Lerikdə 48 milyonluq su borularını "oğurlayanlar" kimdir? - Sakinlər etiraz edir
Bolge
Oxunub: 472
12 yan 2022 | 23:39
Lerikdə 48 milyonluq su borularını "oğurlayanlar" kimdir? - Sakinlər etiraz edir

"Sakinlərin öz vəsaiti hesabına çəkdiyi dəmir boruları kəsib aparmaq qanunsuzdur"

Lerik sakinləri "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən şikayətçidirlər.

Bu barədə Arqument.az-a Lerikdən məlumat verilib.

Rayon sakini Üzeyir Məmmədli yazır ki, illər öncə rayon sakinlərinin öz hesabına çəkdirdiyi su boruları Qarabağa aparılmaq adı ilə sökülür.

Sakinlər deyirlər ki, həmin su rayon mərkəzinə Zuvand mahalından çəkilib və dəmir su borularının xərcini də camaat öz hesabına çəkib. Daha sonra "Azərsu" həmin su xəttini rəsmiləşdirərək dövlət hesabına alıb.

Lerikdə 48 milyonluq su borularını "oğurlayanlar" kimdir? - Sakinlər etiraz edir

İctimai fəal Fuad Cəlilov sosial şəbəkə hesabında yazıb ki, yerli qurumlar da söküntüyə mane ola bilmirlər.

O deyir ki, nə İcra Hakimiyyəti, nə deputat, nə də yerli hüquq-mühafizə orqanları bu söküntünü dayandır bilir, çünki söküntünü aparan şəxslər rəsmi sənəd təqdim edirlər.

Bununla yanaşı, "Lerikdə İctimai Nəzarət” adlı ictimai qurum da su borularının "naməlum şəxslər" tərəfindən sökülərək aparıldığı barədə ölkə başçısına müraciət edib.

Sakinlər isə qeyd edirlər ki, rayon mərkəzinə plastik borularla çəkilən su xətti tamamilə yararsız hala düşüb.

Onların sözlərinə görə, bu dəmir boruları söküb həmin plastik borularla əvəzləyiblər.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti sakinlərin şikayət və müraciətlərinə məhəl qoymur.

Lerikdə 48 milyonluq su borularını "oğurlayanlar" kimdir? - Sakinlər etiraz edir

Köçərli Həsənov

"Sakinlərin öz vəsaiti hesabına çəkdiyi dəmir boruları kəsib aparmaq qanunsuzdur. Nə olsun illər sonra həmin su xəttini "Azərsu" hazıra-nazir olub dövlət qeydiyyatına salıb? Axı o suyun və xəttin çəkilməsinə sərf olunan bütün vəsait sakinlərin öz hesabına olub. Bu, qanunsuzdur və 68 min əhalisi olan Lerik rayonuna, ümumilikdə, leriklilərə sayğısızlıqdır", - müraciət edən sakinlər belə deyirlər.

Fuad Cəlilov isə deyir ki, böyük ehtimalla "Azərsu” bu boruları satışa çıxaracaq: ""Azərsu”nun Lerikdən çırpışdırdığı boruların Dərnəgüldə işlənmiş metal satışı bazasında peyda olacağı andını da kimsə içə bilməz".

Sakinlər həmçinin bu söküntünün təşkilatşısı kimi İntiqam Tağıyev adlı şəxsin adını çəkirlər. Onun ""Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyevin qardaşı olduğu bildirilir.

İlqar Tağıyev

"Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Prezidenti İlham Əliyevin 4 aprel tarixli sərəncamı ilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub. Onun yerinə hələ ki təyinat olmayıb.

Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib.

Köçərli Həsənov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

"Lerikdə İctimai Nəzarət” adlı ictimai qurumun çəkdiyi süjet
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb