ÜST Azərbaycana dəstək göstərəcək
Dunya
Oxunub: 433
6 apr 2021 | 16:17
ÜST Azərbaycana dəstək göstərəcək


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda köməkçi texnologiyalar (KT) sektorunun (təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) gücləndirilməsi ilə bağlı maraqlı tərəflərin rəhbər işçiləri üçün onlayn toplantı keçirilib.
Görüşdə nazirliklərin, dövlət komitələrinin rəhbər işçiləri, parlament komitələrinin sədrləri, universitet və akademiyaların rektor-professor heyəti, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri olmaqla ümumilikdə 45 qurum təmsil olunub.

Toplantını giriş sözü ilə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Əmək və Sosial Müdafiə nazirinin müavini Anar Kərimov açdıqdan sonra bildirilib ki, ÜST və nazirlik Azərbaycanda KT sektorunun gücləndirilməsi üzərində birgə çalışmağa başlayır.

ÜST-nin hesablamalarına əsasən, bu gün dünyada 1 milyard insanın məhsuldar, inklüziv və ləyaqətli həyat yaşaması üçün KT-yə ehtiyacı var, ancaq qlobal olaraq hər 10 nəfərdən yalnız 1-nin ehtiyac duyduğu KT-dən istifadə etmək imkanı var. KT-yə əlçatanlıq bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanlar yaşlılar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.

İlk mərhələdə ÜST-nin r-ATA (“Rapid-Assistive Technologies Assessment”, “Sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi”) metodologiyasından istifadə edərək yerli KT ehtiyaclarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu qiymətləndirmənin nəticələri Azərbaycanda KT sahəsində ödənilməyən ehtiyaclar və bu yolda olan əngəlləri müəyyənləşdirməyə kömək edəcək. Araşdırmanın əsas elementlərindən biri ÜST-nin “Qlobal KT İstifadə Proqramı” (GATE Təşəbbüsü) çərçivəsində ölkə üçün prioritet köməkçi vasitələrin siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək vermək, nazirliyin gələcək siyasətinin sübuta yetirilmiş ehtiyaclar və prioritetlər üzərində qurulmasına dəstək göstərməkdir. Araşdırmanın nəticələri üzərində qurulan siyasət ilə uzunmüddətli perspektivdə ölkənin ÜST-nin Universal Tibbi Təminat proqramının hədəflərinə çatmasına və BMT-nin Əlilliyi olan Şəxslər üçün Hüquqlar Konvensiyasının öhdəliklərini yerinə yetirməsinə nail olmağa yardım göstərəcək.

Toplantıda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, Əlil Təşkilatlar İttifaqının prezidenti Davud Rəhimli, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Esmira Əkbərova tədbirin təşkilatçılarına minnətdarlığını bildiriblər və görüləcək işlərin əhəmiyyətini və zəruriliyini qeyd edərək onlara hərtərəfli dəstək veriblər.

Çıxışlarda ötən il Dağlıq Qarabağ və onun ətrafında baş verən müharibədən sonra bir çox yaralı insanda əlilliyin inkişaf etməsinin Azərbaycanda KT ehtiyaclarının daha da artmasına gətirib çıxardığı xüsusilə vurğulanıb və məsələnin ölkə üçün çox aktual olduğu qeyd olunub.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...