Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri nə oyunlardan çıxır? VİDEO
Bolge / Video
Oxunub: 371
15 yan 2022 | 21:18
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri nə oyunlardan çıxır? VİDEO


Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov işsiz gənci işə götürəcəyi adı ilə aldadaraq 1000 (bir min) manatını alması faktı üzə çıxıb. Rayonun təmizlik şefi ötən illərdə aldatdığı rayon sakinini 4 ay müddətinə pulsuz və əmək müqaviləsiz işlərə cəlb edərək əməyini istismar edib, aşkar məmur özbaşınalığına yol verib. Bu azmış kimi, arada vasitəçi olmuş işçisi - müəssisənin qaynaqçısı Mustafayev Vüsal Yusif oğlunu da hər şeyi bildiyinə və haqqı tələb etdiyinə görə pandemiya dönəmində işdən çıxarıb. Teref.az xəbər verir ki, "Demokratik TV"-yə bu barədə Gədəbəy sakinləri özləri danışıb.

Vüsal Mustafayevin dediyinə görə, 2 il əvvəl sabiq müdiri ona bildirib ki, idarəyə sürücü lazımdır və tanıdığı biri varsa işə götürə bilər. Lakin, sürücü götürüləcək şəxs ya nasaz maşınlardan birinin motorunu təmir etdirməli, ya da Kazımovun özünə 1000 manat rüşvət verməlidir. Vüsal da əvvəldən tanıdığı işsiz dostu Raminə müdirin təklifini çatdırıb, tərəflər razılaşıblar. Nəticədə, Vüsalın da iştirakı ilə Əkbər Kazımov özünün iş otağında Ramini işə götürmək adı ilə ondan 1000 manatını alıb. Lakin, üstündən aylar keçsə də Kazımov işsiz vətəndaşı aldadaraq vədinə əməl etməyib.

Həm Raminin, eləcə də Vüsalın deməsindən bəlli olur ki, Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov düz 4 ay Raminin havayıca yerə təcrübə adı ilə işə gedib-gəlməsinə şərait yaradıb. Maaş almadığından və işə rəsmi qaydada götürülmədiyindən zərərçəkmiş bezib, sonda Əkbər Kazımovdan verdiyi pulunu geri istəyib. Nəhayətdə alıb, lakin, müdirə dostunun haqlı olduğunu bildirən və işdə vasitəçilik edən Vüsal da işindən qovulası olub. Vüsal qeyd edir ki, müdir onu haqsız yerə çıxarıb. Ə.Kazımov işçisinin oxuma və yazmağı yaxşı bilmədiyindən sui-istifadə istifadə edərək ona hansısa sənədlərə imza atdıraraq işsiz qoyub. Səbəb isə dostu ilə birgə müdirə verilmiş rüşvəti geri tələb etmələri - şəxsi qərəzçilik olub.

Vüsal onu da giley edir ki, baş verənlər onu pandemiya dövründə dövlətin maddi yardımına da əngəl törədib. Ötən illər ərzində nə yerli icra hakimiyyəti, nə də başqa qurumlar özbaşınalığı araşdırıb Kazımovu cəzalandırmayıblar. Əksinə, dəfələrlə İHB-yə müraciətinə etinasız yanaşılıb.

Faktla bağlı Əkbər Kazımovdan münasibət öyrənməyə çalışan jurnalist müdirin qəzəbilə üzləşib. Əkbər Kazımov heç nədən və heç kimdən qorxmadığını, jurnalisti saymadığını deyərək iddialara şərh verməkdən imtina edib.

Aradan xeyli müddət ötsə də, baş verənlər Gədəbəy Kommunal Müəssisələri Kombinatının taleyinin qeyri-şəffaf və rüşvətə bulaşmış əllərdə olduğunu deməyə əsas verir.
Xatırladaq ki, dövri mətbuatda Əkbər Kazımovun adı dəfələrlə öz tabeliyindəkilərlə qalmaqallarda hallanıb.

Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı