27-01-2020, 17:31 Oxunub: 1 011

ƏHMƏD ŞAHİDOV ÖZÜNÜN TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINI “BOŞ ÇANAĞI DOLU ÇANAĞA VURMAQ” PRİNSİPİ ÜZƏRİNDƏ QURUB

ƏHMƏD ŞAHİDOV ÖZÜNÜN TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINI “BOŞ ÇANAĞI DOLU ÇANAĞA VURMAQ” PRİNSİPİ ÜZƏRİNDƏ QURUB


Bir çoxları elə bilirlər ki, parlamentin yenidən formalaşdırılması deputat yerlərinə məhz elə yeni adamların seçilməsi deməkdir. Ona görə də əvvəlki çağırışda deputat seçilmiş şəxslərin yenidən namizəd olmasını birmənalı qarşılamayanlar da var. Təbii ki, belə yanaşma doğru deyildir. Məsələyə hüquq prizmasından baxanda vətəndaşların seçmək və seçilmək hüququ məhdudlaşdırıla bilməz. Bundan əlavə, millət vəkili olan şəxs əgər daim yeniliyə can atırsa, zamanın nəbzini tutur və dövrün tələblərinə uyğunlaşan təfəkkür sahibidirsə, niyə də növbəti müddətdə deputat olmasın?

Bəziləri isə “boş çanağı dolu çanağa vurmaq” siyasəti ilə hərəkət edərək, özünün seçki kampaniyasını bütünlüklə dairə üzrə ən nüfuzlu namizədin əleyhinə “qara piar” aparmaq, qarşı tərəfi seçki qanunlarını kobud şəkildə pozmaqda ittiham etmək üzərində qurub. Eyni prinsiplə təşviqat aparan 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, “tanınmış hüquq müdafiəçisi” kimi təqdim olunan Əhməd Şahidov Qax rayonunda meşələrin qırılması mövzusunda videomüraciətlə çıxış edib. Şahidovun sözlərinə görə, problemin əsas səbəbi 20 ildir ki, meşələrin bir nəfərin – Milli Məclisin deputatı Azər Kərimlinin biznes maraqlarına qurban verilməsidir. Müraciət müəllifi bildirib ki, guya deputat toxunulmazlığından sui-istifadə edən A.Kərimlinin təşkilatçılığı ilə rayonun meşələrindən çökə, fıstıq, armud, şabalıd, vələs kimi qiymətli ağaclar kəsilərək, ilkin emaldan sonra onun guya İtaliyada qurduğu mebel biznesi mərkəzlərinə göndərilir.

Müraciətin qərəzli olduğu ortadadır. Əvvəla, Əhməd Şahidov ortaya heç bir fakt qoymayıb. Bundan əlavə, o da öz növbəsində namizədlik statusundan qalxan kimi istifadə edərək əhalini yanlış məlumatlandırır. Ə.Şahidov videomüraciətində Qaxın kəndlərində əhalinin hələ də qaz sobalarından qızınmaq üçün istifadə etdiyini xəfif vurğulasa da, bu əsas problemi - yaşayış yerlərinə qaz xətlərinin çəkilməsi və yaxud, alternativ yanacaq növləri ilə təmin olunması məsələsini qabartsaydı, bəlkə də daha səmimi görünərdi.

Faktlar isə başqa təsəvvür yaradır. Fotoşəkillərdəki qoz bağları, qovaq və ağcaqayın plantasiyalarının görüntüləri təqribən 20 il bundan əvvəl Azər Kərimlinin Qax rayonuna Rusiyadan, Yunanıstandan və Türkiyədən gətirdiyi tinglərdən yetişdirilmiş bağlardır. İlk iki şəkil Qax meşəbəyliyinin 2 saylı dolayında

ƏHMƏD ŞAHİDOV ÖZÜNÜN TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINI “BOŞ ÇANAĞI DOLU ÇANAĞA VURMAQ” PRİNSİPİ ÜZƏRİNDƏ QURUB
ƏHMƏD ŞAHİDOV ÖZÜNÜN TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINI “BOŞ ÇANAĞI DOLU ÇANAĞA VURMAQ” PRİNSİPİ ÜZƏRİNDƏ QURUB


, 3-cü şəkil 5 saylı dolayında,

ƏHMƏD ŞAHİDOV ÖZÜNÜN TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINI “BOŞ ÇANAĞI DOLU ÇANAĞA VURMAQ” PRİNSİPİ ÜZƏRİNDƏ QURUB


4-cü şəkil isə 10 saylı dolayında

ƏHMƏD ŞAHİDOV ÖZÜNÜN TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINI “BOŞ ÇANAĞI DOLU ÇANAĞA VURMAQ” PRİNSİPİ ÜZƏRİNDƏ QURUB


fotoqeydə alınmışdır. Bu, o deməkdir ki, A.Kərimli heç də Ə.Şahidovun ittiham etdiyi kimi, Qax meşələrinin qənimi deyil, əksinə, dostudur.

Azərbaycan seçicisi ayıqdır: Səs verəcəyi namizədin kimliyini, xalq, dövlət, cəmiyyət üçün gördüyü işləri, daşıdığı potensialı, vəd etdiyi perspektivləri, çəkə biləcəyi yükü, verdiyi sözə nə dərəcədə sadiqliyini dürüst müəyyənləşləşdirməyi bacarır. İnanırıq ki, seçki hüquqlu tərəqqipərvər Qax vətəndaşları da ən layiqli namizədə səs verəcəklər.

Vüsalə Hüseynova
Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT Sosial Daha bir deputatın oğlu namizəd oldu Daha bir deputatın oğlu namizəd oldu Siyaset Parlamentin Parlamentin "LAL DEPUTATI" təbliğatda ERKƏN DİL AÇDI... - FOTOFAKT Sosial YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB Siyaset Deputat Kürdəmirdə niyə fəallaşıb? Deputat Kürdəmirdə niyə fəallaşıb? Bolge