11-05-2017, 14:35 Oxunub: 601

"Yalnız sıravi işçilərin müavinətlərini kəsirlər" - Samuxdan ŞİKAYƏT

"Yalnız sıravi işçilərin müavinətlərini kəsirlər" - Samuxdan ŞİKAYƏT

















Samux rayonu Nəbiağalı qəsəbə sakini Mehdiyev Rasim Elyar oğlu "Ölkə.Az"ın redaksiyasına şikayət müraciəti edib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Samux rayon mədəniyyət şöbəsində çalışır:

"Övladımız bir yaş iki aylıqdır. İlk aylarda müavinət verilsə də, yanvar ayından başlayaraq müxtəlif bəhanələr gətirilir. Yerli idarədən bildirirlər ki, büdcədə pul yoxdur və atırlar Gəncə Regional Mədəniyyət İdarəsinin üstünə. Regional idarə isə DSMF-nin təqsirkar olduğunu bildirir. Bu durum tək mənim həyat yoldaşımla bağlı deyil.

Regionallaşmadan sonra belə bir problem yaranıb. Hətta Mədəniyyət və Turizm Nazirliyində də bu barədə məlumatlıdırlar. Maraqlıdır ki, rəhbər şəxslərdən-idarənin müdiri və müavinləri səviyyəsində kimsə analıq məzuniyyətinə gedirsə, belə problem yaranmır. Yalnız sıravi işçilərin müavinətlərini kəsirlər. Qısası, hər dəfə gülməli səbəblər göstərilir. Redaksiyanızdan xahiş edirəm, bu məsələni işıqlandırasınız".

Mövzunu diqqətdə saxlayacağıq.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi  Ramiz Quliyevdən Cənab prezident, hörmətli Mehriban xanıma Şikayət Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyevdən Cənab prezident, hörmətli Mehriban xanıma Şikayət Gundem / Bolge "Samux batır, bizə kömək edin..." - ŞİKAYƏT Bolge Mədəniyyət və Turizm Nazirliyinin Ağdaşdakı adamı özbaşına buraxılıb – NARAZILIQ VAR… Mədəniyyət və Turizm Nazirliyinin Ağdaşdakı adamı özbaşına buraxılıb – NARAZILIQ VAR… Bolge Əbülfəz Qarayevin adamları şəhid adına müdhiş dələduzluq Əbülfəz Qarayevin adamları şəhid adına müdhiş dələduzluq Sosial DSMF-nin Ağsu şöbəsinin müdiri sakinlərin dəfn puluna göz dikir DSMF-nin Ağsu şöbəsinin müdiri sakinlərin dəfn puluna göz dikir Bolge