14-02-2020, 22:41 Oxunub: 666

Fətullahçılar Nəşriyyat direktorunu niyə hədəfə alıb-FOTOLAR

Fətullahçılar Nəşriyyat direktorunu niyə hədəfə alıb-FOTOLAR



Bazar iqtisadiyyatına transformasiya KİV kəmiyyətini artırsa da, keyfiyyəti aşağı düşdü, jurnalist kadrların tərkibi qeyri-peşəkarların hesabına dəyişdi. Bir tərəfdən fikir plüralizmi, söz azadlığı və siyasi fəallığın artması mətbuata yeni ab-hava gətirdi. Digər tərəfdən, hüquqi və siyasi mədəniyyətin, məsuliyyət hissinin inkişaf tempi azadlıq meridianlarının genişlənmə tempi ilə müqayisədə geri qaldığından mətbuat aləmində özbaşınalıq və xaos yarandı.

Mənəvi və hüquqi məsuliyyətsizliyin yaratdığı şərait KİV-də iftira, böhtan, yalan, qərəzli informasiyalara yer verdi. Adi insanlardan tutmuş, dövlət məmurlarının şərəf və ləyaqətinə toxunmaq davamlı xarakter aldı, söz azadlığı hər cür normadan kənara çıxdı. Söz azadlığının hüquqi və əxlaqi normalar çərçivəsində olduğu, mənəvi məsuliyyət hissi ilə, vətəndaşlıq borcu ilə məhdudlaşdığı hələ də yaddan çıxarılır. Mütləq azadlığın sivilizasiya ilə bir araya sığmadığı unudulur... Ona görə də çağdaş mətbuatın dövlətçilik və vətəndaşlıq mövqeyindən, ümummilli mədəni-mənəvi meyarlar baxımından dəyərləndirilməsinə böyük ehtiyac vardır.

Məsuliyyətli, peşə borcu və peşə əxlaqı vəhdətdə olan KİV cəmiyyətdə ən nüfuzlu orqan hesab edilir. Tənqidlə təhqirə fərq qoyan, sosial ədalətə riayət edən, qanuna və qanunçuluğa hörmət edən, cəmiyyət, dövlət və insanlar qarşısında məsuliyyətini dərk edən, qərəzsiz informasiya verən KİV ən obyektiv media hesab olunur. Qərb ölkələrində sosial-mənəvi məsuliyyət konsepsiyası KİV sahəsindəki özüntənzimləmə mexanizmləri - mətbuat qurumları tərəfindən müəyyən edilmiş peşə etikası qaydalarına əsaslanır. Cəmiyyət, dövlət və insanlarla sıx əlaqədə olan KİV aşağıdakı prinsiplərə riayət etməlidir: 1) Həqiqət; 2) Obyektivlik; 3) Vicdanlılıq; 4) Təmizlik və müstəqillik; 5) Şəxsi həyata müdaxilənin yolverilməzliyi; 6) Ümumbəşəri dəyərlərə ehtiram; 7) Zorakılığın, parnoqrafiya və əxlaqsızlığın təbliğinin yolverilməzliyi; 8) Peşə həmrəyliyi; 9) Müəlliflik hüququna hörmət; 10) Təhqirin yolverilməzliyi; 11) Cavab və təkzib vermək hüququ; 12) Professional sirrin qorunması; 13) Günahsızlıq prizumpsiyası; 14) Şəxsi reklamın yolverilməzliyi.

Göründüyü kimi, sosial-mənəvi məsuliyyət konsepsiyası geniş məzmuna malik olub jurnalist əxlaq kodeksini özündə əks etdirir. Jurnalist həqiqəti cəmiyyətə çatdırmalı, informasiyanı qərəzsiz şərh etməli, obyektiv tənqid verməli, vicdanlı metodlardan istifadə etməlidir. Beynəlxalq və milli qanunvericiliyə görə sosial məsuliyyəti konsepsiyasında sirrin qorunması və informasiyanın mənbəyinin açılmaması, rüşvət almamaq əsas yer tutur. "Jurnalist... böhtanı, təhqiri əsaslandırmamış ittihamı; bu və ya digər materialı dərc etmək (dərc etməmək) üçün istənilən formada rüşvət almağı ciddi peşə pozuntusu saymalıdır".

Amma görünür “!Demokrat.az “ saytında işləyənlərin bundan anlayılşları yoxdur. Dünən bu saytda Zaur Hacılı adlı yazarın imzası ilə getmiş məqalədə (Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı) Azərbaycan Nəşriyyatının direktoru hədəfə alınıb.

Əvvəlcə Nəşriyyatdakı “üfunətli ab-hava”, “natəmizlik” , “işləməyən liftlər” oxucuların diqqətinə çatdırılıb.

Müəllifin Nəşriyyata nə vaxt təşrif buyurması göstərilmir, amma lift barədə yazdığı absurddur. Çünki lift işlək vəziyyətdədir. 3 lift səhər-axşam işləyir. Ola bilər Zaur Hacılı elə birinci mərtəbədə ayaqyoluna daxil olub. Elə oranın ab-havası başında qalıb deyə başqa yazmağa mövzusu olmayıb.

Amma bu Nəşriyyatda illərin jurnalisti, yazarı ,ədibləri var ki, onları tənqit etmək Hacılının başı üçün deyil.

Guya ki, hədəf fevralın 13-də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Ayaz İlyas oğlu Qocamanov konfransıdır. Hansı ki, o tədbirin keçirilməsi üçün rəsmi icazə alınıb. Və tədbirdə bir çox sayt və qəzetlərin nümayəndələri iştirak edib. Onlara seçki prosesindəki qanunsuzlqlar nümayiş etdirilib. Video və fotolarla.

Demokrat.az isə yazır ki, “Ağabəy Əsgərov dövlətin şəffaf keçirilməsi üçün əlindən gələni etdiyi seçkiləri cəmi 200 manata satıb. Milli mətbuatın prinsiplərini 50 manata “reketlərə” satan adamdan bundan artığını gözləmək də mümkün deyil. “

Əvvala, yazının savadsız müəllifinə çatdıraq ki, şəffaf keçən seçkidə 4 dairə üzrə seçki ləğv edilməzdi. Prezident özü də tapşırdı ki, saxtakarlıq edənlər cəzalandırılsın. Bəlkə “şəffaf seçki” məsələsinə görə Demokrat.az Məzahir Pənahovu, MSK üzvlərini də xəyanətkar çıxaracaq? Bunu bilmirik. Savad o qədər dayazdır ki, çıxarar. Həmin mətbuat konfrans ilə bağlı onlarla sayt məlumat yayıb. Onlar hamısı “reket” mətbuatıdır?

Yoxsa Əli Həsənovun “qara siyahısı” indi Demokrat. Az-a həvalə olunub?

Kimin kim olduğu bu ölkədə hamıya məlumdur. Türkiyədən idarə olunan fətullahçılar, SOCAR-ın Türkiyədəki qolu və sairə. Bizi daha dərinə getməyə vadar etməyin cənablar.

Kimin kim olduğu bu kiçik ölkədə zatən məlumdur.


Fətullahçılar Nəşriyyat direktorunu niyə hədəfə alıb-FOTOLAR
Fətullahçılar Nəşriyyat direktorunu niyə hədəfə alıb-FOTOLAR
Çovdarovun işçisi azadlığa çıxdı Çovdarovun işçisi azadlığa çıxdı Kriminal Seymur Həzi azadlığa çıxdı Seymur Həzi azadlığa çıxdı Hadise “Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək” — Azay Quliyev “Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək” — Azay Quliyev Siyaset "Veysəloğlu" şirkətinin həbs etdirdiyi marketoloq azadlığa çıxdı Hadise Suriya Azadlıq Ordusu vahid hərbi blok yaratdığını bəyan edib Suriya Azadlıq Ordusu vahid hərbi blok yaratdığını bəyan edib Dunya