YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
Bolge
Oxunub: 1 682
25 noy 2021 | 11:34
YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI



Müharibə və əmək veteranı Qabil Məmmədovla söhbətimiz cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümünün qeyd olunduğu 21 noyabr təqvim gününə təsadüf etdi. Qabil müəllimin YAP Yevlax rayon təşkilatının yaradıldığı 1992-ci ildən partiyanın ilk fəallarından olduğunu bildiyimizdən, ondan ilk öncə partiyanın yaradılmasını zəruri edən səbəblərdən danışmasını xahiş etdik. Təklifimizi məmnuniyyətlə qəbul etdi.
Gəlin, əvvəlcə qəhrəmanımızla yaxından tanış olaq:
Qabil Süleyman oğlu Məmmədov 1953-cü il təvəllüdlüdür. “Qəhrəman ana”nın övladıdır, ailədə 11 uşaqdan biri olub. Valideynlərinin alın təri ilə qazandıqları halal çörək ilə böyüyüb, yeniyetmə yaşlarından zəhmətə alışıb. Vətənin başının üstünü qara buludlar alanda Birinci Qarabağ savaşına qatılıb, 1992-ci ildə Vəng, Qızılqaya, Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Uzun müddət – 15 il Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi, daha sonra 3 il də Yevlax rayonu Qoyunbinəsi kənd bələdiyyəsinin sədri vəzifələrində çalışıb. Yerli idarəetmə qurumuna rəhbərlik etdiyi vaxt Qoyunbinəsi kəndinin yollarının abadlaşdırılmasında, təzə məktəbin tikintisində, yerli əhəmiyyətli sosial problemlərin həllində yaddaqalan xidmətlər göstərib, əhalinin xeyir-şər işlərində köməkliyini əsirgəməyib. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Keçən il pambıqçılıq təsərrüfatında əldə etdiyi yüksək məhsuldarlığa görə 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Dediklərindən:
- Noyabr ayı əlamətdar tarixi hadisələrlə, bayramlarla zəngindir. Qürurvericidir ki, artıq bu bayramlar sırasına Zəfər Günümüz də əlavə olundu. Bu sevinci bizlərə, xalqımıza yaşatdıqlarına görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, yenilməz, məğrur xalqımıza minnətdarlığımı bildirir, öz qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Tarixi Zəfərimizin birinci ildönümünün ardınca bu ayda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 illiyini qeyd edirik. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. İllər keçdikcə partiyanın yaradıldığı dövrün reallıqlarını daha aydın dərk edir, bugünümüz üçün olduqca əhəmiyyətli tarixi addımın atıldığını qürurla vurğulayırıq. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi savadsıqlıqları, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına səbəb oldu. Xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir çətin dövrdə 91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən müraciət hazırlayaraq ulu öndər Heydər Əliyevə ünvanladı, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək şəxsin Ümummilli Lider olduğunu bildirdilər. Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni yaradılacaq partiyanın əvəzsiz rol oynayacağına inam ifadə olunurdu. Ümummilli lider Heydər Əliyev yenə də canından artıq sevdiyi Vətəninin, xalqının yanında olduğunu müraciətə verdiyi «Yeni müstəqil Azərbaycan uğrunda» cavabı ilə təsdiqlədi. Ümummilli Liderin ziyalıların müraciətinə cavabında müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik öz əksini tapmışdı. Beləliklə, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Bu fakt da inkaredilməzdir ki, hər bir ölkənin, xalqın taleyinə öz müsbət təsirini göstərəcək dönüş nöqtələri vardır. 1993-cü ilin 15 iyun günü məhz Azərbaycanın həyatında önəmli rol oynayan tarixlərdəndir. Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini yenidən bərpa etsə də, yaşananlar fonunda ölkəmizin gələcəyi heç də parlaq görünmürdü. Əvvəldə də qeyd etdiyim kimi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunlar müstəqilliyimizi yenidən itirmək təhlükəsi yaratmışdı. Xalqın ümid yeri olan ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkənin siyasi mənzərəsini dəyişdi, üzləşdiyi bəlalardan xilas etdi, Azərbaycanın yenidən qurulması üçün mühüm addımlara yol açdı. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən dərhal göz önünə onun xilaskarlıq missiyası gəlir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığı sual altında olardı, ölkə ən azı 6 yerə parçalanardı. 1994-cü il mart qiyamı zamanı Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. Mən o hadisələrin canlı şahidiyəm, Yevlax rayonunda separatçıların yolunun bağlanması tapşırığı şəxsən mənə verilmişdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyi əsas faktor kimi önə çəkərək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı həmin illərin xaosundan, anarxiyasından xilas etdi. Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi. Ölkəmizdə sabitliyin yaradılması ikitərəfli əlaqələrin qurulmasını və inkişafını şərtləndirdi.
Qabil Məmmədov qeyd edir ki, onun həmişə peyğəmbər hesab etdiyi Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər sırasında ən əhəmiyyətli biri də Özündən sonra siyasət məktəbiunin ən layiqli və ən kamil məzunu İlham Əliyevi yetişdirməsi və dövləti, dövlətçiliyi Ona əmanət etməsidir:
- Ümummilli lider Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə, yəni 1 oktyabr 2003-cü il tarixdə Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək bu məqamı də böyük əminliklə bildirmişdir ki, başa çatdıra bilmədiyi işləri cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası həyata keçirəcək. Son 18 ildə Azərbaycana hansı sahədən baxsaq, ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini görürük. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, demokratiya təcrübəsi nümunə olan, sabitlik diyarı, ən islahatçı və xoşbəxt ölkə kimi nüfuz qazandı və beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorudu. Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Buna səbəb neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda da yaradılan şərait oldu. Bu gün nəinki paytaxt Bakımız, eyni zamanda, Azərbaycanın bölgələri böyük inkişaf dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin regonlarımıza ardıcıl səfərləri, dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olması, problemləri, onların narahat edən məsələləri ictimaiyyətin özündən eşitməyə üstünlük verməsi maraqlı olması xalq-iqtidar birliyinin daha da möhkəmləndirilməsində, vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. Hər zaman xalqının yanında olan cənab İlham Əliyev bəyan edir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar barədə də böyük əminliklə danışa bilərik. Məhz diplomatik uğurlarımız Vətən müharibəsində Qələbəmizə öz müsbət təsirini göstərdi. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü döyüş meydanında Qələbəsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» çağırışı reallığa, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Təbii ki, uğurlarımızın tam şəkildə xronologiyasını təqdim etmək qeyri-mümkündür. Bu baxımdan ki, 29 il zaman baxımından kiçik görünsə də, uğurlarımızın miqyasının genişliyi baxımından zəngindir. Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olundu, onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə «artıq yetər» deyib torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı.
El ağsaqqalı Qabil Məmmədov yəqin təvazökarlıq səbəbindən dilinə gətirməsə də, öyrəndik ki, 44 günlük Vətən müharibəsində döyüşən ordumuza göstərdiyi köməkliyə, şəhid ailələrinə və qazilərə həssas münasibətinə görə onun ünvanına Yevlax Rayon İcra Hakimiyyətinin başçısı cənab Anar Tağıyevin imzası ilə təşəkkürnamə göndərilib. Gözlənilir ki, Müdafiə Nazirliyi də öz növbəsində Qabil Məmmədovun Vətən qarşısında xidmətini minnətdarlıqla dəyərləndirəcək.
Qələmə aldı: Mübariz NAĞIYEV


YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