Azərbaycanda köhnə sürüşmə zonası yenidən aktivləşdi
Sosial
Oxunub: 815
13 fev 2016 | 19:27
5 il bundan əvvəl başlanan sürüşmə son yağıntılardan sonra daha da fəallaşıb.
Azərbaycanda köhnə sürüşmə zonası yenidən aktivləşdi
Azərbaycanda köhnə sürüşmə zonası yenidən aktivləşdi
Lənkəran-Lerik yolunda 5 il bundan əvvəl başlanan sürüşmə son yağıntılardan sonra daha da aktivləşib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hal-hazırda ən gərgin vəziyyət yolun 27-ci km-də yaşanır. Burada sürüşmə yolun asfalt qatına artıq çatıb.
Lerik rayonu üçün mühüm əhəmiyyətə malik yolda sürüşmənin aktivləşməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün də çətinliklər yaradır. Yoldan mütəmadi istifadə edən sürücülər bütün mümkün tədbirlərin görülməsini vacib sayırlar.
Sürücü İdris Əliyev bildirib ki, qar-yağış yağanda yolun üst qatından gələn palçıq qatı yolu kəsir: "Bu da ki, bizim üçün çətinlik yaradır. Gedib-gəlmək çətin olur. Əgər sürüşmənin qarşısını almaq və aktivliyini azaltmaq olsaydı, bizim üçün asan olardı, biz də rahat gedib gələrdik".

Ərazi nəzarətə götürülüb
25 saylı Lerik yol istismar idarəsinin baş mühəndisi Ziyafət İsmayılovun dediyinə görə, ən böyük aktivlik yolun 17-29, 46-53-cü km-ləri arasında müşahidə olunur: "Biz sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Böyük çətinlikılər yaranır. Bunun üçün yolda genişlənmə işləri görülməlidir, bərkitmə işləri görülməlidir, istinad divarları tikilməlidir".

Baş mühəndis vəsait ayrılan kimi işlərə başlanılacağını deyib. Hal-hazırda bölgədə yağıntısız hava hökm sürdüyündən yolda nəqliyyatın normal intensiv hərəkəti müşahidə olunur.
Sürüşmə yolun mühafizə çəpərini də uçurub
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM