12-11-2019, 20:49 Oxunub: 517

Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM

Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon Məşğulluq İdarəsinin sabiq direktoru İmamyarov Elsevər İsbəndiyar oğlunun işlədiyi dövrdə törətdiyi maliyyə cinayətləri, rüşvət alma və korrupsiyaya qurşanması barədə 7GUN.az saytına rayon sakinləri tərəfindən daxil olan məlumatlarda bildirilir ki, o, idarəyə işə düzəlmək, arayışlar almaq üçün müraciət edən sakinlərdən külli miqdarda pul almışdır.

Elsevər İmamyarov həmçinin şəxsi təsərrüfatların və peşə yönümlü əmək fəaliyyətlərinin inkişafından ötrü dövlətin dəstək fondundan ayrılan külli miqdarda vəsaitləri mənimsəmişdir. Rayon sakinlərinin məlumatlarında bildirilir ki, şəxsi təsərrüfatlara mal- qara alınmasından ötrü 5000 min manat məbləğində sənədləşmə aparılmasına baxmayaraq, Elsevər İmamyarov müraciət edən rayon sakinlərinin hər birinə 1000- 1500 manat civarında pul vermişdir. O, işə düzəlmək üçün müraciət edən və işə düzəlmə növbəsinə görə müvafiq arayışlar istəyən adamlardan 150- 500 manat arasında pul almışdır. Rayon sakinlərinin sözlərinə görə Elsevər İmamyarov Məşğulluq İdarəsinin direktoru işlədiyi dövrdə bahalı avtomobillər alıb və Qəriblər kəndində çox dəbdəbəli mülk inşa etdirib. Onun qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə edilən saysız-hesabsız şikayətlər rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun dəstəyi ilə ört- basdır olunub.

7GUN.az olaraq Masallı rayon sakinlərinin məlumatları əsasında Elsevər İmamyarovun qanunsuz əməl və hərəkətləri barədə araşdırmalar aparacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Bağçaya işə düzəlmək üçün 1700 manat rüşvət vermişəm" — Zərərçəkmiş Hadise Nazirin diqqətinə! Nəsimi rayonu 3 saylı TSEK-də əlillik dərəcəsi üçün külli miqdarda RÜŞVƏT tələb edilir Nazirin diqqətinə! Nəsimi rayonu 3 saylı TSEK-də əlillik dərəcəsi üçün külli miqdarda RÜŞVƏT tələb edilir Gundem / Sosial İcra başçısı Gədəbəydə pensiya bazarı açılıb - Özəl rəqəmlər İcra başçısı Gədəbəydə pensiya bazarı açılıb - Özəl rəqəmlər Bolge Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb Kriminal
XƏBƏR LENTİ
23:39 | Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY 22:50 | Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 22:22 | Qaxın icra başçısını sakinlər düşündürmür... - GİLEY 21:49 | Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 21:28 | Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video 21:20 | Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi 21:17 | Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 21:14 | Yanğın baş verən ərazidən - Canlı yayım 21:07 | “Sobsan” boya fabrikində güclü yanğın - Fotolar + Video + Yenilənib 20:44 | Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ... 20:20 | DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb? 20:15 | Nizami rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir 20:10 | Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq 19:46 | Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA 19:45 | Bakıda koronavirusdan da dəhşətli virus ocağı — Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)