DataLife Engine / 60 manatlıq cəriməni 100 manata qaldırdılar

60 manatlıq cəriməni 100 manata qaldırdılar

60 manatlıq cəriməni 100 manata qaldırdılar










Yeni İnzibati Xətalar Məcəlləsində intizamsız avtobus sürücülərinə tətbiq olunan cərimələrdən biri əhəmiyyətli dərəcədə artırılır. Hazırda qüvvədə olan Məcəllə avtobusların (ümumi istifadədə olan nəqliyyat vasitələrinin) xüsusi işarələnmiş dayanacaq meydançalarından kənarda sərnişinləri mindirmək və ya düşürmək üçün dayandırılmasına görə 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Yeni Məcəllədə isə cərimə ballarının sayı əvvəlki kimi saxlanılsa da, belə sürücüyə tətbiq ediləcək cərimənin məbləği 100 manata qaldırılır.
Məlumdur ki, avtobus sürücüləri sərnişinlirə mindirmək və düşürmək üçün dayanacaqdan kənarda dayandıqda küçələrdəki ümumi nəqliyyat axınına ciddi mane olurlar. Cərimənin sərtləşdirilməsi belə intizamsızlığın aradan qaldırlmasına yönəlib. Lakin onun nə dərəcədə səmərəli olacağı təcrübədə necə tətbiq ediləcəyindən asılıdır.
Yeni Məcəllənin bu ilin may ayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

30-01-2016, 18:07
Geri dön