradağ rayonunun MTN-nin yerli şəbəsinin sabiq əməkdaşını “Antalya Mehman” ləqəbi ilə ad çıxarmış fahişəxanalar kralı şantaj etməkdədir. Bu hadisədə MTN-nin əməkdaşının adını ictimailəşdirmədən bu hadisənin təffəruatlarını media vasitəsi ilə dövlət qrumlarına çatırmağı özümüzə borc bilirik. Mehman adlı işbazın birinci və sonuncu işi olmadığı tərəfimizdən dəfələrlə aşkarlansada, heç bir dövlət qrumu reaksiya vermədiyi göz önündədir. Mehmanın dəfələrlə şirin adlı icarəçisi tərəfindən redaksiyamızda gedən yazıların silinməsi üçün əməkdaşlarımızıda gizli çəkiliş edildiyi və bununda Səbail rayon MTN-nin əməkdaşları tərəfindən həyata keçirildiyini bildirməkdən çəkinməmişdir. Son günlərdə isə “İnfoPlusTv.az” saytının dövlət qrumlarına Mehman və Şirin işbirlikcilərinin iaşə obyektlərinin fəaliyyəti ilə bağlı ünvanladığı məktublardan xeber tutan qadın alverçiləri saytın rəhbəri Cəlal Məmmədovun əleyhinə polisə müraciət edərək onlardan pul tələb etdiyini bildirərək yalan ifadə verdikləridə artıq göz önündədir.

MTN-nin əməkdaşına gəldikdə isə, Mehman onu şantaj etmək üçün illərdi münasibət saxladığı və dəfələrlə həbs edilib sonradan pul qarşılığında azadlıqa buraxılan reket jurnalistin(M.Abasov) vasitəsi ilə dövlət əməkdaşını el arasında rüsvay edərək video çəkilişi olduğunu və bu çəkilişi bütün əlbir işlədikləri saytlarda, qəzetlərdə paylaşacaqlarını bildirmiş. Bunun yayılmaması üçün isə yüksək məbləğdə pul tələb etdikləri bildirilir. Etibarlı mənbə bildirir ki, bu məsələ ilə bağlı dövlət xidmətində olan şəxsin atası ilə görüşən, dirnaqarası jurnalist “M.A” puldan savayı isə lazım olduğunda MTN-nin sabiq əməkdaşının qeyriqanuni işlərdə onlara yardım etməsi şərtidə qoyulduğu bildirilir. M.Abasovun bu barədə saytında (kriminal107.az) hətta anons verdiyi iki gündən sonra isə dərc etdiyi yazını onlayn xidmətdən sildiyi bildirilir.

Keçən yazılarımızda da bildirdiyimiz kimi. Mehman və Şirin işbazların və mediada olan dirnaqarası jurnalistin hansı ki, öz SV-in yaza bilməyən, adamları dəfələrlə əməkdaşlarımıza dövlət quluqçularının adlarını çəkmələri barədə yazmışdıq. Bu şəxslər Səbail rayon MTN-nin əməkdaşlarının və Xətai rayon prokroru Y.İldırımzadənin onlara “Krışalıq” himayədarlıq etdiyini iddia edirlər. Bu səbəbdəndə şəhərin mərkəzində xəstəlik mənbəyi olan Qadın alverinin tüğyanı məhs bu masaj salonlarda getməsi təcüblü deyildir. (Hills, AQVA, Jasmin, Vastocni Bereq, Diana, Las Veqas, Malibu Rusalichka, Limon, İnfin, Relaks.)

