9-07-2020, 13:39 Oxunub: 1 536

Cavabdeh şəxslərin qəzəbinə tuş gələn Lerik meşələri - VİDEO+FOTOLAR

Cavabdeh şəxslərin qəzəbinə tuş gələn Lerik meşələri - VİDEO+FOTOLAR


Redaksiyamıza gələn zəngin yerindəcə araşdırılması üçün yenidən Lerik rayonuna yollandıq. Nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar bir birinin ardınca Lerik meşələrinin aqibəti, acınacaqlı durumu ilə bağlı ziddiyyətli xəbərlər gəlməkdədir. Sanki bu kimlər tərəfindənsə planlı şəkildə həyata keçirilir.



Bəla ondadır ki Lerik meşələri birbaşa bu sahəyə nəzarət edən,məsuliyyət daşıyan məmurlar tərəfindən talan edilir, qarət olunur.

Biz həmin araşdırma ilə əlaqədar hər şeyi detallı şəkildə vermək üçün öz həmkarımız Doğru xəbər redaksiyasının rəhbəri Kamal bəyi də dəvət etdik. Sağ olsun Kamal bəydə dəvətimizi qəbul edərək birlikdə Lerikə yollandıq.

Biz əvvəlcədən bizə xəbər verilən yerdə faktlarla video çəkilişlərlə faktların doğruluğunun şahidi olduq. Bəli acı bir mənzərə. Nəhəng ağaclar kökündən kəsilmiş, bəziləri traktorun altında qalaraq əzilmiş sanki meşəyə qəsdən divan tutulmuşdur. Doğrudanda bu bir vəhşilikdi. Əsil Vandalizimdi. Dilsiz-ağızsız yaşıllıqlara -ağaclara qarşı planlı şəkildə həyata keçirilən genosiddir -yaşıl "soyqırımdır ".

Apardığımız araşdırma zamanı və videodan göründüyü kimi bu olaylar Lerik rayonunun Zərigumaco kəndində 22a dolayında baş verib. Bizə xəbər verildiki bu sahənin- sahə rəisi Tərlan Qəribovdur. O həmin Tərlandır ki, 1-saylı Lənkəran ekologiya və Təbii sərvətlər idarəsinin-şöbəsinin rəisi Rəfael Tahirov tərəfindən himayə olunur. Əlbəttə hansısa korporativ maraqlar, qaranlıq məqamlar hesabına.

Biz Lerik meşələrində bəzi yerlərdə də olduq. Çayın içində ekologiyaya aid və onların nəzarətində olduğu ərazidə-Pirhan kəndində qum, çınqır və daşların ekskavatorla kamazlara yığılıb daşınmasının canlı şahidi olduq. Çəkdiyimiz videolarda bu biabırçılığ öz çılpaqlığı ilə tam aydın görünür.

Çox qəribə bir paradoks görünür. Görəsən birbaşa bu sahəyə məsul şəxs olan,cavabdehlik daşıyan Rəfael Tahirov hara baxır?..Lənkəran meşə regional idarəsinin rəisi Füzuli Bayramovun yuxusu nə vaxt ərşə çəkiləcək? Yoxsa oda öz sələfinin -Şahinin yolunu daha iri addımlarla irəliləmək istəyir.? Hansı sehirli yüksək əl onları elə yüksək səviyyədə də himayə edir? Sahə rəisi Tərlan Qəribovun toxunulmazlığı nədən irəli gəlir? Əlbəttə suallarımız çoxdur. Biz bu suallara cavab tapmaq istərdik. İnanırıq ki mütləq günlərin birində cabab tapacağıq. Azinfo.tv olaraq qarşı tərəfin mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.
Lerik Meşəsində baş vermiş dəhşətli hadisənin ardında kimlər var? - VİDEO Lerik Meşəsində baş vermiş dəhşətli hadisənin ardında kimlər var? - VİDEO Dunya / Bolge / Video Lerik meşələrində yaşıl soyqırım məqsədlı şəkıldə davam edir - VİDEO+FOTO Lerik meşələrində yaşıl soyqırım məqsədlı şəkıldə davam edir - VİDEO+FOTO Gundem / Dunya / Bolge / Video Başlıq -Lerik meşələrinin fəryadı rəsmi Bakıya çatmırmı? - VİDEO+FOTOLAR Başlıq -Lerik meşələrinin fəryadı rəsmi Bakıya çatmırmı? - VİDEO+FOTOLAR Bolge / Video Azərbaycanda meşəbəyinə cinayət işi açıldı Azərbaycanda meşəbəyinə cinayət işi açıldı Hadise Nazirlik işçiləri 14 nəfərlik dəstə üzvləri tərəfindən döyülüb – FOTO Nazirlik işçiləri 14 nəfərlik dəstə üzvləri tərəfindən döyülüb – FOTO Hadise
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…