29-12-2019, 13:17 Oxunub: 2 392

Ekologiya naziri “İst Petrol” sahibinin qarşısında acizdir?-FOTO/VİDEO

Ekologiya naziri “İst Petrol” sahibinin qarşısında acizdir?-FOTO/VİDEO


Paytaxtda standartlara uyğun olmayan yetəri qədər yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bunlardan biri də “İST Petrol” yanacaqdoldurma məntəqəsidir. Təsadüfi deyil ki, yanacaqdoldurma məntəqələrində ən kiçik ehtiyatsızlıq insan itkisi ilə nəticələnir. Qeyd edək ki, “İST Petrol” daxil olmaqla “zapravka”ların əksəriyyətində normativ tələblərə əməl olunmur, yanğın təhlükəsizliyi qaydaları pozulur, tikinti-quraşdırma zamanı layihədən kənara çıxılır və ya layihə pozuntuları, qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə əməl edilmir. Bütün bunlar isə yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsi yaradan əsas səbəblərdəndir.

Bundan başqa bizə verilən məlumata görə, sözügedən yanacaqdoldurma məntəqəsində benzinin tərkibinə müxtəlif qatqılar qatırlar. Bu da mühərriki sıradan çıxarır. Ekspertlər isə bildirir ki, benzinə qatılan digər maddə texniki spirtdir. Benzin mühərriklərinin detalları spirtlə işləməyə hesablanmadığı üçün yüksək temperaturda spirtin təsirinə məruz qalan detallar tezliklə korroziyaya uğrayır. Zavod şəraitində benzinin tərkibinə aseton da əlavə edilir.

Şikayətdə bildirilir ki, sözügedən zapravkada istehlakçıların hüquqları kobud şəkildə pozulur. Belə ki, sürücünün ödədiyi pulun dəyərindən az yanacaq doldurulur. Bu proses elə sürətlə baş tutur ki, istehlakçıların əksəriyyəti bunu anlamırlar. Lakin müəyyən sayda adam bu qanunsuzluğu anlaya biliblər. Bu isə birbaşa müştərinin hüququnun pozulması deməkdir. Artıq müştərilərin aldadılması adi hala çevrilib.

Yanacaqdoldurma məntəqələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, mövcud istismar qaydalarının tələblərinə əməl olunmaması, işin düzgün təşkil edilməməsi, əməkdaşlara əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarının öyrədilməməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməməsi, ehtiyatsızlıq və sairə durumlar yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsi yarada bilər. Bu səbəbdən də, yanacaqdoldurma məntəqələrinin təhlükəsizliyi hər zaman diqqət mərkəzində olmalıdır.

Təəssüf ki, bir çox hallarda bu məqamlar unudulur. Nəticə isə böyük faciələrə səbəb olur. Qeyd edək ki, bu obyektlər Nazirlər Kabineti tərəfindən xüsusi razılıq (lisenziya) verildikdən sonra fəaliyyətə başlayır. Məntəqələr məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə obyektlərindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılmalıdır. Bu məsafə yanacaq paylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən hesablanmalıdır. Ancaq gəlin baxaq, Tbilisi prospektində olan “İst Petrol” yaşayış binalarından nə qədər aralıdır?

Üstəlik bu YDM-in sahibi Hacı Ramazan adlı şəxs yaxnlıqdakı böyük yaşılklıq ərazini də qəsb edib. Bura əvvəl insanlasrın istirahət yeri idi.İndi idə burdakı ağacların inkişafı məhdudlaşdırılıb.

Azerinfo.az-ın təqdim etdiyi foto və videolardan oxucular məsələnin nə yerdə olduğunu anlayacaqlar.



Bu haqda saytın rəhbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibinə də məlumat verib.

Hətta Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin nümayəndələri jurnalistlərlə birgə hadisə yerinə baxış da keçiriblər. “İst Petrol” sahibi heç maraqlanıb əraziyə belə gəlməyib. Öz yerinə növbə rəisin göndərib. Yanacaq şlanq tutanlara, operatorlara nəzarət edən adam hansı suala cavab verə bilərdi ki?

Bu sahibkarlar və ekologiya departamentinin məsul işçiləri görəsən özlərini dolayıblar, yaxud nə baş verdiyini bilmirlər? Ölkə prezidenti, onun xanımı şəxsən ağac əkir, yaşıllıqları qoruyur, bunlar isə Bakının mərkəzində yaşıllığı məhdudlaşdırır.

Nazir Muxtar Babayevin gücü adi YDM sahibinə çatmır məğər? Adi bir “hacı”-nın bu qədər saymamazlığına başqa nə ad verək.

Mövzuya qayıdacağıq.


Ekologiya naziri “İst Petrol” sahibinin qarşısında acizdir?-FOTO/VİDEO
Ekologiya naziri “İst Petrol” sahibinin qarşısında acizdir?-FOTO/VİDEO
Ekologiya naziri “İst Petrol” sahibinin qarşısında acizdir?-FOTO/VİDEO
Ekologiya naziri “İst Petrol” sahibinin qarşısında acizdir?-FOTO/VİDEO
“Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa… “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa… Sosial Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı iki maddə ilə cinayət işi başlanıb Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı iki maddə ilə cinayət işi başlanıb Hadise Yanacaqdoldurma məntəqələrində benzinə görün, nə qatırlar... Yanacaqdoldurma məntəqələrində benzinə görün, nə qatırlar... Iqtisadiyyat 3 nəfər birləşərək yanacaqdoldurma məntəqəsinə basqın etdi 3 nəfər birləşərək yanacaqdoldurma məntəqəsinə basqın etdi Hadise Bakıda yanacaqdoldurma məntəqəsində cinayət Bakıda yanacaqdoldurma məntəqəsində cinayət Kriminal