Bakıdakı bu məktəbdə 7 "ölü müəllim" dərs keçirmiş — FOTO
Sosial
Oxunub: 2 623
16 fev 2016 | 14:41
Bakıdakı bu məktəbdə 7 "ölü müəllim" dərs keçirmiş — FOTO










Xətai rayonu, 30 saylı musiqi məktəbinin bir qrup müəllimi Ölkə.Az-ın redaksiyasına müraciət ediblər

Müraciətdə son iki ayda kollektivə rəhbərlik edən Bətulə Məmmədovadan narazılıq ifadə olunur. Bildirilir ki, kollektivin əvvəlki direktorlarla elə ciddi problemi olmayıb:

"Bundan əvvəlki direktorumuz Eldar Bağırov idi. Sentyabrda Eldar müəllimin işdən azad olunmaq məsələsi qoyulmuşdu. Ötən ilin dekabrında öz ərizəsi ilə uzaqlaşdı. Dekabrın 30-da əmri verildi, xəstəliklə əlaqədar işdən çıxdı. Dekabrdan bu yana direktor vəzifəsi boşdur. Dərs hissə müdiri Bətulə Məmmədova direktoru əvəz edir. Kollektivin böyük hissəsi bu adamdan narazıdır".

Müəllimlər bildirirlər ki, Bətulə Məmmədova barədə ayrı-ayrı vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, hətta Baş Prokurorluğa müraciət ediblər. Müəllimlərin narazılığına səbəb olan əsas məqamalardan biri budur ki, B.Məmmədova "ölü müəllimlər"in adına dərs saatı yazdığı halda, hər gün işə gələn müəllimlərin dərs saatını aşağı salır:

"Məktəbdə doqquz müəllimin adı siyahıda gedir, amma üzünü görən olmayıb. Sonra bir az narazılıq oldu, onlardan ikisini çıxardılar. Hazırda yeddi "ölü" müəllimimiz var. Ancaq indi də eşitmişik ki, onları da çıxarıb ki, birdən gəlib yoxlayarlar, pis olar. Onların kartları da Bətulə Məmmədova ilə direktorda idi. Üçünün adı yadımızda qalıb-Yeganə, Zümrüd, Natavan... İndiyə kimi bizim bildiyimiz, məktəbdə 7 min yeyinti olub. Dəfələrlə müraciət və şikayətlərimizə baxmayaraq, heç birimizə nə dərs saatı verilmədi, nə də çağırıb dərdimizi soruşmadılar. Müəllimlər etiraz edəndə Bətulə Məmmədova hərəyə bir cür cavab verir. Kollektivdə 120-yə yaxın müəllim var. Kim haqqını tələb edirsə, kobudluqla qarşılaşır. Müəllimlərdən biri dərs saatı istəyib, ona deyib ki, itil burdan. Başqa bir müəllimin qolundan tutub bayıra atıb ki, çıx bayıra, sən burda dərs keçməyəcəksən".

Mövzunu diqqətdə saxlayacağıq.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq