“Alimpaşa Məmmədovun dəstəsi bu gün də Şəmkirdə talanla məşğuldur” - sahibkardan ittiham
Bolge
Oxunub: 630
15 iy 2021 | 20:00
“Alimpaşa Məmmədovun dəstəsi bu gün də Şəmkirdə talanla məşğuldur” - sahibkardan ittiham


“Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var. 2018-ci ildən bu yana onun Şəmkirdəki cinayətkar fəaliyyəti haqda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çoxsaylı şikayətlər yazmışam. Məni onun işi üzrə zərərçəkmiş qismində tanıyıblar. Bu gün onun vəzifələrini Fəxrəddin müəllim icra edir. Faktiki isə rayonu Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev idarə edir. Onu da himayə edən Orxan Mürsəlovdur. Bu adam Alimpaşa Məmmədovdan Qüdrət Əliyevin əli ilə hər ay ”haqq" alıb. Ona görə də bu gün də onların cinayətlərinin üstünün açılmasına mane olurlar".

Bu sözləri Şəmkir sakini Sakit İsmayılov deyib. O, “Yeni Müsavat”a bildirib ki, Alimpaşa Məmmədov tutulsa da, Şəmkir faktiki olaraq onun komandasının nəzarətindən çıxmayıb: “Onun müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva heç zaman iş yerində tapılmır. Alimpaşa Məmmədov başçı vəzifəsində olduğu dönəmdə Şəmkirdəki bağçalarda uşaqlara nə yemək verilir, nə içmək verilirdi. Bu gün də həmin eyni qaydadır. Müəllimələr, baxıcılar öz ciblərindən ”poroşok" alır qab, paltar yumağa. Dəfələrlə icra hakimiyyətinə gedib Aynur xanımla danışmaq istəmişəm ki, bu nə məsələdir. Amma işdə tapılmır. Bu adam işə gəlmir. Bu gün də rayonda bütün idarə və təşkilatların işi Alimpaşa Məmmədovun nəzarəti altındadır. Qüdrət Əliyev onun sağ əli olmaqla, Orxan Mürsəlovdan gələn tapşırıqları yerinə yetirir ki, əvvəlki cinayətlərini ört-basdır etsinlər. Ona görə də başçını əvəz edən Fəxrəddin müəllimin işini iflic ediblər, onu Orxan Mürsəlova görə sayan yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyev və Aynur Abdullayeva onun göstərişləri ilə işləyirlər. Onların əlbir olub törətdiyi cinayətlər haqda yazdığım şikayətlərin bir çoxu bu gün cinayət işinin materiallarına əlavə edilib. Bu adamların Şəmkirdəki torpaq maxinasiyalarını bilməyən yoxdur. Onlar mənim torpağımı da ələ keçirib Gəncədə işləyən Dilqəm adlı vəzifəliyə satıblar. Dilqəm keçmiş polis polkovnikidir, Gəncədə pasport masasının rəisi idi. Onun burada böyük obyektləri, yeməkxanası, restoranı var. Gəncədən yığdığı pullarla Dağıstanın Məhərrəmli kəndində 10 hektar torpaq alıb. Bələdiyyə sədri Vüqarla həmin 10 hektarda parnik əkirlər. Alimpaşa Məmmədovun Şəmkirdə satmadığı yer qalmayıb. Onun da, bələdiyyə sədri Vüqarın da yaxınlarının, ailə üzvlərinin adına xeyli torpaq, mülk var. Alimpaşa Məmmədov mənim torpağımı 250 min manata satıb, bu gün də onun dəstəsi Şəmkirdə talanla məşğuldur".

Şikayətçi deyir ki, Alimpaşa Məmmədov vəzifədə olduğu zaman 2 dəfə onunla görüşüb: “Deyirdi ki, məndən şikayət yazma, gəl dost olaq. Dedim, adam cinayətkarla dost olar? Mən Baş Prokurorluğa da dəfələrlə şikayət etmişəm. Şəmkirdə Alimpaşa Məmmədovun dəstə üzvlərinin də, Orxan Mürsəlovun da həbsini istəmişəm. Bu adamlar azadlıqda qalmaqla Alimpaşa Məmmədovun cinayətlərini ört-basdır edir, yeni-yeni cinayətlər törədirlər. Bu işlərə Orxan Mürsəlov rəhbərlik edir. O, Qərb bölgəsinin kuratoru olsa da, faktiki olaraq Qərb bölgəsində baş verən cinayətləri ört-basdır edən biri kimi ad çıxarıb. Çünki bunlar əlbirdilər”.
“Yeni Müsavat”
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh