9-12-2019, 23:00 Oxunub: 346

Ağstafada NƏLƏR baş verir? - Yeni başcısı İSLAHATLARA "badalaq" gəlir - Pərdəarxası

Ağstafada NƏLƏR baş verir? - Yeni başcısı İSLAHATLARA "badalaq" gəlir - Pərdəarxası


Goranboydan Ağstafaya gələn Nizaməddin Quliyev əvvəlki iş yerində kifayət qədər "populyar" bir fiqur kimi diqqətə gəlmişdi. Onun ətrafında cərəyan edən olaylar, çevrəsinin hətta kriminal hadisələrə belə qarışması ilk əvvəlindən belə bir təəssürat yaratmşdı ki, Nizamədin Quliyevin son görəv yeri çox güman ki, Goranboy RİH başçısı postu olacaq. Amma görünəni odur ki, təkrar olaraq etimada layiq görülən və Goranboy RİH rəhbərliyinin ardından Ağstafa kimi mühüm bir məntəqəyə başçı göndərilən Nizaməddin Quliyev heç də barəsində verilən müsbət rəsmi rəyi doğrultmağa çalışmır.
Əgər belə olmasaydı, onunla bağlı Ağstafada kütləvi narazılıqlar da baş qaldırmazdı. Ağstafa sakinləri bildirir ki, adı əvvəlindən krminala qarışmış və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qoşa çəkilən Nizaməddin Quliyev əslində Ağstafaya başcı təyin olunduğunda rayon sakinləri narahat olmağa başlamışdılar.
Sakinlər yazır: "Biz təxmin edirdik ki, vəzifədə olduğu müddət boyunca Goranboyda ancaq neqativ bir reputasiya ilə tanınan cənab Quliyev eyni şəkildə Ağstafada da imic qazanacaq. Gümanlarımızda yanılmadıq. Ağrılı olanı da budur. Bu gün Nizaməddin Quliyev başda olmaqla, onun təlimatı ilə hərəkət edən adamları Ağstafada nəinki sahibkarlığa dəstək vermirlər, əksinə ən xırda fermer təsərrüfatına, sahibkarlıq obyektinə belə qənim kəsiliblər".

Konkret fakta istinad edən narazılar yazır: "Keçən şənbə başçının adından hər bir təsərrüfat və obyekt sahibinə konkret olaraq "təzminat" kəsilib. Obyektinin və təsərrüfatnın miqyasından asılı olaraq 1000 manatdan 5000 manata qədər pul yığılır. Etiraz edənlərə bildirilir ki, haqq başçıya çatacaq. Kimsə səsini çıxardarsa, təbi ki "başçının düşməni" olacaq. Buna görə də narazılıq sıfır səviyyəsindədir. Hamı quzu kimi tələb olunanı ödəyəcək. Amma belə olmaz ax... Biz hansı dövrdə yaşayırırq?"

