27-03-2020, 12:33 Oxunub: 262

Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilir

Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilir


Xeberci.info xəbər verir ki, Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının vaxtında alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
Tədbirlərin davamı olaraq Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və rayona Bakı şəhərindən dəvət olunmuş “Deziline” MMC-nin mütəxəssisləri tərəfindən Ağsu şəhərində ümumi uzunluğu 25 kilometrdən çox olan 8 küçə, şəhərə 4 istiqamətdən giriş yolları, ümumilikdə 32 çoxmənzilli ictimai yaşayış binası, Heydər Parkı, Mədəniyyət və istirahət parkı dezinfeksiya olunub. Bundan əlavə 16 kənd icra nümayəndəliyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Əsasən yollar, bina blokları və park əraziləri xüsusi dezinfeksiyaedici məhlullarla dərmanlanıb.
Xüsusi karantin rejimi şəraitində həyata keçirilməsi zəruri sayılan tədbirlərdən biri də 65 yaşdan yuxarı insanların evdən çıxmağının qadağan edilməsi, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi barədədir.
Rayon ərazisində yaşayan tənha sakinlərin sosial-məişət şəraiti, əsas təlabat mallarına, dərman vasitələrinə və tibbi ləvazimatlara olan ehtiyacları öyrənilib. RİH tərəfindən Ağsu şəhərində tənha yaşayan 65 yaşdan yuxarı bir sıra sakinlərə, eyni zamanda Abasxanlı kənd sakinləri 125 yaşlı Nənəş Hüseynova və 105 yaşlı Sədəfbəyim Mehdiyevaya ərzaq yardımı verilib.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində yaxından iştirak edən YAP Ağsu rayon təşkilatının könüllüləri “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində rayon ərazisində yaşayan bir qrup tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkib, onlara infeksiyadan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıblar.
Görülmüş bu tədbirlərlə yanaşı aidiyyəti qurumlar tərəfindən rayon əhalisi arasında özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək barədə maarifləndirmə işləri aparılır.
Ağsu rayonu ərazisində profilaktiki tədbirlər növbəti günlərdə də davam etdiriləcəkdir.


Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilirAğsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilir
Nizami rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir Nizami rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir Bolge Nizami rayonu ərazisində dezinfeksiya işləri davam etdirilir Nizami rayonu ərazisində dezinfeksiya işləri davam etdirilir Bolge Ağsu rayonunda koronavirus təhlükəsinə qarşı geniş miqyaslı işlər aparılır Ağsu rayonunda koronavirus təhlükəsinə qarşı geniş miqyaslı işlər aparılır Bolge Şəkinin Dezinfeksiya mərkəzindən biabırçı görüntülər - Buranın özü xəstəlik mənbəyidir Şəkinin Dezinfeksiya mərkəzindən biabırçı görüntülər - Buranın özü xəstəlik mənbəyidir Dunya / Bolge Bakı kəndlərinə işləyən avtobuslar dezinfeksiya olunur Bakı kəndlərinə işləyən avtobuslar dezinfeksiya olunur Sosial