9-12-2019, 23:07 Oxunub: 378

Musa Şəkiliyevin böyük yeyintisi... - İTTİHAM

Musa Şəkiliyevin böyük yeyintisi... - İTTİHAM


Ötən gün araşdırmaçı jurnalist Cavanşir Həsənli Qax rayonunun İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində maraqlı məlumat paylaşıb. Cavanşir Həsənlinin həmin paylaşımının ictimai əhəmiyyətini nəzərə alıb, heç bir şərh vermədən ozucularımıza təqdim edirik.
Cavanşir Həsənli yazır: “Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.
Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə “ölü canlar”dan biri…
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?”

Musa Şəkiliyevin böyük yeyintisi... - İTTİHAM


Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdıqlarından belə məlum olur ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev indiyə kimi dövlət büdcəsindən Qaxa ayrılmış vəsaiti özünə yaxın şəxsin adı ilə mənimsəyib.

Qax.org.az saytı Qax rayonu İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırdır.

Musa Şəkiliyevin böyük yeyintisi... - İTTİHAM
Azərbaycanın gizli Əhmədzadə xanədanı... - İDDİA Azərbaycanın gizli Əhmədzadə xanədanı... - İDDİA Sosial / Dunya Musa Pənahovun və oğlunun Avropada biznesi - FOTO Musa Pənahovun və oğlunun Avropada biznesi - FOTO Siyaset Prezident Musa Şəkiliyev barədə sərəncam verdi Prezident Musa Şəkiliyev barədə sərəncam verdi Siyaset Əhmədzadənin oğlu ilə bağlı daha bir iddia - Belə deyirlər... Əhmədzadənin oğlu ilə bağlı daha bir iddia - Belə deyirlər... Siyaset Musa Şəkiliyevlə bağlı iddia... - Gedicidir... Musa Şəkiliyevlə bağlı iddia... - Gedicidir... Bolge