Şirin Abdullayev fahişəxana işlətməmişdən öncə “İnfoPlusTv.az” saytının ştatdan kənar əməkdaşı olmuş, Mehmandan icarəyə obyekt götürəndən sonra əvvəl işlədiyi redaksiyanın rəhbərini polisə vermişdir. Bu şəxs dəfələrlə “Kriminal və Bəşəriyyət” qəzetinin baş redaktorunuda telefon zəngləri ilə narahat etmiş və onun barəsində masaj salonunda gizli çəkilişin olduğunu və digər mətbu orqanlarda gedən yazıları çıxartdırmaqı tələb etmişdilər. Hal hazırda “Kriminal və Bəşəriyyət” qəzetinin baş redaktoru da belə bir şər böhtana məruz qalmış subuta yetirə bilmədiyindən həbs edilmişdir. “İnfoPlusTv.az” xəbər portalının rəhbərinin şantaja məruz qalmasını C.Məmmədovda belə şərh etdi, onun dediyi görə, vaxtı ilə işçisi olmuş Şirin Abdullayevdən idarəyə məxsus ona verilmiş vəsiqəni tələb etməsi və insan alveri ilə məşğul olan şəxsin mətbuatın adına ləkə olmasını bildirdikdən dər hal sonra konfliktlər yaranıb.

*************

'Kral'ın kölələri

- əxlaqsızlığın tüğyan etdiyi kralıq sumqayıtın girişində- Video


Dəfələrlə Azərbaycanı bürüyən bu bəlalardan yazmağımıza, ictimailəşməsinə baxmayaraq heç bir dövlət qrumu bunların qarşısını ala bilmir. Apardığımız araşdırmadan iaşə obyekti işlədən naxçıvanlı pəhləvan ləqəbli "trio" qardaşlar olduğu aşkara çıxmışdır.

Aşkara çıxarılan şəxslərdən idarəçi kimi özlərin təqdim edənlər, mətbuat əməkdaşlarına həddə gəlməyidə unutmadılar. Araşdırmadan əldə edilən məlumatlarda Mübariz adlı "Trio" qardaşlardan biri söhbət əsnasında Sumqayıt şəhəri, 3-cü PB-nin rəisinə və əməkdaşlarına haqq ödədiyini burda elə belə obyekt işlətmədiyini bildirdi. Hətta Post Patrul xidmətinin əməkdaşları belə onlara artıq söz demək hüquqlarının olmadığını bildirdi.

Gördüyümüz qədər bu şəxslərin arxasında o qədər böyük rütbəli insanlar durub ki bunlar həm pulları sayəsində həm də arxalandıqları yüksək çinli məmurun sayəsində dövlətin güc strukturu olan Polis qrumunu oyuncaq kimi düşünürlər. Keçək əsas mətləblərdən olan iaşə obyektin fəaliyyətinə.

Yarıqaranlıq məkandır... Sayrışan rəngli işıqlar... Laqqırtı vuran qadınlar... Siqaret tüstüsü, qəribə qoxular... Bir-birinə qarışan gülüş səsləri... Və bayağı musiqi... Buranın ümumi mənzərəsini qısaca belə təsvir etmək olar. Yaş məhdudiyyəti yox dərəcəsindədir desək yanılmarıq. Bununla yanaşı isə əcnəbi vətəndaşlara qiymət fərqliliyini əsas tutulduqu göz önundədir. Açıq-aşkar göstərilən intim xidmətin qiyməti 20 AZN-dən 50 azn-ə qədər yüksəlməkdədir.

Hər gün axşam saat 5-dən sonra bir çox məktəbli və həyata yeni atılmış gənclərin məskəni olmaqla yanaşı, onların tərbiyəsinə, mənəvi-psixi durumuna, sağlamlığına hansı təsirlər göstərməsi də aydın məsələdir. Təəssüf ki, bu əxlaqsızlıq yuvasının aidiyyəti qurumların diqqətindən yayınması, həm də bir çox kriminogen hadisələrin baş verməsinə təkan vermiş olur. “Trio qardaşlar” üçün, heç nəyə baxmayaraq gəlir qazanmaq ehtirası hər şeydən önəmli və vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Onlar bu əxlaqsızlıqlarını böyük şərəf və fərəhlə topluma nümayiş etdirir. Və haqlı olaraq bu mənzərə qarşısında insanı bir sual düşündürür, doğrudanmı, hələ də Sumqayıtda bu cür obyekt fəaliyyət göstərir və bunu heç kim "görmür"?

