24-07-2015, 07:17 Oxunub: 895

Ağstafada sahibkarın torpağını zorla əlindən alıblar

Ağstafada sahibkarın torpağını zorla əlindən alıblar













Oqtay Əmirovun 10 sot həyatyanı sahəsini qonşumu Alik Muradov rayon səlahiyyətliləri ilə birləşərək zəbt edib

Ağstafa rayonunun Dağkəsəmən kəndinin sakini Oqtay Əmirov redaksiyamıza müraciət edərək bildirir ki, 2007-ci ildə alqı-satqı yolu ilə 10 sot həyatyanı torpaq sahəsi alıb. Bütün sənədləri qaydasında olan vətəndaşın torpağını əlindən zorla almağa çalışırlar.

Oqtay Əmirov bildirir ki, həmkəndlisi Alik Muradov rayonun səlahiyyətli şəxsləri ilə əlbir olaraq, həyətyanı torpaq sahəsini onun əlindən almaq istəyir. «Dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Amma mənə deyirlər ki, problemi məhkəmə yolu ilə həll etmək mümkündür. İki ildir məni süründürürlər. Torpağın bütün sənədləri mənə məxsusdur. Nəyə görə, kimsə gəlib mənim və 4 ailə üzvümə məxsus olan torpağımı zəbt etməlidir?»

Ağstafa sakini deyir ki, uzunillərdir ticarətlə məşğuldur və vergi ödəyicisidir. Düşdüyü durumdan çıxmaq üçün mətbuat vasitəsi ilə dövlət başçısına müraciət edən Oqtya Əmirov prezidentdən kömək istəyir.
Gədəbəyin icra başçısından daha bir şikayət Gədəbəyin icra başçısından daha bir şikayət Bolge Adil Vəliyevin adamı Sabunçuda dövlətin torpağını necə gəldi satır Adil Vəliyevin adamı Sabunçuda dövlətin torpağını necə gəldi satır Gundem Binəqədidə Qarabağ qazisinin torpağını əlindən alırlar Binəqədidə Qarabağ qazisinin torpağını əlindən alırlar Sosial Qarabağ əlilinin torpaq davası Qarabağ əlilinin torpaq davası Sosial Rayon icra hakimiyyəti daxilində çəkişmə Rayon icra hakimiyyəti daxilində çəkişmə Bolge