3-07-2020, 19:52 Oxunub: 158

Saatlı sakinləri icra başçısına ÇAĞIRIŞ ETDİ - Əkin sahələri məhv olur...

Saatlı sakinləri icra başçısına ÇAĞIRIŞ ETDİ - Əkin sahələri məhv olur...


Saatlı rayonunun Nabat, Çolpu, Qarayev, Axundov və daha bir neçə kəndində suvarma və içməli su qıtlığı yaranıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sakinlər rayon rəhbərliyini su probleminin həllinə diqqət yetirməyə çağırıblar.

Yaranmış vəziyyətlə əlaqədar sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Sakinlərə problemin yaxın vaxtlarda həll olunması istiqamətində zəruri addımların atılacağına söz verilib.

Yaranmış vəziyyətlə əlaqədar Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədlinin APA-ya bildirib ki, suvarma suyunun qıtlığı Kür çayında suyun səviyyəsinin kəskin düşməsi ilə əlaqədar kanallara suyun vurulmaması nəticəsində yaradıb: “Buna baxmayaraq, hazırda əraziyə maşın və texnikalar yönəldilib. Su nasosları suyun səviyyəsinə uyğun nizamlanır. Yaxın saatlarda problemin həll olunmasına çalışacağıq”.
Kür çayı quruyur, problemlər artır — VİDEO Kür çayı quruyur, problemlər artır — VİDEO Hadise / Video Saatlıya başçı heç də uzaqdan gəlməyib... - Amma sakinlər onunla ünsiyyətə keçə bilmir Saatlıya başçı heç də uzaqdan gəlməyib... - Amma sakinlər onunla ünsiyyətə keçə bilmir Bolge Yeni başçı Əhmədzadənin adamına söz keçirə bilmirsə... - Saatlıda əkinçi su tapmır... Yeni başçı Əhmədzadənin adamına söz keçirə bilmirsə... - Saatlıda əkinçi su tapmır... Dunya / Bolge Saatlının icra başçısı haqda şok iddia... - Belə deyirlər... Saatlının icra başçısı haqda şok iddia... - Belə deyirlər... Dunya / Bolge Saatlının yeni icra başçısı kim olacaq - Belə deyirlər... Saatlının yeni icra başçısı kim olacaq - Belə deyirlər... Bolge