3-12-2020, 22:41 Oxunub: 74
Masallı icra hakimiyyəti 55 gündür komada olan Qazimizlə maraqlanmır... - “Maddi imkanımız yetmir...”

Masallı rayon sakini 26 yaşlı Nurlan Əbilov Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. O, 21 senytabrda II Qarabağ Müharibəsi başlamazdan əvvəl ordu sıralarına könüllü olaraq cəlb edilib.
Bu barədə “BakuPost”a məlumat verən qazimizin yaxınları bildirdilər ki, N.Əbilov baş nahiyyəsindən - beynin sol yarımkürəsindən yaralanıb:
“Hazırda M.Topçubaşov adına elmi cərrahiyə mərkəzində müalicə alır və bunadək artıq iki xəstəxana (Modul tipli yeni klinika və Bakı Sağlamlıq Mərkəzi) dəyişdirilib. 55 gündür ki, koma vəziyyətindədir.

Səhhətində hələ ki, heç bir irəliləyiş qeydə alınmayıb, hissiyyatı yoxdur. Həkimlər də heç bir məlumat vermir, ancaq deyirlər ki, vəziyyəti ağırdır. Bu gün Hərbi Hospitala yerləşdiriləcək. Biz istəyirik ki, daha yaxşı tibbi avadanlıqlarla təchiz olunmuş klinikalara, yaxud xarici ölkələrə transfer olunsun. Amma bunun üçün maddi imkanımız yetmir. Nurlanın ana-atası da dünyasını dəyişib, bacı-qardaşı da yoxdur. Özü də müharibəyə yollanmamışdan əvvəl Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirməyənə baxmayaraq, fəhlə işləyirdi. 2 övladı var. Ailəsi ilə birlikdə Masallının Şərəfə kəndində yaşayırdı. İndi çətin vəziyyətdə qalmışıq. İcra Hakimiyyətindən də maraqlanmayıblar. Nurlanın öz sağlamlığına qovuşmağı üçün vəsait lazımdır. Dövlət qurumlarından və ya imkanlı şəxslərdən yardım edən olsa, vəsaiti toplaya bilərik”.
Nurlan digər hərbçilərimiz kimi ölkəmizin ərazi bütövlüyü, xalqımızın firavan həyatı uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. Ona biganə qalmamaq və bu çətin günündə maddi-mənəvi dəstək göstərmək hər birimizin borcudur. Yardım göstərmək istəyənlər bu nömrə ilə - (050) 677 - 44-20 əlaqə saxlaya bilərlər.
XƏBƏR LENTİ
23:39 | Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq! 22:50 | Hacıqabulda vətəndaşları incidən kimdir? - Nazirə müraciət olundu 22:22 | Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO 21:47 | Başçının DİQQƏTİNƏ: Goranboyda vətəndaş acınacaqlı durumdadır... - Vətəndaş HARAY ÇƏKİR 21:18 | Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR 20:44 | Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT 20:19 | Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA 19:52 | "Görəsən, bu şirkətə bir əncam çəkən olacaq?" - GİLEY 19:23 | Ermənistan üçün tək şans: Bataqlıq, yoxsa aydınlıq? - TƏHLİL 18:45 | Məğlub ölkə kapitulyasiyadan sonra strateji “yol xəritəsi axtarışında - TƏHLİL 18:20 | Azərbaycan ictimaiyyəti qardaş ölkənin ölkəmizdə hərbi baza qurmasını arzulayır - AMMA... 17:49 | Vidadi Muradovun qandallanmasını qaçılmaz edən səbəblər - ilginc detallar... 17:21 | Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO 16:46 | “Döyüşdən qayıdan hərbçilərə psixoloji yardım mütləqdir” - GƏLİŞMƏ 16:17 | Metro da açılmalıdır, digər obyektlər də... - Əks halda...