Təndir damında yaşayan 3 uşaq, qəddar ata və çarəsiz ana... - FOTO/VİDEO
Sosial
Oxunub: 2 135
9 yan 2016 | 21:37
Təndir damında yaşayan 3 uşaq, qəddar ata və çarəsiz ana... - FOTO/VİDEO










Kənd yerlərində bəzi həyətlərdə çörək bişirmək üçün balaca daxmalar olur. Qadınlar orada təndirə çörək yapırlar. Ancaq elə ailələr var ki, evləri olmadığı üçün bu daxmada yaşayırlar. Bu gün sizlərə belə bir ailədən bəhs edəcəyik

Əslən Şamaxı rayonundan olan 32 yaşlı Asudə Baxşəliyeva Abşeron rayonu, Təzəkənd kəndində yaşayır. Onun üç oğul övladı var. 10 il öncə ailəsi onu tanımadığı həmyerlisi Raci Bünyatovla evləndirib. Üstəlik, sadəcə, dini kəbinlə...

Asudə evlənən zaman gələcək həyat yoldaşının kimliyini belə, bilməyib: "Bizdə sevib, evlənmək yoxdur. Atamız kimi deyirsə, onunla evlənməliyik. Məndə də elə oldu. Dini kəbinlə evləndik. Sonra buraya köçdük".

Beləcə ailə həyatı quran Asudənin acınacaqlı günləri başlayıb. İlk günlərdə normal davranan ər, sonrakı zamanlarda Asudəni döyməyə başlayıb. Sonra isə övladlarına bıçaq çəkib. Onları öldürməklə hədələyib. Məzlum qadın isə çarəsizliyindən bütün bunlara dözüb.

Həyat yoldaşı zamanla onlara daha çox nifrət etməyə başlayıb. Bu nifrət o qədər güclü olub ki, yardımlar sayəsində tikilən evi də yandırıb. O, bununla da kifayətlənməyib. Evin bütün divarlarını, qapı və pəncərələrini, tavanını uçurub. Hər kəsə də "Onları (həyat yoldaşı və 3 oğlunu nəzərdə tutur - red) öldürəcəyəm. Gözüm onların üstündədir. Bir gün gələcəm və hamısının başını kəsəcəm" sözlərini deyib.

Asudə kənddə böyüyüb. Ailəsi ona təhsil almaq imkanı belə, verməyib. Hüquqlarını necə müdafiə edəcəyini belə, bilməyən Asudə, indi çarəsiz halda qalıb. Yeganə şikayət etdiyi yer Abşeron rayon Polis İdarəsidir ki, orada da işə ciddi yanaşılmayıb.

Çarəsiz ana hazırda övladları - 8 yaşlı Musa, 4 yaşlı Polad, 3 yaşlı Sirac ilə birgə 5 aydır ki, qonşularının onlara müvəqqəti verdiyi çörək damında yaşayır. Ailənin kiçik oğlu Sirac, astma xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin daşıyıcısı olan uşaqları nəm, soyuq evlərdə saxlamaq qətiyyən olmaz. Lakin hazırda ailənin başqa sığınacaq yeri yoxdur.

Asudə ilə Raci səkkiz il ailəli olsalar da, rəsmi nikahları yoxdur. Ancaq dini kəbinlə yaşayıblar.

Çarəsiz qadın deyir ki, gəlin köçdüyü bu kənddə ancaq zülm çəkib: "Mən bu kəndə gəlin köçmüşəm. Yaşadığımız evin normal qapısı belə, yox idi. Hər yer nəm idi. Qışda uşaqlar soyuqdan donurdu. Elə ona görə də, Sirac xəstəlik tapdı. Sonra bizə xeyriyyə cəmiyyətindən olan bir xanım (Təşkilatın və xanımın adını gizli saxlamağımız öz istəkləridir) yardım etdi. Evi normal hala saldı. Televizor, soyuducu, istilik sisteminə (kombi) kimi aldı. Amma Raci bunu öyrənən kimi, o xanımdan tələb etdi ki, aldıqlarını geri aparsın. Sonra isə məni döydü.

Polisə şikayət elədim. Bir gün saxlayıb, buraxdılar. Polisdən çıxan kimi gəlib, evi yandırdı. Deyirlər ki, xəstədir, əlində "dəlilik kağızı" var. O, xəstədirsə tutsunlar. Məni və uşaqlarımı öldürməklə hədələyir. Bizi kim qoruyacaq?

Böyük oğlum hər şeyi başa düşür. Atasının onları öldürmək istədiyini bilir. Ona görə də, qonşuda qalır. Deyir ki, "Ana atamdan qorxuram".

Asudənin ailəsi də onlara yaxın durmur. Kənddə iş olmadığından Asudə işsizdir. Elə bir bağça da yoxdur ki, uşaqları qoyub, şəhərə işləməyə gəlsin: "Kənddə iş yoxdur. Mənim işim xadiməlik, yun çırpmaqdır. O da 3 uşağı saxlamağa kifayət etmir. Yaxşı ki, təşkilatdan olan xanım var, onun sayəsində dolanırıq. Böyük oğlum məktəbə gedir. Onun da hər şeyini o xanım alıb. Buranın damı sadəcə, şiferdən ibarətdir. Yağış yağan zaman içəri su dolur. Elə olur ki, günlərlə işıq yanmır. Ancaq odun sobası ilə isinirik".

Kimi qınayaq? Qızlarını bir əşya kimi belə bir şəxsə bağışlayan, sonra isə arxasından çəkilən valideynlərimi, 3 oğul atası olan ərimi, belə bir ailəyə acımayan qurumlarımı?

Lakin ümidlər sonda ölür. Çarəsiz ana imkanı olan hər kəsdən kömək diləyir. Bu ailəyə bir qarın yemək, isti geyim və insan kimi yaşamaq üçün ev lazımdır. Yəqin ki, bu yardımı edə biləcək kimlərsə var. (Musavat.com)

Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...