Diskoteka yoxsa?...

"Kral"ın diskotekası dillər əzbəridir. Hətta namını eşidib, rayondan bura axın edənlər də az deyil. Diskotekanın ayrıca otaqları var ki, burada qadınlar diskotekaya gələnlərə satılır. Burada baş verən insanlıqdan kənar hərəkətlər insanın ağlını itirmək üçün kifayətdir. Qadınların məhv edildiyi bu məkanın sahibinə gözün üstə qaşın var deyən yoxdur.



*************

«Clear» hotelin sahibi ilə bağlı dəhşətli iddialar

Fəxrəddin və Fikrət qardaşlarının Ermənistanla biznes əlaqələri, qadın alverinə qurşandıqları, bəzi məmurları şantaj etdiklərinə dair məlumatlar yayılıb

Azərbaycanda müəmmalı olaylar səngimək bilmir. Məmləkətdə iş adamlarının həbsindən tutmuş, kütləvi insan tələfatı ilə nəticələnən yanğınla yanaşı, həm də bəzi biznes adamlarının əndazələri aşaraq, daha dəhşətli işlərə qol qoyduğu da üzə çıxmağa başlayıb.

Redaksiyamız xəbər verir ki, Bakının Binəqədi rayonunda yerləşən «Clear» hotelin sahibi ilə bağlı ilginc iddialar gündəmə gəlib. Həmin məlumatdarda vurğulanır ki, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət adlı qardaşlar hotel və çoxsaylı restoranlar işlətməklə yanaşı, həm də beynəlxalq səviyyəli olaya da adlarını yazdırıblar.

İddialara görə, sözügedən şəxslərin adı 2009-cu ildə MTN tərəfindən həyata keçirilmiş əməliyyat zamanı üzə çıxıb. Belə ki, İrana Azərbaycan üzərindən külli miqdarda nüvə yanacağı keçirən dəstə yaxalınır. Onlardan biri 1979-cu il təvəlüdlü Goranboy rayonunun Sarov kənd sakini Tanrıverdiyev İbrahim Hüseyn oğlu olur. Məlumatda deyilir ki, nüvə yanacağı İran ərazisinə Qazax rayonunun "Sınıq körpü" keçid məntəqəsinin ərazisindən keçirilirmiş. Azərbaycan-İran sərhədində uran alverinin getdiyi faktlarla sübuta yetirilib.

Məlumatlara görə, həbs edilən dəstənin üzvlərindən biri də Fəxrəddin adlı iş adamıdır. O da iddia olunur ki, Fəxrəddin və onun Fikrət adlı qardaşı təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər.

Maraqlı məqamlardan biri də odur ki, «Clear» hotel təkcə bu məsəlləyə görə deyil, həmçinin qadın alverində də adını hallandırır. Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, əvvəllər bir gecəsi 70 manata verilən otaq hazırda 90 manata müştəriyə təklif olunur. VİP otaqların qiyməti isə 150 manata kimi qalxıb. Və bura müştərilərin tək daxil olmasına da qəribə baxırlar. Çünki sözügedən hotel yalnız intim xidmətlər üçün «ixtisaslaşıb».

Məlumatlarda o da qeyd olunur ki, hotel rəhbərliyinin müştəri sarıdan korluq çəkməməsinin səbəbi, həm də bir başqadır. İddialara görə, Fəxrəddin və Fikrət adlı qardaşların müştəriləri gizli kamera ilə çəkərək, əllərində «silah» kimi saxlayırlar. Hətta onların «toruna» düşənlər arasında iri çinli məmurların olduğu da qeyd olunur. Bildirilir ki, həmin məmurlardan biri ilə hotel sahibi arasında «soyuq müharibə» gedir.

