16-08-2015, 20:34 Oxunub: 1 664

İcra başçısı sahibkarlardan ?xərac’ yığır - Müstəqim Məmmədovun korrupsiya əməlləri

İcra başçısı sahibkarlardan ?xərac’ yığır - Müstəqim Məmmədovun korrupsiya əməlləri




















Müstəqim Məmmədov abadlıq işləri adı altında iş adamlarından pul tələb edir

Tərtərdə yerli iş adamlarından əlavə «xərac» tələb olunur. Bu barədə rayondakı sahibkarlar məlumat veriblər.

Onların bildirdiyinə görə, icra başçısı Müstəqim Məmmədovun tapşırığı əsasında həyata keçirilən proses onları çətin vəziyyətə salıb. Belə ki, müavinlərindən birinin vasitəsi ilə yığım prosesini həyata keçirən icra başçısı həmin vəsaitin rayonda abadlıq işlərinə sərf olunacağını deyib. Və bunu həm də belə əsaslandırıb ki, Avropa Oyunlarından sonra rayona ayrılmalı olan büdcə hələ açılmayıb və nəticədə sıxıntı yaranıb.

Sahibkarlar bildirirlər ki, Müstəqim Məmmədovun bu hərəkətləri onları işlərindən soyutmaqla yanaşı, həm də fəaliyyətlərini dayandırmağa məcbur edir. «Çünki ilboyu qazandıqlarımızı bir gündə əlimizdən alırlar. Verməyəndə də başımıza oyun açacaqları ilə təhdid edirlər. Belə çıxır ki, biz qazandıqlarımızın hamısını icra başçısına və ya yerli məmurlara verməliyik».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tərtərdə sahibkarlardan «xərac» yığırlar Tərtərdə sahibkarlardan «xərac» yığırlar Bolge 15 milyonluq abadlıq işlərinin altından boylanan qorxunc korrupsiya 15 milyonluq abadlıq işlərinin altından boylanan qorxunc korrupsiya Gundem İcra başçısı Şamaxı sakinlərini üsyan həddinə çatdırıb İcra başçısı Şamaxı sakinlərini üsyan həddinə çatdırıb Bolge Şamaxıda sahibkarlardan pul yığılır-ŞİKAYƏT Şamaxıda sahibkarlardan pul yığılır-ŞİKAYƏT Bolge Ucarlı sahibkarlar yeni icra başçından narazılıq edirlər Ucarlı sahibkarlar yeni icra başçından narazılıq edirlər Bolge