18-11-2016, 06:37 Oxunub: 580

Şahdağa 20 sm qar yağıb

Şahdağa 20 sm qar yağıb











Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı açıqlama yayıb.

Xəbərə görə noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.
Güclü külək əsəcək, yağış yağacaq Güclü külək əsəcək, yağış yağacaq Sosial Nazirlikdən əhaliyə hava xəbərdarlığı Nazirlikdən əhaliyə hava xəbərdarlığı Sosial Sabah yağış, qar yağacaq Sabah yağış, qar yağacaq Sosial Havalar soyuyacaq – XƏBƏRDARLIQ Havalar soyuyacaq – XƏBƏRDARLIQ Sosial Azərbaycan ərazisində oktyabrın 18-dək hava qeyri-sabit keçəcək, bəzi yerlərdə qar yağacaq Azərbaycan ərazisində oktyabrın 18-dək hava qeyri-sabit keçəcək, bəzi yerlərdə qar yağacaq Gundem