10-04-2016, 12:59 Oxunub: 962

Qaxın yollarının təmirinə ayrılan vəsaitlər hara xərclənir?

 Qaxın yollarının təmirinə ayrılan vəsaitlər hara xərclənir?











16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyov rayonun yollarının istifadəyə yararsız hala düşməsinin səbəbkarıdır «Azəravtoyol» ASC-nin Qax rayon 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyov ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlməyi bacarmır. Bu barədə gundelik-baku.com-a verilən məlumatlarda bildirilir. Rayon sakinlərinin bildirdiyinə əsasən, idarə rəisinin öz mənafeyi üçün çalışması Qaxın əksər yollarının istifadəyə yararsız vəziyyətə düşməsi ilə nəticələnib: «Əvvəlcə onu demək lazımdır ki, rayon ərazisinə düşən 41 km-lik magistral yola 16 saylı Qax Yol İstismar İdarəsi nəzarət edir. Bu rayonda yolların vəziyyəti elə də ürək açan deyil. Bir çox yaşayış massivlərində məlumatverici lövhələr yoxdur, yol nişanlarının sayı isə kifayət qədər deyil. Yolların təmirinə hər il kifayət qədər vəsait ayrılır, amma əksər yollar istismara yararsız haldadır. Təmir məqsədilə ayrılan vəsaitlər göyə sovrulur. İdarənin balansındakı texnikaların bir çoxu istismar müddətini çoxdan başa vursa da, rəis həmin texnikalara ehtiyat hissələrinin alınması, həmçinin yanacaq adı altında külli miqdarda vəsait silir». Məlumatlı mənbənin bildirdiyinə görə, Alatəmir, Marsan, Tasmalı, Lələli və Zəyəm kəndlərini birləşdirən avtomobil yolunun tikintisi zamanı ciddi nöqsanlara yol verilib. Belə ki, Alatəmir, Marsan və Tasmalı kəndlərini əhatə edən ilk 10 km-də işlər başdansovdu aparılıb. Nəticədə yol istifadəyə verilməmiş çat verib. Bu yolun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılıb. Amma həmin vəsaitin böyük hissəsi idarə rəisinin şəxsi büdcəsinə yönəldilib». Başqa bir məlumata əsasən isə 16 saylı Yol İstismar İdarəsində «ölü can»lar var və rəis tabeliyində olan işçilərin əmək hüquqlarını tapdalayaraq şəxsi maliyyə imkanlarını artırır. Bu barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik. Ümid edirik ki, ASC sədri Saleh Məmmədov cənabları yazdığımız məsələləri araşdırıb lazım olan tədbirləri həyata keçirəcək. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. Gundelik-baku.com
Qərb bölgəsinə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb Qərb bölgəsinə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb Bolge Göygöldə yolların buz tutmaması üçün tədbirlər görülür Göygöldə yolların buz tutmaması üçün tədbirlər görülür Bolge Lənkəranın yollarına ayrılan pullar necə Lənkəranın yollarına ayrılan pullar necə "yolunu azıb", ciblərə gedir? - FOTOLAR Sosial Masallının 4,7 milyon manatlıq «yolları»-FOTOLAR Masallının 4,7 milyon manatlıq «yolları»-FOTOLAR Bolge ŞOK! Məmur oğlu adam ölürdü cəzasız qaldı ŞOK! Məmur oğlu adam ölürdü cəzasız qaldı Hadise