Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Bolge
Oxunub: 66
14 may 2022 | 00:20
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO


"DogruXeber.az" xəbər verir ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində küçələrdə təmir-bərpa işləri aparılır. Lakin, təəssüflər olsun ki, buna "əsaslı" sözünü əlavə edə bilmirik.

Nənələrimiz demişkən, "söz vaxtına çəkər". Ötən ilin aprel-may aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xətai rayonunun digər ərazilərində aparılan təmir-bərpa işləri barəsində məlumatında, "Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur." cümlələri qeyd edilib.

Çox təəssüflər olsun ki, Xətai rayon, Həzi Aslanov qəsəbəsində - Şirin Mirzəyev, Corat, Kazımağa Kərimov küçələri və digər ətraf ərazilərdə aparılan təmir işləri barəsində bu cümlələr tamamilə dəxlisiz qalır. Ona görə ki, həmin bərbad, çala-çuxur küçələrdə heç də yuxarıda AAYDA-nin dediyi o frezlənmə, həmçinin yararsız qrunt qazılması və bu kimi işlərin heç biri aparılmayıb. Birbaşa asvalt döşənir, vəssalam.

Doğrusu, yenicə asfaltlanmış təptəzə "qara küçələr" təqdirəlayiq hal kimi diqqətimizi çəkdi. Elə bu barədə digər rayon və bölgələrə də nümunə olsun və eyni zamanda hər kəs görülən gözəl işlərdən məlumatlı olsun deyə, görülən işlərin fotoşəkillərini də çəkib, ictimailəşdirmək qərarına gəldik. Odur ki, sözügedən ərazilərdə yaşayan sakinlərin də bu barədə sevinərək xoş sözlər deyəcəkləri və bunu da yayımlayacağımız məlumata əlavə edəcəyimiz "həvəsi" ilə bəzi sakinlərə yaxınlaşdıq. Lakin, onların nə gözlərində, nə sözlərində gözlədiyimiz kimi sevinc işığı görmədik. Sən demə ilin-günün bu vaxtı asfalt örtüyü döşənən küçələrin sakinlərindən hər ev üçün 50 (əlli) AZN pul alınıbmış. Yəni, küçələrinin abadlaşdırılması üçün sakinlər şəxsi büdcələrinə minnətdardırlar.

İndi gəl gör ki, həmin küçələrdə "əsaslı təmir-bərpa işlərinin aparılması" adı ilə büdcədən nə qədər vəsait silinir. Təmiri də sakinlər özləri şəxsi büdcəsi ilə həyata keçirdiyinə görə sual yaranır. Bəs o "təmir-bərpa" adı ilə silinən məbləğ hara axıb? Kimlər tərəfindən, nəyə xərclənib?

Bu barədə, eyni zamanda Xətai rayon ərazisində süni vasitələrlə qurudulan və kəsilən ağaclar barəsində ətraflı araşdırma məlumatları növbəti günlərdə diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Bu gün, 18:50
Şabran uşaq bağçasında RƏZALƏT - BU NƏDİ BELƏ?
Bu gün, 18:20
Azərbaycan Qarabağdakı ermənilərə pensiya verəcək? - AKTUAL
Bu gün, 17:47
Azərbaycanda referenduma gizli hazırlıq görülür? – “Gedin, adınıza kart açdırın…”
Bu gün, 17:25
Brüssel görüşü BÖYÜK SÜLHƏ yol açacaqmı? - GƏLİŞMƏ
Bu gün, 16:52
Lerik sakinlərinin ACINACAQLI HƏYATI... - VİDEOREPORTAJ
Bu gün, 16:19
“MOSKVA DA, BRÜSSEL DƏ İSTƏYİR Kİ, MÜNAQİŞƏ OCAĞI QALSIN” - Görünəni budur...
Bu gün, 16:00
Kəlbəcərdə "İstisu" sanatoriyasında dincəlmək istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Bu gün, 15:30
Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib - VİDEO
Bu gün, 14:22
Dəmir Yollarına rəhbərlik ona həvalə edildi
Bu gün, 14:06
UÇAN, AZERBAYCAN ORTAK KADER VE KADİM DOSTLUKTUR
Bu gün, 13:52
Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyuldu
Bu gün, 13:49
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər
Bu gün, 13:03
Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
Bu gün, 12:58
Azərbaycan və Türkiyə prezidentləri “Texnofest Azərbaycan”ı ziyarət edəcək
Bu gün, 12:28
Kooperasiya Universitetində ata REKTOR, qızı isə PROREKTORDUR… – Eldar Quliyevin “təhsil biznesi”….
Bu gün, 12:12
Putin İlham Əliyevi təbrik etdi
Bu gün, 11:58
Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
Bu gün, 11:25
Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
Bu gün, 11:19
Azərbaycanda kimlərin koronavirus cəriməsi silinəcək? - AÇIQLAMA
Bu gün, 11:10
Biabırçılıq! İşçiləri görün necə aldadıb maaşlarını vermirlər - Bax Bu da Belə
Bu gün, 10:39
Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə - FOTO/VİDEO
Bu gün, 10:35
Səlim Müslümov ev dustaqlığına buraxıldı
Bu gün, 10:31
Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır
Bu gün, 09:00
İlham Əliyev hakimiyyəti yenidən formalaşdırır... - Proses gedir... davam edəcək...
Dünən, 21:48
“Səhliyalı”nın “1000 bərəkət, halal nemət”inə haram qatan kimlərdir? - İTTİHAM VAR!
Dünən, 21:45
Milli komanda Daşkəndə yola düşdü
Dünən, 21:18
"Saxta hərbi biletlə at oynadanlar, Rusiyada gizlənələr mənə təzyiq göstərir" - Gədəbəydən Şikayət