Kompüterdə şəxsi məlumatları qorumağın - QAYDALARI
Sosial
Oxunub: 856
13 yan 2016 | 10:49
Kompüterdə şəxsi məlumatları qorumağın - QAYDALARI










Firewall şəbəkəni təhlükəsiz saxlamağa imkan verir


Günümüzdə kompüterlərdəki fərdi məlumatlara icazəsiz giriş və bu məlumatların oğurlanması halları artmaqdadır. Bunun qarşısının alınması üçün müxtəlif addımlar atılmalıdır. Bunlardan biri də kompüterlərə "Firewall" quraşdırılmasıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bəyan edib ki, "Firewall" internetdən gələn təhlükələrə qarşı müdafiə üçün sistemə və şəbəkəyə girişi məhdudlaşdıran və ya əngəlləyən təhlükəsizlik sistemidir.

Əvvəlcədən müəyyən olunmuş təhlükəsizlik qaydaları əsasında daxil olan və ötürülən şəbəkə trafikini monitorinq edən və ona nəzarət edən şəbəkə təhlükəsizliyi sistemi olan "Firewall" həm proqram təminatı (software), həm də aparat təminatı (hardware) kimi tətbiq oluna bilər. "Firewall" şəbəkəni təhlükəsiz saxlamağa imkan verir.

Bütün şəbəkə məkanları (ev, ofis, ictimai və ya domen) və şəbəkə əlaqələri üçün (Wi- Fi, şəbəkə kabeli) əməliyyat sistemlərinə uyğun olaraq "Firewall" aşağıdakı formalarda aktivləşdirilir:

"Windows" üçün

İdarəetmə paneli ⤍ "Windows Firewall" ⤍ "Firewall"-u aktiv edin

"Mac" üçün

Seçimlər ⤍Təhlükəsizlik ⤍ "Firewall"-u aktiv edin

"Linux" üçün

IP Cədvəli konfiqurasiya edin

Xüsusilə icazə verdiyiniz daxili şəbəkə əlaqələrindən başqa hamısını əngəlləməklə, "Firewall"-u quraşdırın.

Təsdiq olunmamış istifadəçilərin kompüterinizə girişini əngəlləmək üçün "Firewall"-u quraşdırın.

Yalnız inandığınız veb saytların girişinə icazə verin.

"Firewall" aktivləşdirildikdən sonra onun üzərində müəyyən qaydalar müəyyənləşdirilməlidir.

Bu qaydalar aşağıdakı kimi təsnif edilə bilər:

məsafədən giriş (remote login )

arxa qapı tətbiqetmələri (application backdoors)

xidmətdən imtina hücumları (DoS - Denial of Service attacks)

e-poçt protokolu hesab oğurlanması (SMTP Session Hijacking)

əməliyyat sistemi xətaları (operating system bugs)

e-poçt bombaları

makrolar

viruslar

arzuolunmaz e-poçtlar (spam)

yenidən yönləndirilən bombalar (redirect bombs)

Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisləri bildirir ki, kompüterlərdəki şəxsi məlumatları qorumaq üçün "Firewall" sazlanmasından əlavə kompüterlərə antivirus proqramları da yazılmalıdır.

Həmçinin həm antivirus proqramı, həm də "Firewall" daim yenilənməlidir.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...