Tələbələri intihara səsləyən rektor SDU-da nə baş verir?
Sosial
Oxunub: 979
14 yan 2016 | 13:49
Tələbələri intihara səsləyən rektor  SDU-da nə baş verir?










Sumqayıt Dövlət Universitetində tələbələr kütləvi etiraza hazırlaşır. Filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımovanın imtahandan kəsilməsi və ondan pul tələb olunmasına görə intiharı bu təhsil ocağında sözün əsl mənasında ajiotaj yaradıb

AzNews.az-a müraciət edən bir qrup tələbə universitet rəhbərliyinə ən müxtəlif formalarda etiraz edəcəklərini bildiriblər. Qeyd ediblər ki, SDU rəhbərliyinin təhsil ocağında yaratdığı rüşvət ab-havası, tələbələrin soğan qabığı kimi soyulması, onlardan qeyri-qanuni haqq tələb olunması, dekanların yaşatdığı stress, psixoloji gərginlik onları hiddətləndirib. Tələbələrin sözlərinə görə, Rumiyyənin özünü dənizə ataraq intihar etməsi ali məktəbdə rektorun yaratdığı korrupsiyanın, tələbənin çıxılmaz vəziyyətə düşməsinin, özbaşınalığın faciəvi sonluğuna dair sadəcə bir nümunədir. Müraciət edənlər Rumiyyə kimi onlarla tələbənin də intihardan başqa yol tapmadıqlarını bildiriblər.

Qeyd ediblər ki, təhsilin səviyyəsi çox aşağı olmasına baxmayaraq, imtahanlar çox ağır aparılır. Qəsdən imtahanlara elə suallar salınır ki, tələbələrin əksəriyyəti kəsilir: Kəsilən tələbələr həm rəsmi şəkildə yığılan 174 manat cəriməni ödəməli olur, həm də imtahanın rüşvətini verməyə məcbur qalır. Nəzərə alsaq ki, SDU-nun tələbələri əsasən aztəminatlı ailələrin övladlarıdır, onda bu məbləğdə rüşvətin verilməsinin necə çətin olmasını, bunun hətta bəziləri üçün ölmə bərabər bir məsələ olmasını izah etməyə ehtiyac qalmır. Universitet rəhbərliyi əsasən 1-ci kurs uşaqlardan pul yığımı edirlər. Çünki hamı bilir ki, 1-ci kursda kəsilmək risklidir. Və bunu müəllimlər də tez-tez vurğulayır ki, 1-ci kursda kəsrin olması qovulmaq deməkdir. Bu, isə tələbələrin daha çox həyəcan keçirməsinə, ya haradansa deyilən pulu tapıb vermək, ha da canına qıymaq yolunu seçməsinə gətirib çıxarır.

Tələbələrin sözlərinə görə, ölkənin rüşvətə bulaşmış təhsil müəssisələrindən olan SDU rəhbərliyi isə I kurs tələbəsinin intiharından nəticə çıxarmayıb: Hazırda bütün fakültələrdə qış semestri üzrə xərac yığılması davam etdirilir. Hətta bu ürəkparçalayan faciə də rektorun rüşvət yığımına müvəqqəti son qoyulması üçün səbəb olmayıb.

Tələbələr müraciətində qeyd ediblər ki, prezident İlham Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, təhsil naziri Mikayıl Cabbarova məktub ünvanlayıblayacaqlar.

Yada salaq ki, ali məktəbdəki özbaşınalığa görə intihar edən Rumiyyə çox kasıb ailənin övladı olub. Saray qəsəbəsində 1 sotluq ərazidə anası göyərti əkməklə məşğuldur. Atası isə tikintidə usta işləyir. İki il əvvəl ayağından kəsici alətlə ciddi xəsarət aldığından işləyə bilmir. Anası yığdığı göyərtiləri satmaqla qızının təhsil haqqını ödəməyə çalışıb. 1600 manatlıq təhsil haqqının 1000 manatını ailəsi, 600 manatını isə qohumları ödəyib. Rumiyyənin atası Elşən Qasımov modern.az-a bildirib ki, qızı birinci imtahandan kəsiləndə bunun pul ilə bağlı olduğunu demişdi.

Birinci imtahandan kəsildi. Evə gəldi, dedi ki, pul söhbətidir, pul verilməsə, kredit təhsil haqqının üstünə gələcək. İkinci imtahanı yanvarın 9-da idi, dedi ki, çalışıb onu verəcək. Mən də dedim ki, o biriləri ver, kəsiri düzəldərik. Birinci imtahan ingilis dilindən, ikinci isə Azərbaycan dilindən idi. Səhər mən işə, o imtahan getdi, 6-ya qədər evə gələrdi, həmin gün telefonu özü ilə aparmamışdı, evdə qalmışdı. Mənə saat 5-də evdən zəng etdilər ki, qız gəlməyib. İşdən çıxıb Universitetin əsas korpusuna getdim. Dedilər ki, onlar 5-də gediblər. Tələbə yoldaşları ilə əlaqə saxladıq. Məlum oldu ki, 24 tələbə imtahandan kəsilib. Rumiyyə isə çox pis olub, ağlayıb ki, "mən evə nə üzlə gedəcəm. Sonra qrup yoldaşları ilə dayanacağa qədər bir gəliblər və orada ayrılıblar.

Bütün şəhəri gəzsə də, qızını tapa bilmədiyini deyən E.Qasımov 21:00-da 102-ə zəng edib və Polis İdarəsindən ona ərizə yazmaq üçün çağırıblar.

1-ci polis bölməsindən mənə zəng etdilər, gedib ərizəmi yazdım, qızın şəklini verəndə zəng etdilər ki, Trovmatologiyaya gəl. Gedib gördüm ki, meyit morqdadır, oradan götürüb gəldim. Qızımı dəniz qırağında tapıblar.

E.Qasımov bildirib ki, imtahanlara görə pul istənildiyi çoxdan tələbələrə deyilmişdi. "Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik".

Məsələ ilə bağlı universitetin mətbuat xidmətindən yalnız onu bildirdilər ki, tələbələrin dediklərinin heç bir əsası yoxdur: Hazırda universitetdə sakitlikdir və təhsil prosesi davam etdirilir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO