17-03-2020, 22:50 Oxunub: 503

Qazaxdakı bu təhsil ocağında nələr baş verir? - Müraciət...

Qazaxdakı bu təhsil ocağında nələr baş verir? - Müraciət...


Qazax Dövlət Sosial-İqtisadi Kollecin sabiq müəllimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə müraciət edib. Sabiq müəlim müraciətində Kollecin rəhbərliyi tərəfindən təhdid olunmağının araşdırılmasını tələb edir. Azinforum.az həmin müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli Əli müəllim,
Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işlədiyim vaxtlarda üzləşdiyim haqsızlıqlar, baş verən qanun pozuntuları və mənə atılan böhtanlar səbəbilə hazırda heç bir yerdə işə qəbul edilmədiyim üçün, məsələnin ictimailəşməsinə, həqiqətlərin əslində nədən ibarət olduğunu faktlarla sübut etməyə və hüquqlarımın müdafiəsi ilə bağlı hərtərəfli mübarizə aparmağa qərar verdim. Bu qərara gəlməyimə əsas səbəb də dövlət səviyyəsində qanunsuzluqlarla ciddi mübarizənin aparılmasıdır, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətə arxalanmağımdır.
06.03.2020-ci il tarixdən öz ad və soyadımla qeydiyyatdan keçdiyim “Facebook” sosial şəbəkəsindəki profilimdə Qazax Dövlət Sosial-İqtisadi Kollecindəki qanunsuzluqlar haqda məlumatlar yayımlamağa başladım. Bundan sonra yazdığı rəylərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin mənsubu olduğunu (yaxud ordakı məkrli şəxs və ya şəxsləri təmsil edir) gizlətməyən şəxs saxta “Aciq Pencere” adlı profildən istifadə etməklə şəxsimə qarşı təhqiramiz ifadələrin və böhtanların olduğu məlumatlar paylaşmağa başladı. Onun böhtanlarına yazdığım cavab rəylərinə mənimlə üz-üzə görüşmək istədiyi rəylə cavab verdi. Bu şəxsin kimliyini müəyyənləşdirib, qanuni formada mübarizə aparmaq üçün mobil telefonumun nömrəsini rəylərə əlavə edib, zəngini gözlədiyimi bildirdim. Cavab olaraq rəy yazdı ki, sənə zəng etsəm məni polisə verəcəksən. Bu şəxs polisə veriləcəyi təqdirdə günahkar sayılacaq qədər qanunu pozduğunun fərqindədir. Eyni zamanda, “səni tək tutacam” rəyini yazmaqla, dolayısı ilə mənim həyatıma qəsd edəcəyini gizlətmir. Əgər mənim həyatıma qəsd etməyi düşünmürsə, mobil telefonuma zəng edib kimliyini bəlli edəndən sonra polisə verəcəyimdən ehtiyat etməzdi. Bu şəxs yazdığı “səni tək tutacam” rəyi ilə təsdiq etmiş olur ki, o məni tək tutandan sonra mənim onu nə polisə, nə də digər hüquq mühafizə orqanlarına şikayət etmək imkanım olacaq.
Hörmətli Əli müəllim,
Dövlətimizin, insanlarımızın təhlükəsizliyinin cənab Prezidentimizin uğurlu kadr siyasəti aparması sayəsində sizə həvalə edilməsi hər bir azərbaycanlının ürəyindən xəbər verir. Sizdən xahiş edirəm ki, bu və bu kimi şəxslərin aşkarlanaraq barələrində hüquqi tədbir görülməsinə köməklik göstərəsiniz.

Dərin hörmətlə,
Qazax rayonu Daş Salahlı kənd sakini Nicat Göyüşov“
Azinforum.az
2 nömrəli Bakı Baza Tibb Kollecindən narazılıq... - Ödədiyi pulu geri ala bilmir... 2 nömrəli Bakı Baza Tibb Kollecindən narazılıq... - Ödədiyi pulu geri ala bilmir... Sosial Pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət edib - FOTO Pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət edib - FOTO Sosial General Əli Nağıyev birinci dəfə müəllim işləyib – DTX rəisinin ilk rəsmi DOSYESİ General Əli Nağıyev birinci dəfə müəllim işləyib – DTX rəisinin ilk rəsmi DOSYESİ Siyaset Rabitə və Nəqliyyat Kollecində tələbələr təhdid edilir Rabitə və Nəqliyyat Kollecində tələbələr təhdid edilir Gundem Qazax Dövlət Sosial-İqtisadi Kollecindən xəbər var Qazax Dövlət Sosial-İqtisadi Kollecindən xəbər var Bolge
XƏBƏR LENTİ
23:39 | Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY 22:50 | Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 22:22 | Qaxın icra başçısını sakinlər düşündürmür... - GİLEY 21:49 | Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 21:28 | Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video 21:20 | Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi 21:17 | Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 21:14 | Yanğın baş verən ərazidən - Canlı yayım 21:07 | “Sobsan” boya fabrikində güclü yanğın - Fotolar + Video + Yenilənib 20:44 | Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ... 20:20 | DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb? 20:15 | Nizami rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir 20:10 | Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq 19:46 | Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA 19:45 | Bakıda koronavirusdan da dəhşətli virus ocağı — Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)