"Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ
Dunya / Bolge
Oxunub: 787
9 iy 2020 | 22:00
"Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ


Tovuzun Təcili Yardım Stansiyasının Qovlar bölməsinin bir qrup həkim və tibbi heyəti tibb məntəqəsində ciddi problemlərlə üz-üzə olduqlarını deyirlər.
Tibb işçilərinin sözlərinə görə, mümkün koronavirusla təmas halında onlar təhlükə qarşısında "əliyalın" - maskasız, əlcəksiz dayanıblar.
Adının açıqlanmasını istəməyən tibb işçisi BBC News Azərbaycancaya deyib ki, bu günlərdə o korononavirus əlamətləri olan bir nəfəri qorxu içində müayinə edib.

"Koronavirus əlamətləri idi və hərarəti də vardı. Qorxa-qorxa müayinə etdim. Nə əlcək verirlər, nə maska. İşlətdiklərimizi də öz cibimizin puluna alırıq. Evə bu qorxu ilə qayıtmışam, amma bilmirəm, övladıma necə yaxın gedim?",- Qovlar Təcili Tibbi Yardım bölməsində çalışan tibb işçisi deyib.
Təcili Tibbi Yardımda çalışan həkim və tibbi personalın üzvləri həm qoruyucu vasitələrin əksikliyindən, həm də prezidentin qərarı ilə koronavirusla mübarizədə iştirak edən tibbi heyətin əmək haqqlarına nəzərdə tutulan artımın onlara verilməməsindən şikayətçidirlər.
Tovuz rayon Mərkəzi xəstəxanasının Baş həkimi Paşa Muradov deyib ki, təcili tibbi yardım bölməsindən olan şikayətdən xəbərdardır, amma onların iddialarını "əsassız" hesab edir.
"Oradakı işçilər əsassız iddialar irəli sürürlər ki, bizə hansısa pullar verilməlidir. Ona görə də düşünürəm ki, oradakı işçilər yerində deyil. Amma Təcili Tibbi Yardımın vəziyyəti yaxşıdır",- Paşa Muradov deyib.
"Dəfələrlə rayon xəstəxanasına və TƏBİB-ə, İcbari Tibbi Sığorta Agentliyinə bildirmişik ki, biz virusa yoluxma təhlükəsi ilə üzləşirik. İlk təmas edənlərdənik, müayinə etdiyimiz şəxsdə sonradan virus tapılması halları çox olub. Amma fayda vermir, şikayətimizə baxan yoxdur",- təcili tibbi yardım həkimi deyib.

Onlar iddia ediblər ki, vəsaitin ödənməməsindən və qoruyucu vasitələrin verilməməsindən şikayət etdikdə Tovuz rayon Mərkəzi xəstəxanasının Baş həkimi Paşa Muradovun "təzyiq və təhqiri" ilə üzləşiblər.
"Biz qadınıq, anayıq, şikayət edəndə bizə deyilən ifadələrdən utanırıq, ismətimizi, abrımızı qoruyuruq. Şikayət edəndə də deyir get hara istəsən şikayət et, onsuz da mənim sözümü deyəcəklər, qorxudur bizi", - təcili tibbi yardımda çalışanlardan biri deyib.
Paşa Muradov isə bu iddiaları rədd edir və hesab edir ki, "onların başqa məqsədləri var, onlar pul əldə etmək üçün hər vasitəyə əl atırlar, amma nail olmayacaqlar.
"Onların tələbi artıq puldur. O da olmayacaq. Mən qaydaları poza bilmərərm. Onlar mənə təzyiq etmək istəyirlər, amma bu alınmayacaq. Bu nə biyabırçılıqdır, mediaya şikayət edirlər? Niyə bunu tələb edirlər? Bu ali savadlı həkimlər başa düşmürlərsə, biz nə edək", - rayon mərkəzi xəstəxanasının Baş həkimi deyib.
Həkimlərdən biri deyir ki, onlar on ilə yaxındır qanunən 7 növbə işləməli olduqları halda əksər vaxtlarda 8 növbə işləyirlər və əlavə növbənin pulu onlara ödənilmir.
"Şikayət edib tələb edəndə də deyirlər ki, 168 saatdan artıq işə görə ödəniş edə bilmərik. Sual edirəm bəs artıq işlədəndə niyə bunu nəzərə almırsınız, amma pulu ödəməyə gələndə iş vaxtı limiti yadınıza düşür?",- Qovlarda işləyən həkim deyib.

Başqa bir təcili tibbi yardım həkiminin sözlərinə görə, Qovlar təcili yardım bölməsində işləyən 17 nəfərin hanmısı, dörd həkim, dörd sürücü və doqquz tibbi heyət bu problemləri yaşayırlar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BBC News Azərbaycancaya verilən məlumata əsasən, Tovuzun Təcili Yardım Stansiyasının Qovlar bölməsinin "həkimlərinin heç biri koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində yaradılan təcili yardım briqadalarının tərkibində iştirak etməyiblər". Agentlik bildirib ki, bu məlumatı onlara Tovuz Rayon Mərkəzi Xəstəxanasından göndəriblər.
Rəsmi məlumata görə koronavirusla mübarizədə çalışan həkim və tibbi personala ödənilən əlavə vəsait "müddətli əlavə" adlanır.

"Onlar digər təcili və təxirəsalınmaz tibbi çağırışlar üzrə tibbi xidmət göstəriblər. Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur", - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında deyilir.
Agentlik onu da bildirib ki, tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraqmüddətli əlavələr hər bir tibbi heyət üzvünə ödənilir.
Məlumata görə, agentlik tərəfindən tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödənilir.

Baş həkimin sözlərinə görə, Qovlardakı təcili yardımda çalışanlar "pul istəyirlər o da onlara düşmür, çünki onlar prosesdə iştirak etmirlər".
"Mərkəzi rayon xəstəxanasında bir briqada var və onlar gedib koronavirusa görə yaxmalarla məşğul olur. Qovlardakı təcili yardım koronovirusla mübarizədə iştirak etmir, bu işə təhkim olunmuş ayrıca briqada var",- Baş həkim deyib.
İş növbəsindən əlavə işləməyə görə ödəniş olunmaması iddialarına cavab olaraq isə Paşa Muradov deyib ki, təcili yardım heyəti iş vaxtından əlavə növbəyə çıxmır.
"Mənim işim onlardan çoxdur, mən Baş həkiməm 500 manat alıram, onlarsa 1200 manat alırlar, amma yenə də əlavə pul istəyirlər", Paşa Muradov deyib.

Qoruyucu vasitələrin bol olduğunu və Qovlar təcili yardım bölməsinin də hər bir vasitə ilə təmin olunduğunu deyən Baş həkim sonuncu dəfə ora nə qədər tibbi ləvazimat verilməsi sualına cavab verməyib.
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal