3-04-2015, 13:51 Oxunub: 1 070

Elman Rüstəmov yenə sədr oldu

Elman Rüstəmov yenə sədr oldu


Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini təsdiqləndi

Bu gün Milli Məclisin plenar iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Plenar iclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun və onun müavini Xaqani Abdullayevin Mərkəzi Bankı İdarə Heyətinə üzvlüyü təsdiq edilib.

Spiker Oqtay Əsədov Elman Rüstəmovu və Xaqani Abdullayevi təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir. Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.

Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.

İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib
Elman Rüstəmovdan sensasion çıxış: “Manatın sərbəst buraxılmasına hazırlıq gedir” Elman Rüstəmovdan sensasion çıxış: “Manatın sərbəst buraxılmasına hazırlıq gedir” Iqtisadiyyat Bank sistemində yaranan söz-söhbətə dair DEPUTATDAN AYDINLIQ Bank sistemində yaranan söz-söhbətə dair DEPUTATDAN AYDINLIQ Iqtisadiyyat “Bank faizlərinin aşağı salınması gözlənilmir” “Bank faizlərinin aşağı salınması gözlənilmir” Iqtisadiyyat Banklara xəbərdarlıq etdi Banklara xəbərdarlıq etdi Iqtisadiyyat “Bu cür kreditlər yüksək faizlə verilir” – Elman Rüstəmov “Bu cür kreditlər yüksək faizlə verilir” – Elman Rüstəmov Iqtisadiyyat