Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT
Bolge
Oxunub: 357
16 may 2022 | 10:40
Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Göyçay rayon Heydər Əliyev prosipekti 209 ünvanında (106 saylı peşə liseyinin yataqxanası) yaşayan 1959-cu il təvəllüdlü Rəhimova Validə Mahmud qızı tərəfindən

[/center] ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Sabirabad rayon sakini Mollayev Mehman Rasim oğlu müxtəlif vaxtlarda mənim vasitəçiliyimlə bir neçə şəxsdən pullar mənimsəmişdir. Belə ki, o həmin şəxslərə hüquqi yardım göstərmək və problemlərini həll etmək adı ilə pul tələb etmişdir. Məsələn mərhum həyat yoldaşımın bibisi qızının övladının sənədlərinin hazırlanaraq Rusiyadan Azərbaycana gətirilməsi məqsədilə məndən 700(yeddi yüz) manat almış, lakin heç bir kömək göstərməmişdir. Həmçinin mənim tanışım Göyçay rayonu Xəlitli kənd sakini İsmayılova Sədaqət Həmid qızından onun kürəkəninin kəsilmiş sosial müavinətinin bərpa olunması üçün 700 (yeddi tüz) manat pul almışdır. Bundan əlavə həyat yoldaşından boşanan Göyçay şəhər sakini Əsədova Elnurə Vidadi qızının ər evinə aparmış olduğu bütün cehizlərinin qadının özünə geri qaytarılmasına görə 1000 (min) manat pul almışdır. Eyni zamanda bibim oğlu Əliyev Eldəniz Camaləddin oğlunun vəfat etmiş həyat yoldaşının pensiyasının Eldənizin öz adına keçməsinə kömək edəcəyinə vəd vermiş və buna görə 500 (beş yüz) manat pul almışdır. Övladım İbrahimov Sadiq Bayram oğlunun anadangəlmə tək börəyi olmuş, lakin həqiqi hərbi xidmətə gedərkən düzgün yoxlanılmadığı üçün xidmətə yararlı hesab edilmiş və düşmənlə sərhəd bölgədə xidmət apararkən ağır xəstəliyə yoluxmuşdur. Mən isə bu yalnışlığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təzminat tələb etmək məqsədilə çoxsaylı şikayətlər ünvanlayırdım. Mollayev Mehman Rasim oğlu isə guya mənə bu işdə yardım edə biləcəyini və buna görə 2000 (iki min) manat pul gərəkdiyini bildirərək istədiyi həmin məbləği ona vermişdim. Lakin mənə də köməklik göstərmədi. Yuxarıda adlarını qeyd etdiyim insanlardan pulu alaraq Mollayev Mehman Rasim oğluna verdiyim zaman tamamilə təmənnasız etmişəm, özüm üçün heç bir maddi məqsəd güdməmişəm. O, isə həm məni, həm də həmin insanları aldadaraq həmin pulları mənimsəmişdir. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178. 1-ci (Dələduzluq) maddəsinə əsasən verir.
Mən dəfələrlə ona şikayət edəcəyim barədə xəbərdarlıq etmişəm. Lakin o, " get hara şikayət edirsən et, kimə deyirsən de, mənim heçkimdən qorxum yoxdur" deyir. Artıq sanki cəzasızlıqdan arxayınlaşaraq azğınlaşmışdır.
Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən "Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir".
Sizdən çox xahiş edirəm, dələduzluq yolu ilə Mollayev Mehman Rasim oğlunun aldığı həmin pulların sahiblərinə qaytarılması və onun cəzalandırılması üçün köməklik göstərəsiniz. Məlumunuz olsun ki, o hazırda Bakı şəhəri Nərimanov Rayonunda yaşayır. Sizə öncədən öz minnətdarlığımı bildirirəm.

İmza:Rəhimova V.
Tel: 0507181048

[center]Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE