30-01-2020, 11:54 Oxunub: 1 095

Sumqayıtda dənizi, havanı ,əhalini zəhərliyən sex kimindir -DƏHŞƏ

Sumqayıtda dənizi, havanı ,əhalini zəhərliyən sex kimindir -DƏHŞƏ


Ötən yay Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi iyunun 28-dən iyulun 4-nə kimi çimərlik ərazilərində aparılmış növbəti monitorinqlərin nəticələrini açıqladı. Monitorinqin nəticələri Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin mikrobioloji baxımdan çirkli olduğunu bir daha təsdiqlədi. İlk dəfə qənaətbəxş olmayan çimərliklər sırasında Novxanı da yer aldı. Ekoloqların məlumatına görə, şimal və cənub regionlarında çirkli çimərliklərin sayının artması çirkab sularının dənizə axıdılması ilə əlaqədardır. Görəsən Xəzər dənizində və sahilində çirklənmə getdikcə niyə artır?

Çirkab suları dedikdə əsasən yaşayış məntəqələrinin məişət suları və bir də sənaye müəssisələrindən axıdılan sular nəzərdə tutulur. Vaxtı ilə sovetlər dövründə sənaye müəssisələri, yaşayış məskənləri o qədər çox tikilib ki, burda infrastruktur salınmayıb.

Azerinfo.az xəbər verir ki, Sumqayıt ərazisində bir çox kimya müəssisələrinin olmasına baxmayaraq dənizə sənaye tullantılarının axıdılması demək olar ki,minimuma endirilib.

Yerli ekologiya idarəsi də buna nəzarət edir.

Ancaq nəzarətdən kənarda qalan, gizli qalan sexlərdən Xəzərə tərkibində ağır metallar olan sular axıdılır.

Azerinfo.az –a verilən məlumata görə Sumqayıtda “Metallurq” keçəsində, Aliminium zavodu ilə üzbəüz ərazidə fəaliyyət göstərən akkumlyator sexindən artıq qalan zəhərli maddələr dənizə axıdılır.

Üstəlik bu sexdə işlənmiş akkumlyatorlar sökülərək təkrar istehsal edilir. Qurğışun və diğər metallar sex sahibləri gecələr, əhali yatan vaxt, gizli surətdə əridirlər.

Sakinlər deyir ki, istehsal zamanı havaya tüstü və kəskin qoxulu iylər yayılır. Tərkibi zəhərli olan tüstü, zəhərli qazlar ətrafda yaşayan əhalini narahat edir və səhhətlərində kəskin pisləşmə yaradır:

“Giriş qapısında müəssisənin adını göstərən lövhə yoxdur. Gündüzlər giriş qapısı açıq olsa da, axşam saat 5-dən sonra qapılar bağlanır və əməlli-başlıca səs-küy də başlayır. Çox keçmir ki, havaya elə bir qatı tüstü dumanı qalxır ki, iy-qoxundan dura bilmirik. Bir sözlə, yaşayışımızı bu sexin sahibləri bizə zəhər edirlər”.

Sexin sahiblərinin kim olduğu bilinmir. Sexdə işləyənlərin əmək müqaviləsinin olması inandırıcı deyil. Həmdə zəhərli maddələrlə işləyərkən qorucuyu maskalarının olmaması da qanun pozuntusudur.

Bu sexi işlədənlər haqda güc strukturlarına,habelə birbaşa aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmək Müfəttişliyinə müraciətlər hazırlamışıq.

Ardı var.

**************************

Azərbaycan Respublikasının Vitse Prezidenti
Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Naziri cənab Muxtar Babayevə
Surəti: 4 saylı Regional Ekalogiya şöbəsinin müdri hörmətli
Mübariz Vəliyevə
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Zakir Qaralova
Surəti: Sumqayıt şəhər icra başçısı cənab Zakir Fərəcova
Azərinfo.az saytın Baş Redaktoru İbrahim Qarabağlı
tərəfindən


Müraciət


Hörmətli Mehriban xanım Əliyeva !
Mətbuat nümayəndəsi olaraq mühüm bir məlumatı diqqətinizə çatdırmaq istərdik. Belə ki, Sumqayıt şəhər Metallurq küçəsi, Alüminium zavodu ilə üz-üzə yerləşən ərazidə bir qrup “işbazların” qeyri qanuni yolla qazanc əldə etmələri barədə redaksiyamıza məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki,qanunsuz fəaliyyət göstərilən ərazidə avtomobillərin üzərindəki istifadə müddətini bitmiş akkumuluyatorları alıb, içərisində olan kimyəvi tərkibli qurğuşunları çıxardaraq əridirlər. Bu qanunsuz işi həyata keçirən “işbazlar” akkumulyatorlardan sökdükləri qurğuşunları əridib müəyyən avadanlıqlar əldə edərkən, ekaloji baxımdan zərərli olan maddələri dənizə atmaqla, həm dənizin zərərli maddələrlə çirklənməsinə səbəb olur və eyni zamanda da atmosferin çirklənməsi ilə nəticələnir. Məlumdur ki, bu cür kimyəvi tərkibli məhsulların hazırlanması üçün aidiyyatı qrumlar tərəfindən xüsusi olaraq müəyyən ərazilər təyin olunur. Belə olduğu təqdirdə qanunun tələblərinə uyğun olaraq aparılan iş nə əhalinin sağlamlığına zərər vurur nə də ki, ekaloji baxımdan zərər verir. Amma bu gün, insanların sıx yaşadığı bir ərazidə bu cür zərərli işin qanunsuz şəkildə həyata keçirənlər, həm insanların həyatıi təhlükəsini artırır, həmçinin də ekaloji baxımdan atmosferin çirklənməsinə səbəb olurlar. Bu isə qanuna zidd iş olduğu üçün hesab edirik ki,bu işi həyata keçirənlər dərhal məsuliyyətə cəlb olunmalıdırlar.
Hörmətli Mehriban Xanım !
Mətbuat nümayədəsi olaraq sizdən xahişimiz budur ki, aidiyyati qrumlara göstəriş verəsiniz ki, bizim iştirakımızla sözü gedən əraziyə baxış keçirilsin.
Bu çimərliklər çirklidir – Nəticələr açıqlandı Bu çimərliklər çirklidir – Nəticələr açıqlandı Sosial Novxanı çimərliyində İYRƏNCLİK – Bundan sonra dənizə getməyəcəksiniz – VİDEO Novxanı çimərliyində İYRƏNCLİK – Bundan sonra dənizə getməyəcəksiniz – VİDEO Sosial / Video Çimərliklərin çoxu yararsızdır - Rəsmi açıqlama + Adlar Çimərliklərin çoxu yararsızdır - Rəsmi açıqlama + Adlar Sosial Nabran, Şıx və Sumqayıt çimərliklərində çimməyin! Nabran, Şıx və Sumqayıt çimərliklərində çimməyin! Sosial Bu çimərliklər Xəzəri çirkləndirir — SİYAHI Bu çimərliklər Xəzəri çirkləndirir — SİYAHI Sosial