Vurulan gömrük generalı ilə bağlı ŞOK AÇIQLAMALAR
Sosial
Oxunub: 1 732
13 yan 2016 | 00:30
Vurulan gömrük generalı ilə bağlı ŞOK AÇIQLAMALAR











Məlum olduğu kimi, bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub. Belə ki, komitənin Balakən Gömrük İdarəsinin rəisi işləmiş Baba Salayev Baş İdarənin rəhbəri təyin edilib. Bundan əvvəl Baş İdarənin rəisi işləmiş general-mayor Güloğlan Muradlı isə rəis müavini təyin olunub

Komitədən bildirilib ki, bu adi prosedur qaydadır: Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir.

Bunula belə, general-mayor Güloğlan Muradlının rəis olduğu idarədə müavin vəzifəsinə keçirilməsi KİV-lərdə onun vurulması kimi qiymətləndirilib. Bir neçə saytda isə onun bu generalın vurulmasının səbəbi kimi maraqlı bir versiya irəli sürülüb. Bildirilib ki, G.Muradlı AXCP sədri Əli Kərimlinin qrup yoldaşı olub, istisna deyil ki, onunla əlaqələrinə görə cəzalandırılıb.

Əli Kərimlinin bir digər tələbə yoldaşı, deputat Fazil Mustafa "Facebook"da yazdığı postunda G.Muradlının Əli Kərimli və onunla qrup yoldaşı olduqlarını təsdiqləsə də, saytların bu məqamı qabartmasına etirazını bildirib. F.Mustafanın postunu təqdim edirik:

"Mediada xəbərin təqdimatının xüsusi əhəmiyyəti var. Aşağıdakı informasiyada da bunu dəhal sezmək olur (F.Mustafa postu ilə birlikdə musavat.com-un sözügedən xəbərini də təqdim edir-red). Demək gömrük generalı Güloğlan Muradovun vəzifəsi bir pillə aşağı salınıb. Mənim tələbə yoldaşım olub və hətta eyni qrupda oxumuşuq, gömrük sistemində ən bilikli ve peşəkar kadrlardan biridir. General rütbəsi də indiki hakimiyyət tərəfindən verilib. İndi tutaq ki, Əli Kərimlinin də tələbə yoldaşı olub, nə olsun? Gömrük Komitəsinin rəhbərliyi öz mülahizələrinə görə hansısa qərar qəbul edibsə, bunu medianın 30 il öncə adamın oxuduğu məktəb və ya tələbə yoldaşları ilə əlaqələndirməsinin məntiqi izahını vermək həqiqətən çətindir. Ümumilikdə isə Güloğlan Muradovla tələbə yoldaşı kimi bir-birimizin xeyrində-şərində iştirak edirik, Əli Kərimli ilə hansısa münasibətinin olmadığını dəqiq bilirəm. Gömrük sisteminə isə savadlı kadr olaraq mənim tərəfimdən 1992-ci ildə işə göndərilib. Demək ki, informasiyanın təqdimatına hörmətli jurnalistlərimiz daha dəqiq yanaşmalıdırlar ki, cəmiyyət tərəfindən yanlış anlaşılmasınlar.(azpolitika.info)
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq