Aldanmış, təhdid olunmuş meşə gözətçisinin məcburən cinayətə sövq edilmiş qəribə sərgüzəştləri - VİDEO
Gundem / Dunya / Bolge / Video
Oxunub: 2 807
10 iy 2020 | 10:17
Aldanmış, təhdid olunmuş meşə gözətçisinin məcburən cinayətə sövq edilmiş qəribə sərgüzəştləri - VİDEO




Doğrusu biz bu xəbəri eşidəndə çox təəcübləndik. Sanki bu bir yuxu idi. Ya da uşaq vaxtı mafiyanın yazılmamış qanunlarından bəhs edən baxdığımız və mənasını çox da bilmədiyimiz hind kinosuna bənzər detektiv bir kino olduğunu desək yəqinki yanılmarıq.

Cavan bir insana, bir ailə başçısına qarşı qurulmuş məkrli planın şəbəkə cinayəti. Sanki Hüququn deqradasiyaya uğradığı gözdən uzaq bir məkan.
Təşkil olunmuş, hazırlanmış planın fiaskoya düşməsi. ALLAHın vermiş mental haqqa və konstutisiyamızın verdiyi insan haqlarına edilən şiddətli bir hörmətsizlik. Qurulan məkrli planlar. Nə idi məqsəd?

Vaxtilə Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi işləmiş Şahin Cəfərovu bu işlərə vadar edən hansı səbəblər idi?

Bizə həyacanla zəng edib Lerikə dəvət edən müsahibimizin dediyi ünvana gəldik. Bura Lerik rayonunun Peştətük kəndidir. Dərdini bizə danışmaq istəyən bu binəva insanlar bizi səbirsizliklə gözləyirdilər. Həyacanlı olduqları çox aydın sezilirdi. İlk müsahibimiz Həşimov Salman Qəhrəman oğlu idi. Videodan göründüyü kimi o başına gələnləri nəql etdikcə bu insanları bu hala gətirənləri ancaq lənətləmək və nə vaxtsa qanun qarşısında cavab verməli olacağı günləri gözləmək qalır.

Salman bəy danışdıqca böyük bir haqsızlığla üzləşdiyini və öz haqqını tələb etdiyi üçün şərləndiyini xususi olaraq vurğulayırdı. O sözünə davam edərək söyləyir:

2019-cı ilin sentyabr ayları idi. Yaxınlıqdakı dolaylarda meşə gözətçisi işləyən Kamal adlı birisi ğünlərin biri günü bizə yaxınlaşdı. O mənim böyük yük Ural maşını və sürücü olduğumu bilirdi.

O mənə hərbi hissələr üçün altı maşın odun lazım olduğunu bildirdi və bu işi mənə öz üzərimə götürməyi məsləhət bildi. Mən ondan bu işin sənədli qanunu olduğunu soruşduqda hər şey qaydasındadır dedi. Beləliklə kənddən 2-3-fəhlə tapıb mataristlədə danışıb razılaşdıq. Biz meşə gözətçisi Kamala hazır olduğumuzu bildirdikdə o 2-3-günə bu məsələni o vaxtlar Lənkəran meşə regional idarəsinin Direktoru işləmiş Şahin Cəfərovla danışacağını bildirdi.

İki gündən sonra həmin meşə gözətçisi işləyən Kamal bəy bizlə görüşərək Şahin müəllimlə danışdığını və işə başlamağımızı bildirdi. Biz onunla hər şey bizlik olmaqla hər maşını 250-manatdan (iki yüz əlli manat)razılaşdıq. O bizə bildirdi ki yaş ağaclara dəymək olmaz ancaq dərədən quru odunlar yığmaq lazımdı. Biz razılaşıb öz işimizidə gördük. Amma bizə razılaşdığımız kimi pul verən olmadı. Elə hər şeydə bundan sonra başladı.

Haşiyə: Redaksiyadan! Dəyərli oxucular doğrudanda bu əsl ssenaridi. Bütün hadisələr bu iki nəfərin Salmanla Nailin üzərində cərəyan edir. Bütün bu biabırçılıqlar bu iki binəva günahsız insanların üstündə qurulub. Müsahibimiz sözünə davam edir: Mən Kamalla danışdığım üçün pulu ondan tələb edirdim.

Artıq üstündən xeyli vaxtda keçmişdi. Kamal mənə bildirirdi ki narahat olma sonda mal heyvanımı satıb sizin borcunuzu qaytaracam. Müəyyən vaxtdan sonra Kamal mənə bildirdi ki Şahin müəllimlə danışmışam deyir ki, getsin Relaks istirahət mərkəzinin yanında dərədə ağaclar kəsilib getsin yığsın aparıb satsın. Məndə getdim lazım olan işləri görüb maşına yükləyib satmağa apardım. Hər şeydə bundan sonra başladı. Doğrudanda əsl ssenari. Sən demə bütün bu işlər mənə qarşı qurulan bir tələ imiş. Çünki məni tutan elə mənə icazə verən adam idi. Şahin Cəfərov. Plan 1-saylı ekologiyanın rəisi Rəfael Tahirovun xeyir duası ilə məhz onun razılığı ilə hazırlanmışdı. Doğru adam oğru adam olmuşdu. Bunlar isə Sahin, Rəfael və digərləri isə suçlu olsalarda həmdə çox güclü idilər. Həm pulları, həm himayədarları həm də ancaq öz çirkin məqsədlərinə, öz korporativ maraqlarına xidmət edən status-kvoları vəzifələri var idi.
İndidə var bəzilərinin vəzifələri. Ancaq layiq olmadığı vəzifə. İşlədiyi quruma, nazirliyin imicinə utanc gətirən məmur özbaşınalığı, qanunsuz əməllər, rüşvətxorluq,korrupsiya və digər neqativ hallar.

Məni təhdid etdilər. Şərlədilər. Üzümə adam durdurdular. Bizi öz camaatımızla öz kəndçilərimizlə üz -üzə qoydular. Ən iyrənc üsullara yol atdılar. Hüquq mühafizə orqanlarının bəzilərini bu oyuna qatdılar.

Sözü ikinci müsahibimizə veririk. Müsahibimiz Şahin Cəfərov tərəfindən təhdid edilmiş,öyrədilmiş böyük ədibmiz Mirzə Cəlilin tədbirincə desək avam savadsız cahil meşə gözətçisi işləyən Şahbazov Nail Adil oğludur. Bu həmin Naildir ki Şahin Cəfərov tərəfindən qorxudularaq, təhdid olunaraq və aldanılaraq Salmanın əleyhinə ifadə vermişdir.

15-saylı dolayda gözətçi işləyən Nail Şahbazovun dediklərindən:Əlbəttə mən öz səhvimi aldanıldığımı sonradan başa düşdüm. Rəfaelin göstərişi Şahinin tapşırığı Niyazın icrası ilə qurulmuş tələyə Salmanla məni çox hiyləgərcəsinə salmışdılar. Niyaz onların qanunsuz tapşırıqlarını yerinə yetirərək mənə məsləhət verib maşından götürdüyü pıçaqla gödəkcəmi cırmış və bədənimədə çüzi zərər yetirmişdir. Onlar mənə məsləhət verərək guya mənim Salman tərəfindən döyüldüyümi,gödəkçəmində onun tərəfindən pıçaqla cırıldığını və mənə pıçaqla xəsarət yetirildiyini polisdə izahat verərkən bütün bunları yazmağımı öncədən söyləmişlər. Düzdür mənim Salman haqqında müəyyən bilğilərim var idi. Eşitmişdim ki, Salman meşələrdən şikayət edir. Meşələrin talan ediməsindən, ağacların qırılmasından mütəmadi şikayət etdiyi üçün Salmanı nə Rəfael, nə Şakir nə də Niyaz xoşlamirdılar. Sanki bir fürsət məqam axtarırdılar.

Burada sahə rəisləri,meşə gözətçiləri hər an Salmandan ehtiyat edirdilər. Sonda məni üz üzə qoydular. Məni Lerikə ekspertizaya apardılar. Gödəkcəm hələdə ordadır. Orda da Şahinin "uzaqgörənliyi "sayəsində məsələ öz təsdiqini tapdı. Müəyyən müddətdən sonra işi prokuraturaya verdilər. İşi Şirxan adlı müstəntiq aparırdı. O da Rəfael Şirvan cütlüyü ilə sövdələşməyə getmişdi. Ona görə Şirxan müstəntiq əlavə faktlar istəyirdi.

Mənim kəndin içində camaatın gözü qarşısında Salman tərəfindən döyüldüyümi təsdiq edən yalançı hal şahidləri tələb olunurdu. Onu mənim öhdəmə buraxaraq tanış bilişlə danışmağımı tövsiyyə etdilər. Bütün bu qanunsuzluqlar üçün həm Şahin müəllim həm də Şirxan müstəntiq çox canfəşanlıq edirdilər.

Yalançı hal şahidləri də düzəldi. Dəfələrlə onların yazdıqları izahatlar müstəntiq tərəfindən özlərinə sərf eyliyən tərzdə dəyişdirildi. Bunu təsdiq edən hal şahıdı ilə telofonla danışarkən aramızda olan səs yazısı var. Mən dəfələrlə Şahin müəllimdən soruşanda ki niyə Siz mənə problem
yaratdınız? O hər dəfə deyirdi ki narahat olma sadəcə Salmanı qorxuduruq onu tutan deyillər. Mən özümdə indiki əlifba ilə yazıb oxuya bilmədiyim üçin müstəntiq özü yazıb oxuyurdu sonrada mən qol çəkirdim. Hal şahidlərinində bir neçə dəfə izahatları dəyişildiyi üçin Salmana cinayət işi qaldırdılar.Artıq Salman bəlli cinayət maddəsi ilə ittiham olunurdu. Mən günlərin bir günü Şahin müəllimi kəndə dəvət edib Salmana artıq cinayət işi açıldığını, onu tutacaqlarını bildirdim. O da öz növbəsində acıqlı şəkildə cəhhənəmə tutsunlar deyib meşəni tərk etdi. İndi canımız qurtular onun əlindən deyib çıxdı.

Salmanda öz növbəsində bunların qanunsuz əməllərindən ,ağac qırıntıları ilə bağlı şikayət etdiyi üçün ekologiya nazirliyindən, digər aidiyyatı qurumlardan komissiya şəklində nümayəndələr gəlməkdə idi. Günlərin bir günü elə Salmanın iştirakı ilə mənim gözətçi işlədiyim 15-ci sahəyə gəldilər. Həmin sahədə birbaşa Rəfael Tahirovun göstərişi Şahin Cəfərovun tapşırığı ilə kütləvi ağac qırıntıları həyata keçirilmişdir. Lənkəran regional idarəsinin revizyoru onların yanında məni qınadı və mənim haqqımda ölçü götürəcələyini bildirdi. Mən isə onlara bütün bu olaylardan Şahin müəllimin xəbəri olduğunu və birbaşa onun iştirakı ilə yaşıllıqların soyqırıma məruz qaldığını söylədim . Onlar mənidə şərləyib tutdurmaq istəyirdilər. Çünki artıq mən həqiqəti danışmağa başlamışdım. Baş prokurorluğa şikayət etmişdim. Aidiyyatı qurumlara əsil həqiqəti çatdırmaq istəyirdim.

Baş prokurorluğa etdiyim şikayətlər,vurduğum teleqramlardan sonra artıq həm prokurorluğda həm də öz iş yerimdə mənə qarşı fərqli mövqe nümayiş etdirildi. Artıq onlar mənimlə dahada kəskin formada danışmağa başladılar. Axşam çağı mənə zəng edib prokurorluğun müstəntiqi Şirxan müəllim məni prokurorluğa çağırdı. Mən ona artıq gecdir sabah gələrəm desəmdə mənim dalımca polis çağırışı vermişdilər. Saat səkiz radələrində dalımca 3-polis nəfəri göndərdilər. Onlar məni onlarla getməyi tələb etdilər. Mən nə qədər xahiş minnət etsəmdə onlar təkidlə bu rəisin əmridir getməliyik deyərək demək olarsa məni zorla maşına mindirilmiş kimi alındı. Mən həmin vaxt paltarımı dəyişəndə polislərdən biri evin qabağında gözləsədə o biri iki polis isə həyətdə,evin arxasında müəyyən baxış keçiriblər.

Mən Salmana zəng etdim. Polislərin məni aparması haqda ona məlumat verdim. Oda dediki mən çıxıram yolda qabağınıza. Məni həyat yoldaşımın və üç uşağımın gözü qarşısında zorla maşına mindirdilər. Uşaqlarım qoxmuşdular,onlar ağlayırdılar həyat yoldaşım isə bərk sarsıntı keçirmişdir. Biz Salmanın yanına çatanda Salman 102-polis çağrı mərkəzinə zəng etməyə bir neçə dəfə cəhd etsədə polislər ona mane oldular. Salman isə polislərdən bu vaxtı polisə getmələri haqda sənəd tələb edirdi. Polislər məcbur qalıb rəislə əlaqə saxladılar. Nə danışdılarsa bizi buraxdılar. Səhərisi gün isə evə qəfil polis gəlməsindən, uşaqların ağlamasından,məni zorən maşına mindirilməsindən həyacanlanan həyat yoldaşım möhkəm sarsıntı keçirdi. Mən onu Lerikə mərkəzi rayon xəstəxanasına aparmalı oldum. Amma heç bir faydası olmadı. Artıq uşaq tələf olmuşdu. Bu barədə -102 xidmətinə xəbər versəmdə ora gələn olmadı. Ancaq yenə məni prokurorluğa Şirxan müstəntiq təkidlə çağırırdı. Atıq bu dəfə işə atam Şahbazov Adildə qarışmalı oldu. Biz prokurorluğda Şirvan müstəntiqin iştirakı ilə rayon prokurorunun qəbulunda olduq. Burda bizlə söyüşlə aqresiya ilə təhdidlə rəftar etdilər. Hətta məni Atamın və rayon prokurorunun gözü qarşısında Şirxan müstəntiq vurmaq istədi.

Bizlərə müraciət edən bu vətəndaşların əsas istəyləri tələbləri budur ki bu işlər aidiyyatı qurumlar və hüquq mühafizə orqanları tərəfindən obyektiv araşdırılsın. Nailin atası Şahbazov Adilin dediyinə görə bu işlə artıq Lənkəran prokurorluğu məşğul olur. Bu ğün Şahbazov Adil, Şahbazov Nail və Həşimov Salman hər üç vətəndaş Dövlət başçısı İlham Əliyev cənablarına, 1-vitse prezident Mehriban xanım Əliyevaya, Respublikanın baş prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə müraciət edərək bu işin yenidən obyektiv araşdırılmasını xahiş edirlər. Onlar bu dövlətə inanır, dövlət başçısı İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir, aparılan islahatları bəyənir və inanırlar bu məsələ ədalətli olaraq hüquqi müstəvidə öz həllini tapacaqdır.

Bizdə AZERİNFO.AZ olaraq bu məsələni daim diqqət mərkəzində saxlayacaqıq, jurnalist araşdırmalarımızı davam etdirəcək və bu məsələlərin düzğün obyektiv araşdırılması aparılması üçün köməyimizi əsirgəməyəcəyik. Son olaraq qarşı tərəfin mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?