Sumqayıtda sökülən obyektlərə görə pul verilməyəcək
Sosial
Oxunub: 936
13 yan 2016 | 10:58
Sumqayıtda sökülən obyektlərə görə pul verilməyəcək











Bu təhlükə mənbəyidir

Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin Sülh küçəsində həyata keçirilən abadlıq və quruculuq işləri zamanı söküləcək qanunsuz ticarət və xidmət obyektləri barədə açıqlama verib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Trend-ə bildirib ki, abadlıq və quruculuq işləri ilə əlaqədar Sumqayıtda sökülən qanunsuz ticarət və xidmət obyektlərinin sahiblərinə kompensasiya verilməyəcək:

Yenidənqurma işləri müasir tələblərə uyğun davam etdirilir. Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, Ən ucuz market adlı ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir.

Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir.

Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir.

Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil.

G.Əliyev deyib ki, bu baxımdan Sumqayıt şəhər İcra Hakimiyyəti həmin qanunsuz obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur.

Qurum rəsmisi bildirib ki, 170-200 obyektin söküləcəyi barədə yayılan məlumatların əsası yoxdur: Rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir.

Sumqayıtda fəaliyyət göstərən Cavid ticarət mətkəzinin də sökülməsinə münasibət bildirən G.Əliyev bu obyektin sökülməsini Sülh küçəsindəki tıxacların aradan qaldırılması ilə əlaqələndirib:

Həmin obyektin qarşısında avtomobillərin qanunsuz park edilməsi yolda tıxacların yaranmasına gətirib çıxarır.

Bu problemin yaranma səbəbi SSRİ dönəmindən Sülh küçəsində məhz avtomobil dayanacağı olan ərazidə Cavid ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir.

Sumqayıt şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən Cavid ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq.

Söküləcək obyektlər qanunsuz olduğu üçün obyekt sahiblərinə hec bir konpensasiya verilməsi nəzərdə tutulmur.
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq