Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar... - GİLEY
Bolge
Oxunub: 430
14 in 2022 | 20:44
Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar... - GİLEY


"Məsələn, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonda 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, orda təkcə gözətçi qalır. Sayğac və binada fəaliyyət olmadığı halda şişirdilmiş rəqəmlərlə işıqpulu yazılır. Halbuki, bir gözətçi o binada nə qədər işıq işlədir ki? Bu rəqəmlər gəlib mənə çatanda, onları sistemə vurmaqdan imtina edirdim, deyirdim, bu rəqəmlər şişirdilib. Bu da şəbəkə rəhbərliyinin xoşuna gəlmirdi”.

Beyləqan sakini, Füzuli Həsənov Meydan TV-yə danışır ki, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyinin qanunsuz əməllərini ifşa etdiyinə görə işsiz qalıb.

Onun sözlərinə görə, şəbəkəyə yeni rəhbərlik gələndən qanunsuzluqlar çoxalıb. O da bu barədə müxtəlif qurumlara yazıb:

"Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov, Satış şöbəsinin rəisi Anar Mirzəyev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov əlbir olaraq qanunsuzluqlarla məşğul idilər. Mənsə onlardan bu qanunsuzluqları dayandırmağı tələb edirdim”.

"Mən informasiya mühəndisiydim, onların bütün qanunsuzluqlarını görən bəlkə də yeganə işçiydim. Çünki bütün məlumatlar gəlib məndən keçirdi. Onlar çox vaxt məni də bu qanunsuzluqlara ortaq olmağa məcbur edirdilər, mən isə razı olmurdum. Buna görə də məndən zəhlələri gedirdi, çünki əl-ayaqlarına dolaşırdım”.
Füzuli Həsənov deyir ki, onlardan DTX-ya, digər qurumlara yazmağa başlayanda bu adamlar da onu hədələməyə başlayıblar:

"Dedilər, səni ləkələyib işdən Əmək Məcəlləsinin 70c bəndiylə qovacağıq, əmək kitabçanı korlayacağıq, heç yerdə səni işə götürməyəcəklər”.

Keçmiş işçi deyir, şəbəkənin rəisi 2020-ci ilin oktyabrında, satış şöbəsinin rəisi Anar Mirzəyevsə 2021-ci ilin avqustunda həmin vəzifələrə təyin olunub. Elə həmin vaxtdan da şəbəkədəki qanunsuzluqlar, rüşvət halları artıb:

"Mən bunların qanunsuz əməllərindən yazdıqca, bunları çağırıb sorğu-sual etməkdənsə, vəzifələri artırılır. Anar Mirzəyev əvvəllər Bakının Xətai rayonunda işləyib, qanunsuz əməllərinə görə işdən çıxarılıb, sonra nə yollasa Füzuliyə göndərilib. Orda da düzgün işləməyib, işdən çıxarılaraq bizə – Beyləqana göndərilib. Mənim qurumlara yazdığım məktublardan sonra – bu ilin martında qanunsuz əməllərini ört-basdır etmək üçün Zərdaba göndərilib”.

Füzuli Həsənovun sözlərinə görə, elə onun özü də bu ilin martından işsiz qalıb:

"Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov martın əvvəli məni yanına çağırıb dedi ki, sənin işin çətindir. Hamıyla düşmən olmusan, münasibətləri korlamısan. Biz məcburuq ki, səni maddəylə işdən çıxaraq, əmək kitabçan korlanacaq, özünə iş tapa bilməyəcəksən. Gəl özün ərizə yaz, narahat olma, işsiz qalmayacaqsan, başqa şəbəkəyə keçirərik. Mən də düşündüm ki, sonradan işsiz qalmaqdansa, ərizə yazım, bəlkə ən doğru yolu bu olar. Ərizəmi yazan kimi əmrimi verdi, özümü də qovdu”.

Füzuli Həsənov deyir, bu ilin yanvarından DTX-ya, DİN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Müdafiə Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, "Azərişıq” ASC-yə elektron məktublar göndərib. Ancaq həmin qurumların heç biri məsələ ilə maraqlanmayıb:

"Yalnız zəng vuraraq bildiriblər ki, müraciətiniz quruma çatdı. Vəssalam. Nə bir maraqlanan var, nə də araşdıran…”.

Ancaq iş yoldaşları da Füzuli Həsənovdan qurumlara şikayətlər yazıblar:

"Mən o şəbəkədə 6 rəis, iki regional rəis dəyişmişəm, qüsursuz işləmişəm, 12 ildə bircə dəfə də töhmətim olmayıb. Mənə böhtan atırdılar ki, guya kiməsə xətt satmışam, rüşvət almışam, rəqəmləri saxtalaşdırmışam. Halbuki, bunların heç biri mənim vəzifəmə aid deyil. Mənim işim kompüter mühəndisliyidir, abonentə necə xətt sata bilərəm? Yaxud, kompüter mühəndisi hansı işə görə rüşvət ala bilər? Mənim sahəmdə rüşvət verilməsi üçün heç nə yoxdur axı…”.
Füzuli Həsənov mart ayından işsiz qalıb və çətinliklərə düşdüyünü deyir:

"İki övladım var, ikisi də nitq qüsurludur, 5-6 yaşları var, danışmırlar. Onların müalicəsi üçün bankdan 8 min manat kredit götürmüşəm, işləyib kreditimi ödəyirdim, indi borcların qarşısında çarəsiz qalmışam. Uşaqların müalicəsi dayanıb. Mənim bircə yolum qalıb ki, gəlib "Azərişıq” ASC-nin qarşısında aksiya keçirim. Bir var yararsız kadr olasan, çıxarıb atalar çölə. Bir də var, dediyim kimi, 12 il qüsursuz, töhmətsiz işləmişəm. Həmişə qanuna hörmətlə yanaşmışam, özbaşınalığa etiraz etdiyim üçün məni işsiz qoyublar. Fakrlar yazıram ki, bu adamlar belə edir, baxan da yoxdur”.

Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov Meydan TV-yə bildirib ki, Füzuli Həsənovun özünün fəaliyyətində neqativ hallar olub:

"Əslində o neqativ hallarla bağlı işdən çıxarılmalıydı. Ancaq öz ərizəsiylə işdən çıxdı. İşdən çıxandan sonra da yazdıqlarıyla bağlı araşdırma olub, izahat verib ki, əsəbləşib yazmışam”.

Füzuli Həsənovsa keçmiş rəisinin yalan danışdığını bildirib: ""Azərişıq” ASC-dən zəng vurub dedilər ki, belə bir şeylər yazmısan, əsəbi olub yazmısan, gəl bir izahat yaz ki, əsəbi olmuşam, mən dediklərini etmədim”.

Meydan TV
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest