İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı
Dunya
Oxunub: 52
15 apr 2021 | 11:19
İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı


İsrail peyvənd kampaniyası sayəsində koronavirus epidemiyasını nəzarət altına ala bilib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hazırda İsraildə əhalinin yarısından çoxu (5,3 milyon nəfər) koronavirusa qarşı peyvənd olunub. Bundan əlavə, indiyə qədər koronavirusa yoluxmuş 830 min insanın müəyyən dərəcədə təbii immunitet inkişaf etdirməsi gözlənilir.

Başqa sözlə, əhalinin 68 faizində peyvənd və ya yoluxma yolu ilə antikorların meydana gəldiyini və bir növ kollektiv immunitetin inkişaf etdiyini demək olar.

İsrailin ən böyük xəstəxanası olan Şeba Tibb Mərkəzinin professoru Eyal Leshem ölkədəki məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, yoluxma sayında müşahidə olunan azalmanı kollektiv immunitetin yaranması ilə əlaqələndirir.

Üstəlik, 16 yaşdan kiçik uşaqlar peyvənd olunmadığı halda yoluxma sayında azalma bütün yaş qruplarında müşahidə olunur.

Bu məqamda bildirək ki, ötən gün ərzində İsraildə koronavirusa 170 yoluxma faktı aşkarlanıb. Bu, fevral (3100) və mart (1600) aylarının eyni günü ilə müqayisədə kəskin azalma deməkdir.

Hazırda ölkədə davam edən kütləvi vaksinasiya kampaniyasında “Pfizer/Biontech” peyvəndindən istifadə olunur.

Yoluxma sayının azalmasından sonra İsrail 23 may tarixindən etibarən ölkəni yenidən turistlərə açacağını açıqlayıb.

Səhiyyə və Turizm Nazirlikləri ölkəyə gəlmək istəyən turistlərin “COVID-19” peyvəndi vurdurmalı olduqlarını bildiriblər. Bundan əlavə, İsrailə gələcək olan şəxslər təyyarəyə minməzdən öncə mənfi PCR test nəticəsini təqdim etməli, həmçinin gəldikdən sonra seroloji qan analizindən keçməlidirlər. İsrail ilə peyvənd pasportu razılaşması olan ölkələrdən gələn turistlərə isə seroloji testlərdən keçmək tələb olunmayacaq.

Turizm Nazirliyinin açıqlamasına görə, mayın 23-də ilk növbədə ekskursiya qrupları ilə gələn turistlər qəbul ediləcək, daha sonra epidemioloji vəziyyət nəzərə alınaraq tək səyahətçilərin ölkəyə girişinə icazə veriləcək.

Bildirilib ki, 2019-cu ildə ölkəni təxminən 4 milyon turist ziyarət edib. 2020-ci ildə isə bu rəqəm 80% azalma ilə 850 minə enib.
Dünən, 23:39
Təhsil sistemi necə iflic duruma salınır - GƏLİŞMƏ
Dünən, 23:15
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ilk iş gününə Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək başlayıb
Dünən, 22:53
Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib
Dünən, 22:50
Masallı belə idarə olunur... - İTTİHAM
Dünən, 22:48
İkinci Dünya müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunub
Dünən, 22:45
Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
Dünən, 22:35
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Dünən, 22:28
Prezident Rusiyanın xarici işlər nazirini qəbul etdi - FOTO
Dünən, 22:22
Sumqayıt təhsilində nələr baş verir? - İDDİA
Dünən, 21:46
Göyçayda MEYDAN SULAYAN KİMDİR? - NARAZILIQ!
Dünən, 21:23
"Təcrübəyə deyil, qohumluq və tanışlıq əlaqələrinə üstünlük verilir..." - NARAZILIQ!
Dünən, 20:52
AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”
Dünən, 20:18
Cəza müddəti bitən şəxs necə əfv siyahısına salınıb? - “Əfv haqqı” nə qədərdir?
Dünən, 19:19
Araik Ağdamın kəndində yeni xaçkar abidəsinin açılışını etdi... - FOTO
Dünən, 18:50
Son bir həftədə nə qədər ərazi minadan təmizlənib?
Dünən, 18:20
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - RƏSMİ
Dünən, 18:11
İlham Əliyev Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib - FOTO
Dünən, 17:44
Məhərrəm Əliyev: "Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar"
Dünən, 17:21
ABŞ Əfqanıstandakı qoşunlarını Özbəkistan və Tacikistanda yerləşdirmək istəyir
Dünən, 16:43
Bakıda zibilxanada insan ayağı tapıldı
Dünən, 16:17
Lukaşenkodan fərman: Prezident öldürülərsə...
Dünən, 16:00
Mayın 14-dək olan hava proqnozu açıqlandı
Dünən, 15:34
İşğaldan azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirilib - FOTO
Dünən, 15:02
ABŞ-da fövqəladə vəziyyət rejimi elan edildi
Dünən, 14:17
DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldı
Dünən, 13:03
Prezident Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib
Dünən, 12:58
Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub