19-05-2018, 09:10 Oxunub: 341

Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb — 111 nəfər həlak olub + YENİLƏNİB + VİDEO

Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb — 111 nəfər həlak olub + YENİLƏNİB + VİDEO














Havananın Xose Marti beynəlxalq hava limanı yaxınlığında “Boeing 737” sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində ən azı 111 nəfər həlak olub.
"Ölkə.Az" xarici mediaya stinadən xəbər verir ki, bu barədə Kuba dövlət xəbər agentliyi məlumat yayıb.

Xilasedicilər qəza yerindən ancaq üç nəfəri sağ çıxarıb. Onlardan biri xəstəxanada keçinib. Digər iki zərərçəkənin vəziyyətləri ağırdır.

Təyyarə havaya qalxmazdan çox keçməmiş aeroport yaxınlığındakı açıq sahədə yerə çırpılıb. “Radio Havana Cuba” isə təyyarənin Boyeros - Havana avtomagistralına düşdüyünü bildirib.

Qeyd edək ki, “Cubana de Aviacion” dövlət hava yollarına aid təyyarənin göyərtəsində 104 sərnişin və doqquz ekipaj üzvü olub.

***
Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

"Ölkə.Az" "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.

Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.



Rusiyaya məxsus təyyarə qəzaya uğradı: bütün sərnişinlər öldü Rusiyaya məxsus təyyarə qəzaya uğradı: bütün sərnişinlər öldü Hadise Göyərtəsində 66 nəfər olan təyyarə qəzaya uğradı - Sağ qalan yoxdur Göyərtəsində 66 nəfər olan təyyarə qəzaya uğradı - Sağ qalan yoxdur Hadise Qəzaya uğrayan təyyarədə 71 nəfər həlak olub — YENİLƏNİB + VİDEO, FOTO Qəzaya uğrayan təyyarədə 71 nəfər həlak olub — YENİLƏNİB + VİDEO, FOTO Hadise SON DƏQİQƏ: Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI - YENİLƏNİB - VİDEO - FOTO SON DƏQİQƏ: Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI - YENİLƏNİB - VİDEO - FOTO Idman Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 62 nəfər ölüb Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 62 nəfər ölüb Dunya