Redaksiyamızın əldə etdiyi məlumata görə, «Clear»ın sahibləri həmçinin Masallıda da eyni təyinatlı otel inşa etdiriblər. Hətta bu yaxınlarda DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həmin obyektdə əməliyyat keçirdikləri də vurğulanır. Lakin müəmmalı səbəbdən həmin obyekt əməliyyatdan sonra da fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

*************

Binəqədidə “İstanbul restoran” adı altında əxlaqsızlıq yuvası

Bir müddət əvvəl Daxili İşlər naziri cənab Ramil Usubovun imzaladığı sərəncamla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindən çıxarılaraq, bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Şikayət edən rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar.

Redaksiyamıza sakinlərin bildirdiyinə görə, problem “İstanbul” otelidir. Əslində bu sadəcə “İstanbul” kafesi kimi qeydiyyata alınıb. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki “İstanbul” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil. Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” hotelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İinsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim eilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Əvvəlcə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən 24.10.2013 tarixində Binəqədi RPİ-nin rəisi, polis polkovniki Ağalar Məhərrəmova ünvanlanmış rəsmi müraciət ünvanlandı. Həmin müraciətdə təqdim olunan məlumatlar əsasında müvafiq tədbirlərin görülməsi tövsiyyə olunurdu.

Dövlət orqanlarının məmurlarının əxalqsızlıq yuvalarının sahibləri ilə işbirliyi ölkədə əməlli-başlı özbaşınalığa, insanların əşya kimi satılmasına gətirib çıxarmışdır. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan əlbəttə bütün hüquq mühafizə orqanları xəbərdardır. Lakin, heç bir iş görülmür.

Bununla belə əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərini görürük. Bəzi həllarda isə yüksək rütbəli polis əməkdaşları belə obyektlərə hətta himayədarlıq etməkdə ittiham olunurlar. Qeyd olunduğu kimi “İstanbul” oteli Binəqədi RPİ-nin cəmi bir neçə yüz metrliyində yerləşir. Buna baxmayaraq RPİ nədənsə bu əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Bu gün isə Binəqədi rayon sakinləri nəhayət ki, “İstanbul” hotelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanırlar. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.
Polis rəisi əxlaqsızlıq yuvalarına havadarlıq edir

Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozması da acı bir reallıqdır.

Əldə olunan məlumatlarda Bakının Binəqədi rayon sakinlərinin də artıq uzun müddətdən bəri belə bir problemlə üz-üzə qaldıqlarından bəhs olunur. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapmışdır. Artıq qeyd olunduğu kimi bu obyektə gələnlərin əksəriyyəti məhz intim xidmətlərə olan tələbatlarını ödəmək məqsədi güdürlər. “İstanbul” otelinin rəhbərliyi isə bu kimi tələbatların qarşılanması məqsədilə müştərilərinə tam servis paketi təklif edir.
Belə ki, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “İstanbul”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. Daxil olan məlumatlarda obyektin sahibi kimi təqdim olunan Akif adlı şəxsin oteli öz qardaşı oğlu Samirə icarəyə verdiyi bildirilir.

Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Bu kimi məlumatlar dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin problem hələ də öz həllini tapa bilmir. Binəqədi RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Rayon sakinləri onları uzun müddətdən bəri narahat edən problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etmək istəmişdilər. Lakin bu gün artıq bu qurumun da “İstanbul” oteli ilə bağlı yaranmış vəziyyətə müdaxilə imkanlarının məhdudluğu özünü aşkar göstərir.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyində baş vermiş dəyişiklik, idarənin “İstanbul” probleminə münasibətində heç bir dəyişikliyə səbəb olmamışdır. Həmçinin bu biabırçılığa son qoymaq üçün Bakı Şəhər Baş Polis İdarəsi və yaxud da Daxili İşlər Nazirliyinin digər müvafiq idarələri tərəfindən də hələ ki, heç bir tədbir görülmür. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə, polis orqanlarının bu liberallığını təmin edən səbəb, obyektə yoxlamaya gələn əməkdaşlara “vaxtında və yerində olunan hörmətdir”...
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır