İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
Gundem / Bolge
Oxunub: 869
29 apr 2021 | 01:21
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir


Məlumat üçün bildirək ki,İsmayıllı rayonunda baş verən məmur özbaşnalıqlarının əsası sabiq icra başçısı Nizami Ələkbərovun zamanında qoyulub. Sonradan rayona icra başçısı təyin olunmuş mərhum Mirdamət Sadıqovun zamanında bu uçurum daha da dərinləşdi. Təsadüfi adamlar rüşvət və sair şərtlər daxilində rayondaki idarə müəssisələrə təyinat almağa başladı. Bir sözlə sabiq icra başçısı özünə yaxın bildiyi bütün adamları rayondakı idarə müəssisələrə yığmaqla böyük bir ətraf “mafiya”-belə demək mümkünsə-yaratdı. Bu etdiklərindən yalnız sabiqin özü və ətrafı qazandı.Rayon camaatı isə hələ də itirə-itirə gedir. Ancaq bu gün sabiq başçı həyatda belə yoxdur, ancaq əməlləri göz qabağındadır və insanlar çətinə düşdükcə onu layiq olduğu tərzdə yad edirlər. Nəysə keçək mətləbə.

Rayon səhiyyəsinin durumu göz önündədir. Burada açıq bazar qaydaları qüvvədədir. Yeri gəlmişkən dövlətin ağır xəstələrə ayırdığı dəva-dərmanların hansı şəraitdə harada satılması barədə növbəti yazılarımızda açıqlama verəcəyik.

Rayonun təhsil müəssisələrində baş verən maxinasiya halları, kifayət qədər şikayətçilərin susdurulması və aldadılması halları, turizm mədəniyyət regional mərkəzindəki qanuna zidd əməllər, rüşvət halları, rayon məşğulluq mərkəzi, rayon subartizan quyulari və suvarma sistemləri idarəsi, kənd və qəsəbələrdə icra nümayəndə və bələdiyyə sədrlərinin özbaşnalıqları və sair faktlar mövcuddur. İsmayıllı şəhərində şəhər bələdiyyəsinin yarıtmaz fəaliyyəti, birinci qarabağ müharibəsi əlillərinə qarşı sərgilənən sayğısızlıq, axırıncı qarabağ savaşında əlil olmuş şəxslərə qarşı olunan biganəlik, onlara əlilliyin təyin olunmasında yaradılan süni əngəllər və sairlər. Hər gün rayon icra hakimiyyəti qarşısında şikayətçilərin olması və uzun illərdən bəri yiğılıb qalmış problemlərin həll olunmasını tələb etmələri bir daha göstərir ki, əhaliyə bu problemləri əvvəlki və hazıda hələ də vəzifə başında olan məmurlar yaradıb. Üstəgəl rayonda işsizlik əhalinin bir nömrəli problemidir. Əhalinin böyük hissəsi,xüsusilə gənclər işsizlikdən əziyyət çəkirlər. Rayon ərazisində inşa olunub, açılışı həyata keçirilmiş müəssisələrin demək olar ki, böyük əksəriyyəti işləmir. Əhali olduqca kasıb durumda yaşayır. İnsanlar gündəlik tələbatlarını belə ödəyə bilmirlər. Bəli, İsmayıllı rayonunda kompleks tədbirlər həyata keçirilməlidir. 2000-ci ildən bu yana bütün rəhbər vəzifələrdə çalışan məmurların fəaliyyəti yoxlanmalıdır. Bəli, rayonda rüşvət var, bu gün də rüşvətxorluq davam edir, rüşvətsiz heç bir iş aşırmaq mümkün deyil, hələ də harın məmurlar var və ölkə qanunlarını saya salmır. Ən azından bu məmurlarin hamısı tutduğu vəzifədən azad edilməlidir. Yoxsa rayon sürətlə problemlərə doğru gedir.

Elçin İsmayıllı.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...