DataLife Engine / “Əhaliyə at əti satılacaq”: nazirlikdən Eyyub Hüseynova cavab gəldi - Eksklüziv

“Əhaliyə at əti satılacaq”: nazirlikdən Eyyub Hüseynova cavab gəldi - Eksklüziv

“Əhaliyə at əti satılacaq”: nazirlikdən Eyyub Hüseynova cavab gəldi - Eksklüziv












“Eyyub Hüseynovun yerli istehlakçıların aldadılaraq onlara at əti satılacağı haqda dediklərinin heç bir əsası yoxdur”

Bu sözləri Politika.Az-a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Qazaxıstana və Moldovaya at əti ixracı zamanı bu məhsulların yerli bazara da çıxarılacağı barədə dedikləri həqiqəti əks etdirmir.

M.Hacıyev Politika.Az-a bildirib ki, Dövlət Baytarlıq Xidməti tərəfindən bu hallara nəzarət ediləcək:

“Ölkədən ixrac edilən və ölkəyə idxal ediləcək bütün ət məhsulları Dövlət Baytarlıq Xidmətinin nəzarətindədir.

Bütün məhsullar aktlaşdırılacaq. Bununla bağlı əhaliyə də xəbərdarlıq ediləcək. Nazirlik özü bütün hallarda əhalini məlumatsız qoymayacaq”.

M.Hacıyev həmçinin nazirlikdə aparılacaq struktur dəyişiklikləri haqda son günlər mətbuatda yayılan xəbərlərdən danışıb.

Onun sözlərinə görə, məlumatlar yanlışdır: “Hər hansısa dəyişiklik ediləcəyi təqdirdə nazirlik bununla bağlı rəsmi məlumat yayacaq və hələlik belə bir struktur dəyişikliyi gözlənilmir”.

Qeyd edək ki Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında at ətinin mal ətinə qarışacağını, mal əti adı altında istehlakçılara at əti satılacağını və onların aldadılacağını demişdi:

“Azərbaycanın ət bazarı həddindən artıq çirklənəcək. Mən hətta satışa eşşək ətlərinin də çıxacağını gözləyirəm.

Mal ətinə eşşək və digər bilmədiyimiz heyvanların da ətləri qarışdırılıb satılacaq. Bu il Azərbaycan üçün sürpriz oldu, qurbağa ətləri meydana çıxdı, gələn ildə eşşək, at əti olacaq və istehlakçıların hüquqlarının pozulması baş verəcək".
9-01-2017, 19:59
Geri dön