Daha bir tibb ocağı qanunlarımızın ziddinə gedir… – İTTİHAM VAR
Sosial
Oxunub: 967
6 fev 2016 | 14:20
Daha bir tibb ocağı qanunlarımızın ziddinə gedir… – İTTİHAM VAR











Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, bu gün ölkənin səhiyyə sistemində mövcud olan bir çox problemlər məhz respublikamızda fəaliyyət göstərən özəl klinikalarla bağlıdır

İlk növbədə diqqəti cəlb edən məqam budur ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə, göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Redaksiyamıza daxil olan məlumatlarda isə, bu gün Azərbaycanda reklam kampaniyası kifayət qədər güclü təşkil olunmuş “Avrasiya Xəstəxanalar Qrupu”na daxil olan tibb müəssisələrinin fəaliyyətində müşahidə olunan ciddi nöqsanlara dair iradlar irəli sürülməkdədir. Məlum olduğu kimi hazırda “Avrasiya Xəstəxanalar Qrupu”na iki xəstəxana, Akademik Həsən Əliyev küçəsi, 15 ünvanında yerləşən “Avrasiya” hospitalı və Azadlıq prospekti, 189 ünvanında fəaliyyət göstərən “Avrasiya” klinikası aiddir. Hər iki müəssisə tamamilə müstəqil formada fəaliyyət göstərsələr də, “Avrasiya Xəstəxanalar Qrupu”na ümumi rəhbərlik “qrupun” sahibi Qafur Cəfərov tərəfindən həyata keçirilir. Daxil olan açıqlamalar görə, bu gün bu xəstəxanalarda tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. Xüsusilə “Avrasiya” klinikasındakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Məsələn, ürək əməliyyatlarının qiyməti orta hesabla 3 000 -10 000 manat arasında dəyişir. Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə, 1200-2000 manat civarındadır. Qanın ümumi müayinələri orta hesabla 15- 40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə, 60-140 manatdır. Digər tərəfdən isə, iddialara görə, hər iki müəssisənin müasir avadanlıqlarla təshiz olunduğuna baxmayaraq, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur. Mənbələr hər iki klinikada belə vəziyyətin yaranmasına əsas səbəb kimi məhz maddi gəlir faktorunun burada hər zaman üstünlük təşkil etməsilə bağlayırlar. Məlum olduğu kimi, tibbi xidmətlərə görə daha yüksək qiymətlər məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunur. Yeri gəlmişkən, elə “Avrasiya” hospitalının rəsmi saytında da bu xəstəxanın baş həkimi İlyas Həsənovun bir çox xarici ölkələrdə qatıldığı müxtəlif tibbi kursların siyahısı kifayət qədər böyük yer tutur. Eyni zamanda da bir sıra digər özəl tibb müəssisələri kimi “Avrasiya” klinikası da xarici ölkələrdən həkim mütəxəssislər dəvət edib onların reklamı ilə də məşğul olur. Bu mütəxəssislər isə, yüksək qiymət müqabilində tibbi xidmət göstərirlər. Deyilənlərə görə, dəvət olunan xarici həkimlər çox zaman hər hansı müqavilə olmadan çalışırlar. Halbuki, mövcud qaydalara görə, xarici mütəxəssis dəvət edən özəl tibb müəssisəsi bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinə bununla bağlı ətraflı məlumat verməlidir. Həmçinin, xarici mütəxəssislərin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddət, özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surəti və mütəxəssis barədə məlumatlar da Səhiyyə Nazirliyinə təqdim olunmalıdır. Yalnız bundan sonra xarici mütəxəssislərin özəl klinikalarda fəaliyyətinə icazə verilir. “Avrasiya Xəstəxanalar Qrupu”na aid olan müəssisələr isə, əksər hallarda bu mühüm tələbə əməl etməkdə maraqlı görünmürlər.
Əldə etdiyimiz məlumatlarda daha bir diqqətəlayiq məqam, Qafur Cəfərovun rəhbərlik etdiyi bu klinikaların vergi ödəmələrindən yayınmalarda da ittiham olunmaları ilə bağlıdır. Mənbə bildirir ki, hətta bu məqsədlə klinikalarda işləyən personalın sayı da real olduğundan xeyli az göstərilir…

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi