AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”
Sosial
Oxunub: 425
10 may 2021 | 20:52
AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”


AAAF Park Yaşayış Kompleksinin sakini kommunal xidmətlərə dair ödənişlərin düzgün hesablanmamasından narazıdır.

Bu barədə Oxu.Az-a Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksindən mənzil alan Nicat İsmayılov şikayət ünvanlayıb.

Sakin iddia edir ki, 5 iyul 2016-cı il tarixində sözügedən yaşayış kompleksində 72 kvadrat metr sahəsi olan mənzil alıb, amma heç vaxt mənzildə yaşayış olmayıb:

“Bu mənzili 2016-cı ildə həyat yoldaşımın adına almışam. Mənzil təmirsizdir və yaşayış olmayıb. Mənzili aldıqdan sonra ilk 4-5 ay ərzində kommunal ödənişlərlə bağlı çeklər göndərilib. Çeklər yolladışımın adına gəlirdi və aylıq kommunal xərc 7 AZN olaraq hesablanırdı. Lakin, bir müddət sonra sakinlərlə heç bir müqavilə imzalamadan “M-Kommunal Servis” MMC tərəfindən kommunal xərclər hesablanmağa başladı. Artıq bundan sonra hər ay mənə 20 AZN kommunal hesablandı. Mənzildə yaşayış olmadığı barədə dəfələrlə onlara müraciət ünvanlamışam, lakin müraciətlərim cavabsız qalıb”.
Şikayətçi iddia edir ki, onlara kommunal borcla bağlı gələn bildiriş vərəqəsində mənzil sahibinin deyil, başqa şəxsin adı qeyd olunub:

“AAAF Parkdan alınan küçə 1B, bina 2, 38 nömrəli mənzil 2016-cı ilin iyul ayından mənim həyat yoldaşımın adınadır. Bir neçə ay hər şey qaydasında oldu. Mənzil təmirsizdir və yaşayış yoxdur. Kommunal xidmət haqqı da ona müvafiq olaraq gəlirdi. Lakin bir müddət sonra bildiriş vərəqəsində Mustafazadə Seymur Rafiq oğlu adı qeyd olunmağa başladı.

Bununla bağlı da müraciət etmişəm. Mənə bildirilib ki, daha əvvəl bu mənzili həmin şəxs almaq istəyib. Bu səbəbdən də sənədlərdə texniki səhv olub, lakin hələ də səhv aradan qaldırılmayıb. Xahiş edirəm məsələ ilə bağlı araşdırılma aparılsın və hesablanan əlavə məbləğ ləğv edilsin”.

Vətəndaşın iddialarına cavab olaraq qarşı tərəfin mövqeyini də öyrəndik. AAAF Park Yaşayış Kompleksinin hüquqşünası Ramil Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, həmin mənzilin sözügedən şəxsin həyat yoldaşının adında olduğuna dair heç bir şübhə yoxdur və bu məlumat inkar edilmir:

“Bildirmək istəyirəm ki, “AAAF İnşaat” MMC hər hansı bir kommunal xidmətlər həyata keçirmir. Şirkət kommunal xidmətlərin həyata keçirilməsi üçün “M-Kommunal Servis” MMC ilə müqavilə bağlayıb. AAAF Park Yaşayış Massivinin ərazisində qeyd olunan kommunal xidmətlər birbaşa bu müqavilə əsasında “M-Kommunal Servis” MMC tərəfindən həyata keçirilir. Bizimlə onlar arasında razılaşdırılmış məsələlərdən biri də ondan ibarətdir ki, əhalinin həssas kateqoriyası hesab olunan şəxslərin kommunal xidmətlərdən tam yararlanması təmin edilir və ödəniş qəbul edilmir.

Onu da əlavə edim ki, sakinlərə kommunal xidmətlərə görə ödənişlər kvadrat metrə görə deyil, otaq sayına görə hesablanır. Sakinlər kommunal xidmətlərə görə ödənişləri mənzillərin təmirli və ya təmirsiz olduğuna dair kateqoriyaya müvafiq olaraq həyata keçirir. Bir halda ki, mənzil təmirlidir və yaşayış var, onlara bir tarif, təmirsiz və yaşayış olmayan mənzillərə görə isə onun 50 faizi məbləğində (yarısı qədər) tarif tətbiq edilir”.

R.Hüseynov şikayətçi vətəndaşın yenidən şirkətə yaxınlaşmasını və məsələnin bir daha araşdırılması üçün şəraitin mövcud olduğunu da qeyd edib:

“Redaksiyanıza müraciət edən şikayətçi bir daha servis mərkəzinə yaxınlaşsın. Bir daha dəqiqləşdirmə aparılsın. Həqiqətən mənzil təmirsiz və yaşayış olmadığı dəqiqləşdirilsin və ona 50 faizlik güzəştlə (nəzərədə tutulan qiymətin 50 faizi ödənilməklə) kommunal xidmətlərə görə kommunal borc hesablanacaqdır. Biz bir nəfərə görə bütün kompleksin xidmətlərini kəsmirik, hər kəsə fərdi qaydada yanaşırıq. Həmin sakinin hər hansı anlaşılmazlığı varsa, yaxınlaşsın”.
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO