Cəbrayıla qayıdanda BAŞÇI DA YENİ OLSUN... - Təfəkkürcə də...
Bolge
Oxunub: 253
24 noy 2021 | 22:50
Cəbrayıla qayıdanda BAŞÇI DA YENİ OLSUN... - Təfəkkürcə də...



Cəbrayıl camaatının icra başçısı sarıdan bəxti heç gətirmir. ( Guya o biri rayonların bəxti fontan vurur ).
Yəqin oxucuların yadında olar.
Cəbrayıl rayonunun 1993-cü ildə bir futbolçu, deputat icra başçısı var idi –Kərəm Əliyev.
Mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərlə görüşü zamanı Kərəm Əliyevin ünvanına “Ay kişi, vicdanın olsun..” deyərək onu çox sərt tənqid etməsi çoxlarının yadında olar.
Futbolçu icra başçıdan sonra kinomexanik Mahmud Quliyev 2016-cı ilədək Cəbrayılın icra başçısı oldu.
Onun da adı mətbuatda rüsvayçı icra başçısı kimi çox hallandı.
Təsəvvür edirsiniz vətəndaşları söyüb təhqir edən icra başçısı Mahmud Quliyev öz açıqlamasında demişdir: “ Mən orada axmaq köpək oğlu burda nə axtarırsan demişəm. Köpək oğlu bizdə adi söz sayılır”.
İndi özünüz düşünün, bu ağılda adam düz 17 il, yəni 2016-cı ilədək Cəbrayıl rayonunun icra başçısı olub.
Onu da qeyd edək ki, Mahmud Quliyev Təhsil şöbəsinin müdiri Validə xanımın ən yaxın adamı olub.
Və vətəndaşların torpaq sahələrini zəbt etməklə yadda qalıb. Mahmud Quliyevin qardaşı uşaqları vətəndaşlara məxsus 1000 hektar örüş sahələrini zorla əllərinə keçirib pul qazanırdılar. Vətəndaşlar isə mal-qarasını otarmağa yer tapmırdılar. Amma zavallı camaat icra başçısının qorxusundan səsini də çıxara bilmirdi.
Bütün bunlar azmış kimi Mahmud Quliyev Biləsuvarda yaşayan 10 min qaçqına dövlət tərəfindən verilən 40 litr yanacağın 10 litirini kəsib satırdı. Və 10 min tonlarla yanacağı oğurlayırdı. Vətəndaşlar Milli Məclisə, Baş prokurorluğa müraciət etsə də nəticə olmurdu. Çünki Mahmudun arxasında dağ kimi dayananlar var idi, amma indi çoxu içəridədir. Bu başqa bir yazının mövzusudur, söhbət "ELMED" klinikasından gedir.
Mahmud Quliyev fəaliyyət göstərən 1 uşaq bağçasının yerinə 10 uşaq bağçası “oformit” edərək, pulları mənimsəyirdi.
Mahmud Quliyev icra başçısı olduğu 17 il ərzində özünə böyük biznes şəbəkəsi qurdu, Biləsuvarda, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektləri, şadlıq evləri, bahalı mülkləri və s.
İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyevin Tibb mərkəzinin 4-cü mərtəbəsində qəbulxana açması isə əsl rüsvayçılıqıdr.
Sözün qısası, 2016-cı ildə Cəbrayıl camaatının canı Validə və Mahmud Quliyev cütlüyündən qurtardı.
Camaat fikirləşdi ki, rayona normal bir rəhbər gələr və camaatın qayğısına qalar. Gəldi və...
Bu dəfə gələn icra başçısı isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun dostu və şəriki Kamal Həsənov oldu.
Görək, Kamal Həsənov kimdir ?
Məlumat üçün qeyd edək ki, Kamal Cəbrayıl “Aqroprom”un keçmiş sədrinin oğludur, “Narxoz”u bitirib, sovet dövründə “komsomol”da çalışıb, sonradan düz 20 il Elman Rüstəmovun əlinin altında Mərkəzi Bankda “revizor”, şöbə müdiri olub.
Və 2016- cı il tarixdə Elman Rüstəmovun dəstəyi və Ramiz Mehdiyevin “xeyir-duası” ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub.
Ötən 6 ildə görək, Kamal Həsənov Cəbrayıl camaatı üçün nə iş görüb ?

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal müəllim düşündük ki, nəyisə dəyişəcək, ancaq, artıq 5 ildir ki, ortada heç bir müsbət fəaliyyət yoxdur.
Kamal Həsənov ilk olaraq icra hakimiyyətinin qarşısından keçən yolu bağlayaraq vətəndaşların gedib-gəldiyi yolu kəsib. Yəni icra başçsı da sələfi kimi yolkəsəndir.
Buna deyən yoxdur ki, bəlkə sənə ayrıca bir yol çəkək?
Sən özünü nə hesab edirsən, Kamal Həsənov ?
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü, 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. Sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir. Və dəfələrlə müraciət etsə də icra başçısı Kamal Həsənov onu qəbul etmir.
Kamal Həsənov qazilərin işlə bağlı müraciətini qulaqardına vurur. Bu adam bu günədək bir şəhid, qazi ailəsinə baş çəkməyib.
Bu adama deyən lazımdır ki, sən şahoğlu-zad deyilsən ee, Prezidentimizin dediyi kimi xalqın xidmətçisisən.
Gundəlik-bakıya daxil olan məlumata görə, bir müddət əvvəl Elman Rüstəmov icra başçısı Kamal Həsənovu möhkəm danlayaraq, bildirib ki, mən artıq səni qoruya bilmirəm, işində dönüş yarat.
Bizə elə gəlir ki, Ramiz Mehdiyev dönəmindən qalma icra başçıları ilə vidalaşmağın vaxtı çoxdan çatıb. //gundelik-baku.com//
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib