11-02-2020, 22:52 Oxunub: 366

Şabranda icra başçısı qoçuluq edir... - QALMAQAL

Şabranda icra başçısı qoçuluq edir... - QALMAQAL


Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənova, Prezidentin köməkçisi, Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevə və KİV-ə müraciət ünvanlamışdır.

Müraciətdə deyilir:

“Hörmətli möhtərəm prezident! Məlumat üçün bildirirəm ki, 10 il Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində işləmişəm. Sonuncu bələdiyyə seçkilərində bələdiyyə üzvü, 18.01.2020-ci ildə isə bələdiyyənin ilk iclasında bələdiyyə üzvlərinin yekdil qərarına əsasən bələdiyyə sədri seçilmişəm və bunu 06.02.2020-ci il tarixdə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi də vəkilimin sorğusuna cavab olaraq təsdiq etmişdir. Seçkilərin nəticələri protokollaşdırılmış, bələdiyyə üzvlərinin imzası və bələdiyyənin möhürü ilə təsdiq edilərək aidiyyatı orqanlara təqdim olunmuşdur.

Lakin, 18.01.2020-ci il tarixdə axşam saatlarında Şabran rayon İcra Hakimiyyətinə çağırılmışam. Orada mənə bildirdilər ki, icra başçısı Asif Hüseynovun bələdiyyə sədrliyinə öz namizədi var və o, tələb edir ki, mən sədrlikdən imtina edərək istefa verməliyəm. Mən, təbii ki, bununla razılaşmadım və bildirdim ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin buna qarışacağı olmamalıdır. Daha sonra mənə bildirdilər ki, sən qanunla danışırsan, amma biz səninlə reallıqdan danışırıq. İcra başçısı həmin bələdiyyənin sədri vəzifəsini başqasına söz verib, Asif Hüseynov çıxılmaz vəziyyətdədir, ona yuxarılardan təzyiqlər var. Ona görə də çalış icra başçısı ilə üz-üzə gəlmə, əks halda başına çox pis hadisələr gələ bilər. Bu minvalla mən dəfələrlə icra hakimiyyətinə, prokurorluğa, polisə çağırılmışam və məndən hər dəfə tələb olunmuşdur ki, bələdiyyəyə aid möhürü və digər rəsmi sənədləri icra hakimiyyətinə təqdim edim. Mən də bundan qəti şəkildə imtina etmişəm.

05.02.2020-ci il tarixdə bələdiyyə işçiləri mənə zəng edərək bildirdilər ki, RİH-nin nümayəndəsi başda olmaqla, bir dəstə şəxs bələdiyyə binasına gələrək binanın giriş qapısını zor tətbiq etməklə sındıraraq içəri daxil olmuş, açarı dəyişmiş və orada olan sənəd və əşyaları götürüb aparmışlar. Mən qanuni şəkildə bələdiyyə sədri seçilməyimə baxmayaraq icra başçısının təzyiqləri nəticəsində öz vəzifələrimi yerinə yetirə bilmirəm.

Bununla yanaşı mənim həyatım təhlükə altında qalmışdır. Hər an məni həbs edəcəkləri ilə hədələyirlər. Mən Azərbaycan dövlətinə, onun prezidentinə, ölkənin qanunlarına və ölkə başçısının apardığı demokratik islahatlara inanaraq və arxalanaraq mənə olan təzyiqlərdən qorxmayaraq öz yoluma davam edəcəyəm. Xahiş edirəm ki, bu məsələni xüsusi nəzarətə götürməklə mənə qarşı edilmiş qanunsuzluqlara və təzyiqlərə son qoyulması üçün mənə köməklik göstərəsiniz”.

//disput.az
Şabranın icra başçısından özbaşınalıq - Müraciət... Şabranın icra başçısından özbaşınalıq - Müraciət... Bolge Şabranın icra başçısından özbaşınalıq - Müraciət... Şabranın icra başçısından özbaşınalıq - Müraciət... Dunya / Bolge Prezident ailəsi ilə birlikdə bələdiyyə seçkilərində Prezident ailəsi ilə birlikdə bələdiyyə seçkilərində Siyaset / Dunya 13 bələdiyyənin adı dəyişdirilir – SİYAHI 13 bələdiyyənin adı dəyişdirilir – SİYAHI Siyaset Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir Sosial
XƏBƏR LENTİ
23:39 | Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY 22:50 | Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 22:22 | Qaxın icra başçısını sakinlər düşündürmür... - GİLEY 21:49 | Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 21:28 | Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video 21:20 | Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi 21:17 | Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 21:14 | Yanğın baş verən ərazidən - Canlı yayım 21:07 | “Sobsan” boya fabrikində güclü yanğın - Fotolar + Video + Yenilənib 20:44 | Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ... 20:20 | DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb? 20:15 | Nizami rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir 20:10 | Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq 19:46 | Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA 19:45 | Bakıda koronavirusdan da dəhşətli virus ocağı — Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)