Heydər Əliyev Parkı “özəlləşdirilib”
BİA xəbər verir ki, Ağstafa rayonunun mərkəzində yerləşən, ümummilli lideri Heydər Əliyevin adını daşıyan park yerli sakinlərin istirahət üçün üz tutduğu məkanlardan biridir. Parkın təxminən beşdə bir hissəsini tutan iaşə obyekti, habelə ətrafdakı atraksionlar və kirayə uşaq maşınları icra hakimiyyətində şöbə müdiri işləyən Yasin Əfəndiyevə məxsusdur. Yeni təyin olunan icra başçısı Nizaməddin Quliyev ilk əvvəllər iaşə obyektinin kimin olmasından asılı olmayaraq, ətrafının zəbt edilməsini və səliqə-səhman yaradılmasını, gəzinti zolaqlarına mane olan qurğuların götürülməsini tapşırsa da, buna məhəl qoyan olmadı. Çünki başçı özü Goranboyda işlədiyi müddətdə biznesmenlik etdiyi üçün şöbə müdiri ilə razılıq əldə edə bildi və aylıq gəlirə ortaq oldu. Redaksiyamıza daxil olan məlumata görə, parkın digər tərəfində yerləşən iki mərtəbəli ticarət və xidmət obyekti başçının birinci müavini Ramiz Tatarovun kürəkəninə məxsusdur. O da demək olar parkın dörddə bir ərazisini zəbt edib. Başçı bu obyektlə bağlı öz müavini, sağ əli və xəzinədarı ilə də dil tapa bilib. Parkda yerləşən “Gənclər mərkəzi” çayxana kimi fəaliyyət göstərir və hər ay başçıya 800 manat haqq ödəyir. Parkın başqa bir tərəfində qoyulan səyyar iaşə obyekti və atraksionlar da hər ay başçının xəzinəsinə 500 manat haqq verir. Maraqlısı odur ki, sakinlər üçün inşa edilən parklar ancaq məmurlara qazanc gətirir. Görəsən başçı nə üçün hər ay xəzinəsinə gələn puldan Abidələr parkının uçub-dağılan yerlərinin təmirinə xərcləmir? Üstəlik həmin parkları yavaş-yavaş söküb digər yerlərdə guya abadlıq işlərinə sərf edir. Bu cür yerli sakinlərin gözü qarşısında baş verdiyinə görə kimisə aldatmaq olmaz

Eyni zamanda, Nizaməddin Quliyevin Ağstafa rayonuna icra başçısı təyin olunmasından az müddət keçməsinə baxmayaraq, rayonun ziyalıları və digər təbəqənin nümayəndələri artıq onun danışıq qabiliyyətinə və kəndlərdəki əhali ilə görüşlərdə, yığıncıqlardakı “natiqliyinə” bələddir. Onun necə bir rəhbər olmasını gənclərin də tanıması üçün bu işə məsul olanlar planlı şəkildə 14 noyabr 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə rayon rəhbərinin görüşünü təşkil edir. Görüşə rayonun idarə və müəsisələrinin, təhsil, səhiyyə, mədəniyyət sahəsində, özəl qurumlarda çalışan gənclər dəvət olunur.

Həmin iclasda çıxış üçün hazırlanan məruzəni orta məktəbin aşağı sinfi səviyyəsində oxuyan rayon rəhbəri gənclərin gülüş hədəfinə çevrilir. Artıq Ağstafa gənclərinin rayon rəhbəri haqqında kifayət qədər yaddaqalan “xoş” təəssüratları yaranır. Bu cür vaxtsız görüşü təşkil etməkdə görəsən məqsəd nə idi?

Görəsən Gənclər Mərkəzinin çayçı kimi fəaliyyətini və hər ay 800 manat icarə alınan bu obyekti gənclərin istifadəsinə vermək rayon rəhbərinin şəxsi büdcəsinə çoxmu ziyan vurar? Az müddət öncə yeniyetmə və gənclərin ən çox istifadə etdikləri mini idman meydançanın sökülməsi heç kimin ürəyincə olmadı. Eşidəndə ki, bu meydança məqsədli şəkildə bank tikintisi üçün 70 min manata satılıb. Say-say, yaz-yaz bitməz. Bia.az

PS: Qeyd edək ki, narazı ağstafalılar müraciətlərində daha ağır ittihamlar da səsləndiriblər. Yaxın vaxtlarda daha geniş bilgiləri sizə təqdim edəcəyik. Bizi izləyin...
Qarşı tərəfi də böyük məmuniyyətlə dinləyə bilərik. Çünki RİH-in telefonlarına ya bağlana bilmədik, ya da sualımızı eşidən olduqda telefon üzümüzə qapandı...
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi Prezident bu rayonlara yeni icra başçıları təyin etdi Siyaset Prezident bu rayonlara yeni icra başçıları təyin etdi Prezident bu rayonlara yeni icra başçıları təyin etdi Siyaset Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi Bolge Başçının 1 milyonluq bazarı: İcra nümayəndələri göyərti satır - FOTOLAR Başçının 1 milyonluq bazarı: İcra nümayəndələri göyərti satır - FOTOLAR Bolge Nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub… Nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub… Bolge